Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-238/2024 02.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, İddiaçı «İcbari Sığorta Bürosu» X5 Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı «İcbari Sığorta Bürosu» X3 Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh Ağaməmməd oğlundan 596 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 626 (altı yüz iyirmi altı) manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə tutularaq ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ki, LPO ASC “Standard İnsurance” Sığorta Şirkəttiərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X7 adına sığortalanmış VAZ 21074 markalı, 45BH428 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 19 avqust 2020-ci il tarixində Mingəçevir, Puşkin küçəsində Cavabdeh Ağaməmməd oğlu tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X8 əmlakına maddi zərər vurulmuşdur. Yuxarıda göstərilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənə dəymiş zərər üzrə aşağıdakı cədvəldə qeyd olunan məbləğdə sığorta (kompensasiya) ödənişi həyata keçirilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh Ağaməmməd oğlunun yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Mingəçevir ŞPŞ tərəfindən 19 avqust 2020ci il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərardan (əlavə olunur) məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh Ağaməmməd oğlu tərəfindən VAZ 21074 markalı, 45BH428 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi etibarnaməsiz, yəni onu istifadə etməyə ya digər qaydada istismar etməyə hüququ olmadan istismar edilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilərkən sığorta hadisəsi baş verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı subroqasiya hüququ yaranır. Ona görə də Cavabdeh Ağaməmməd oğlundan 596 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 626 (altı yüz iyirmi altı) manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə tutularaq ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı cəmiyyətin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Ağmməd oğlu əvvəlki məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, maşının sahibini özü axtarırdı ki, onunla birlikdə Asan xidmətdən etibarnamə alsın. Avtoqəza olan vaxt yol patrul əməkşdaşları gəldilər və ona cərimə yazdılar. Cəriməni də özü ödəmişdir. Maşının sahibi özü idi sadəcə etibarnamənin vaxtı keçmişdir. Maşın hazırda satılıb kimin adına olduğunu bilmir. Maşın 2022-ci ildə satılıb həmin vaxta kimi maşın anasının adına olmuşdur. Avtoqəza olan vaxtı maşının sahibi də yanında olmuşdur. Hesab edir ki, protokol düzgün tərtib edilməmişdir. Artıq hadisədən dörd il müddət keçib lakin ona indi məlumat verilmişdir. Həmin avtoqəza 2020-ci il tarixdə baş vermişdir. Qeyd olunanların nəzərə alıb iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı cəmiyyətin nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan sığorta şəhadətnaməsindən görünür ki, “VAZ 21074” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil «Standart İnsurance» Sığorta şirkəti tərəfindən sığortalanmışdır. İşdə olan Cavabdeh Ağaməmməd oğluna məxsus sürücülük vəsiqəsindən görünür ki, BC dərəcəli k hüququ vardır. İşdə olan 19 avqust 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X7 adına sığortalanmış VAZ 21074 markalı, 45BH428 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 19 avqust 2020-ci il tarixində Mingəçevir, Puşkin küçəsində Cavabdeh Ağaməmməd oğlu tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi baş vermiş və bunun barəsində protokol tərtib edilmişdir. İşdə olan 19 avqust 2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 adına sığortalanmış VAZ 21074 markalı, 45BH428 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 19 avqust 2020-ci il tarixində Mingəçevir, Puşkin küçəsində Cavabdeh Ağaməmməd oğlu tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi baş vermiş və bu səbəbə görə Cavabdeh İXM-nın 327.1-ci maddəsinə əsasən 40 manat cərimə edilmişdir. İşdə olan əmlaka dair qiymətləndirmə aktından görünür ki, avtomobilin təmiri üçün tələb olunan ehtiyat hissələrinin cəmi dəyəri 596 manat təşkil etmişdir. İşdə olan İC AA 5777/20 saylı işə dair sığorta aktından görünür ki, dəymiş maddi zərər isə 596 manat müəyyən edilmişdir. İşdə olan ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən vəsaiti alan X1 dəymiş zərərə görə 596 manat sığorta ödənişi ödənilmişdir. İşdə olan AR DİN Bakı şəhər DYPİ tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində Mingəçevir şəhərinin Puşkin küçəsi ilə Samux küçəsi kəsişməsində yol nəqliyyat hadisəsi baş vermişdir. Həmçinin “VAZ 21074” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsus olmuş, həmin zaman avtomobilin sürücüsü Cavabdeh olmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində Mingəçevir şəhərinin Puşkin küçəsi ilə Samux küçəsi kəsişməsində yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı şirkət həmin ziyanı zərərçəkmiş şəxsə ödəmişdir. Cavabdeh X4 yol–nəqliyyat hadisə törətdiyinə görə 19 avqust 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş sığorta hadisəsinə görə sığortaçı tərəfindən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı sığortaçının subroqasiya hüququ ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən normaları əsasında həll olunmalıdır. “İcbari sığortalar haqqında” Qanunnun 25-ci maddəsi icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarını müəyyən edir. İddiaçı həmin normada sadalanan əsaslardan birinin konkret hazırkı hala uyğun gəldiyi üçün həmin əsasla icbari sığorta məbləğini geri tələb etmişdir. Həmin əsas-hadisə zamanı sürücünün avtomaşını idarə etməyə hüququ olmaması halıdır. Qeyd olunan normada deyilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. (maddə 25.1.3) Cavabdeh avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili idarə, istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də bundan ibarətdir. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Təsadüfi deyil ki, cinayət qanunvericiliyinə də sonradan əlavələr edilərək sürücülük hüququ olmadan yol nəqliyyat hadisələri törədən şəxslərin cinayət məsuliyyəti və cəza məsələləri sərtləşdirilərək fərdiləşdirilmişdir. Bu cür əsasın qanunda olması həm də sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də qoruyur. Çünki, bu əsasın olmasına görə nəzəri və praktiki biliyi olmayan “sürücü”lərin hərəkətlərindən sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurlar. Lakin sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyildir. Etibarnamənin olmaması sığortanın məqsədləri baxımından əhəmiyyət kəsb etmir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, sığorta şirkətinin hazırkı halda avtomaşını idarə edən şəxsdən ödənilmiş sığorta məbləğini geri tələb etməyə subyektiv hüququ yaranmamışdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nin 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisəsi zamanı zərərçəkmişə sığorta ödənişi vermiş iddiaçının cavabdehə qarşı subroqasiya hüququ, yalnız cavabdeh nəqliyyat vasitəsini idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə etməklə sərxoş vəziyyətdə idarə etdiyi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırdığı, və yaxud hadisə yerindən yayınmış olduğu hallardan biri olduqda yaranır. Sadalanan halllardan biri olduqda, subroqasiya hüququ yaranır. Odur ki, məhkəmə hesab edir ki, subroqasiya qaydasında 596 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi ilə bağlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. «İcbari Sığorta Bürosu» X5 Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-238/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-238/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver