Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-2467/2024 21.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı “X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Şamilova (Rəsulova) Əsmər Ruslan qızına qarşı pul tələbinə dair kiçik iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı “X1" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Şamilova (Rəsulova) Əsmər Ruslan qızına qarşı 280 manat məbləğində əsas borcun, 28 manat məbləğində cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddiaçı iddia ərizəsinə əlavə olunan sənədlərin siyahısında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin, qiymətlərin razılaşma protokolunun və təhvil-təslim aktının əsli ilə düzdür kimi təsdiq olunmuş nüsxəsini göstərsə də, həmin sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə bu baxımdan tələbi əsaslandırılmamış hesab edərək belə nəticəyə gəlir ki, iddiaya münasibətdə Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Göründüyü kimi MPM-in 149.2.3-cü maddəsinin tələbinə görə iddia tələbinin əsaslandırılması iddiaçının vəzifəsi hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi verilmiş tələbi təsdiq edən sənədlər əlavə edilmədikdə, iddia ərizəsi icraata qəbul edilmir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı “X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Şamilova (Rəsulova) Əsmər Ruslan qızına qarşı pul tələbinə dair kiçik iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. xx.xx.2024-cü il tarixdə saat 11:18:39-da **********86 nömrəli mədaxil qəbzi əsasında Asan Ödəniş portalı vasitəsilə Dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul iddiaçı “X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-2467/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-2467/2024
21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver