Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-2361/2025 07.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar ərizənin qəbuluna məhkəmə iclasından kənar qaydada baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 325 manat borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kiçik iddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş yolverilməz əsaslarla məhkəməyə verildiyindən, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli 016941 nömrəli ödəmə müqaviləsi sənədinə əsasən cavabdehə 8 ay müddətinə dəyəri 375 manat olan 1 ədəd qazan dəsti (0890) satılmışdır. Cavabdeh tərəfindən yalnız 50 manat ödəniş edilmişdir. Onun 325 manat borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehin müqavilə üzrə etdiyi ödənişlər, həmçinin ödənilməmiş borcu barədə arayış, qazan dəstini təhvil almasına dair təhvil-təslim aktı kiçik iddia ərizəsinə əlavə edilməmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində göstərmişdir ki, özünə məxsus olan VÖEN: ********** nömrəsinə bağlı olan "xxxx" MMC adından müştərilərinə bir hissəsini əvvəlcədən ödəməklə, qalan hissəsini isə aylar üzrə tərtib edilmiş qrafikə uyğun ödəməklə müxtəlif əşyaların satışı ilə məşğul olur. Lakin nə ödəmə müqaviləsi sənədində iddiaçının adı göstərilməmiş, nə də kiçik iddia ərizəsinə onun "xxxx" MMC adından müxtəlif əşyaların satışı ilə məşğul olmasını təsdiq edən sənəd əlavə edilməmişdir. AR MPM-in 284-3.2.3-cü maddəsinə əsasən məhkəməyə təqdim edilmiş kiçik iddia ərizəsində iddiaçının tələbi və onun əsaslandığı hallar göstərilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tələbini təsdiq edən sənədləri kiçik iddia ərizəsinə əlavə etmədiyinə görə ərizənin qəbulundan imtina edilməlidir. AR MPM-in 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə, həmçinin iddiaçının nəzərinə çatdırır ki, kiçik iddialara dair işlər tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı olduğundan, məhkəmə tərəfindən işin obyektiv həll edilməsi üçün iddiaçı tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsi kifayət qədər əsaslandırılmalı və iddia ərizəsində göstərilən tələbi təsdiq edən sənədlər əlavə edilməlidir. AR MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, verilmiş tələbi təsdiq edən sənədlərin əlavə edilməməsi əsası ilə kiçik iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-in 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284- 4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Həmçinin iddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina edildikdə iddiaçı həmin tələb üzrə iddia icraatı qaydasında yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya həmin tələb üzrə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. xx.xx.2025-ci il tarixdə saat 10:03:07-də ********** nömrəli qəbz əsasında Dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul İddiaçı qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-2361/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-2361/2025
07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver