Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2499/2025 16.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir Şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********51106 İPHONE 13 üçün, 1332 (bir min üç yüz otuz iki) manat ödənilməmiş hissə, 133.2 (yüz otuz üç manat 20 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5, 3 ədəd PS 5 oyun pultu üçün 1165.92 (bir min yüz altmış beş manat 92 qəpik) manat ödənilməmiş hissə, 116.59 (yüz on altı manat 59 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 4 ədəd PS5 oyun pultu üçün, 445.2 (dörd yüz qırx beş manat 20 qəpik) manat ödənilməmiş hissə, 44.52 (qırx dörd manat 52 qəpik) manat cərimə, ümumilikdə, 3237.43 manat borc, 52.38 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********51106 İPHONE 13, PLAYSTATİON 5, 3 ədəd PS 5 oyun pultu, 4 ədəd PS5 oyun pultu almış və nəticədə 3237.43 (üç min iki yüz otuz yeddi manat 43 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1482 (bir min dörd yüz səksən iki) manat (18 ay x 74 manat + 150 manat ilkin ödəniş) olan İmei kod **********51106 İPHONE 13 üçün, ümumilikdə, 1465.20 (bir min dörd yüz altmış beş manat 20 qəpik) manat olmaqla ondan, 1332 (bir min üç yüz otuz iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 133.2 (yüz otuz üç manat 20 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1813.92 (bir min səkkiz yüz on üç manat 92 qəpik) manat (12 ay x 97.16 manat + 648 manat ilkin ödəniş) olan PLAYSTATİON 5, 3 ədəd PS 5 oyun pultu üçün, ümumilikdə, 1282.51 (bir min iki yüz səksən iki manat 51 qəpik) olmaqla ondan, 1165.92 (bir min yüz altmış beş manat 92 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 116.59 (yüz on altı manat 59 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 595.2 (beş yüz doxsan beş manat 20 qəpik) manat (12 ay x 37.1 manat + 150 manat ilkin ödəniş) olan 4 ədəd PS5 oyun pultu üçün, ümumilikdə, 489.72 (dörd yüz səksən doqquz manat 72 qəpik) manat olmaqla ondan, 445.2 (dörd yüz qırx beş manat 20 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 44.52 (qırx dörd manat 52 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 948 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, sözügedən müqavilələr üzrə yaranmış, ümumilikdə, 3237.43 manat borc, 52.38 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən görünür ki, İddiaçındən cavabdeh Məmmədov X1 **********51106 İPHONE 13 almışdır. İşdə olan xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən görünür ki, İddiaçındən Cavabdeh PLAYSTATİON 5, 3 ədəd PS 5 oyun pultu almışdır. İşdə olan xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən görünür ki, İddiaçındən Cavabdeh ədəd PS5 oyun pultu almışdır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin İddiaçınə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********51106 İPHONE 13 üçün, 1332 (bir min üç yüz otuz iki) manat ödənilməmiş hissə, 133.2 (yüz otuz üç manat 20 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5, 3 ədəd PS 5 oyun pultu üçün 1165.92 (bir min yüz altmış beş manat 92 qəpik) manat ödənilməmiş hissə, 116.59 (yüz on altı manat 59 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 4 ədəd PS5 oyun pultu üçün, 445.2 (dörd yüz qırx beş manat 20 qəpik) manat ödənilməmiş hissə, 44.52 (qırx dörd manat 52 qəpik) manat cərimə, ümumilikdə, 3237.43 manat borc, 52.38 manat ödənilmiş dövlət rüsumu borcu vardır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********51106 İPHONE 13 üçün, 1332 (bir min üç yüz otuz iki) manat ödənilməmiş hissə, 133.2 (yüz otuz üç manat 20 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5, 3 ədəd PS 5 oyun pultu üçün 1165.92 (bir min yüz altmış beş manat 92 qəpik) manat ödənilməmiş hissə, 116.59 (yüz on altı manat 59 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 4 ədəd PS5 oyun pultu üçün, 445.2 (dörd yüz qırx beş manat 20 qəpik) manat ödənilməmiş hissə, 44.52 (qırx dörd manat 52 qəpik) manat cərimə, ümumilikdə, 3237.43 manat borc, 52.38 manat ödənilmiş dövlət rüsumu borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2025-ci il tarixli müqavilə üzrə İmei kod **********51106 İPHONE 13 üçün, 1332 (bir min üç yüz otuz iki) manat ödənilməmiş hissə alınmalı, dəbbə pulu azaldılaraq 15 manat həddində, xx.xx.2025-ci il tarixli müqavilə üzrə PLAYSTATİON 5, 3 ədəd PS 5 oyun pultu üçün 1165.92 (bir min yüz altmış beş manat 92 qəpik) manat ödənilməmiş hissə alınmalı, dəbbə pulu azaldılaraq 10 manat həddində, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 4 ədəd PS5 oyun pultu üçün, 445.2 (dörd yüz qırx beş manat 20 qəpik) manat ödənilməmiş hissə alınmalı, dəbbə pulu azaldılaraq 5 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci tarixli üç müqavilə üzrə müvafiq olaraq 15 manat, 10 manat və 5 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə 1332 manat əsas, 15 manat cərimə, xx.xx.2025-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsi üzrə 1165.92 manat əsas, 10 manat cərimə, xx.xx.2025-ci il tarixdə bağlanmış alqı-satqı müqavilə üzrə 445.2 manat əsas, 5 manat cərimə pulu cavabdehdən alınıb iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməli və Cavabdeh ödənilmiş dövlət rüsumunun 49.73 manat məbləğində hissəsi alınıb İddiaçınə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq, QƏTETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə 1332 manat əsas, 15 manat cərimə, xx.xx.2025-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə 1165.92 manat əsas, 10 manat cərimə, xx.xx.2025-ci il tarixdə bağlanmış alqı-satqı müqavilə üzrə 445.2 manat əsas, 5 manat cərimə pulu olmaqla, ümumilikdə, 2973.12 manat məbləğində pul tutularaq İddiaçın xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilsin və Cavabdeh ödənilmiş dövlət rüsumunun 49.73 manat məbləğində hissəsi alınıb İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-2499/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2499/2025
16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver