Məhkəmə qərarları › İş №e-2(051)-2379/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2379/2022

16.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2379/2022 16.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 3191 manat əsas borc və 51,91 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdehin alqı-satqı qiyməti 784 manat (12 ay x 61 manat + 52 manat ilkin ödəniş) olan Acer aspire 3 markalı kompüter və mouse üçün ümumilikdə 201 manat olmaqla 183 manat ödənilməmiş hissə, 18 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 556,2 manat (18 ay x 30,9 manat + 0 manat ilkin ödəniş) Hoffman markalı aspirator üçün ümumilikdə 339 manat olmaqla ondan 309 manat ödənilməmiş hissə, 30 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdehin alqı-satqı qiyməti 2210,4 manat (18 ay x 122,8 manat + 0 manat ilkin ödəniş) olan Samsung markalı paltaryuyan, Hoffman markalı plitə və Hoffman markalı aspirator üçün ümumilikdə 1094 manat olmaqla 995 manat ödənilməmiş hissə, 99 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdehin alqı-satqı qiyməti 1497,6 manat (18 ay x 83,2 manat + 0 manat ilkin ödəniş) olan 0410 nömrəli mebel üçün ümumilikdə 1097 manat olmaqla 998 manat ödənilməmiş hissə, 99 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 502,8 manat (12 ay x 41,9 manat + 0 manat ilkin ödəniş) Samsung Galaxy A21S üçün ümumilikdə 460 manat olmaqla ondan 419 manat ödənilməmiş hissə, 41 manat cərimə borcu yaranmışdır. Tərəflər arasında tərtib olunmuş hər üç müqaviləyə edilmiş əlavənin 2-ci bəndinin şərtlərini pozduqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtlərini pozaraq qeyd olunan borcun ödənilməsini təmin etməmişdir. Borclunun cəmi ödədiyi məbləğ 2647 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdehin alqı-satqı qiyməti 784 manat (12 ay x 61 manat + 52 manat ilkin ödəniş) olan Acer aspire 3 markalı satmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 556,2 manat (18 ay x 30,9 manat + 0 manat ilkin ödəniş) Hoffman markalı aspirator satmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2210,4 manat (18 ay x 122,8 manat + 0 manat ilkin ödəniş) olan Samsung markalı paltaryuyan, Hoffman markalı plitə və Hoffman markalı aspirator satmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1497,6 manat (18 ay x 83,2 manat + 0 manat ilkin ödəniş) olan 0410 nömrəli mebel satmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 502,8 manat (12 ay x 41,9 manat + 0 manat ilkin ödəniş) Samsung Galaxy A21S satmışdır. Məhkəməyə təqdim edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçıya olan borcunun məbləği xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdehin ümumilikdə 201 manat olmaqla 183 manat ödənilməmiş hissə, 18 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, ümumilikdə 339 manat olmaqla ondan 309 manat ödənilməmiş hissə, 30 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərinə əsasən ümumilikdə 1094 manat olmaqla 995 manat ödənilməmiş hissə, 99 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdehin ümumilikdə 1097 manat olmaqla 998 manat ödənilməmiş hissə, 183 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, ümumilikdə 460 manat olmaqla ondan 419 manat ödənilməmiş hissə, 41 manat cərimə borcu yaranmışdır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 51,91 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələr bağlanmışdır. Belə ki, nisyə alqı-satqı müqaviləsinin əsas mühüm şərti satılan əşyalar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri: satılan malların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri müqavilələrdə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Kiçik iddiaya dair ərizə təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 183 (bir yüz səksən üç) manat əsas borc, 18 (on səkkiz) cərimə borcu manat olmaqla cəmi 201 (iki yüz bir) manat borc, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 309 (üç yüz doqquz) manat əsas borc, 30 (otuz) manat cərimə borcu olmaqla cəmi 339 (üç yüz otuz doqquz) manat borc, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 995 (doqquz yüz doxsan beş ) manat əsas borc, 99 (doxsan doqquz) manat cərimə borcu olmaqla cəmi 1094 (bir min doxsan dörd) manat borc, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 998 (doqquz yüz doxsan səkkiz) manat əsas borc, 99 (doxsan doqquz) cərimə borcu manat olmaqla cəmi 1097 (min doxsan yeddi) manat borc, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 419 (dörd yüz on doqquz) manat əsas borc, 41 (qırx bir) manat cərimə borcu olmaqla cəmi 460 (dörd yüz altmış) manat borc olmaqla, hər beş müqavilə üzrə ümumilikdə 3191 (üç min yüz doxsan bir) manat borc və 51,91 (əlli bir manat doxsan bir qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar