Məhkəmə qərarları › İş №e-2(051)-252/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-252/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-252/2023 17.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı MMC-nin nümayəndəsi X1 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020ci il tarixli müqaviləyə əsasən İmei kodu **********23841 olan Samsung Galaxy A21s markalı telefon üçün 142 (yüz qırx iki) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd meyvə və tərəvəz qurudan GORENJE üçün 65 (altmış beş) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə olmaqla, ümumilikdə 227 manat borc un və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-2504/2022 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, tərəflər arasında bağlanmış xx.xx.2020 və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********23841olan Samsung Galaxy A21s markalı telefon, 2 ədəd Meyvə ve tərəvəz qurudan GORENJE almış və nəticədə 227 (iki yüz iyirmi yeddi) manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı- satqı qiyməti 515 (beş yiiz on beş) manat (12 ay, 42.5 manat + 5 manat ilkin ödəniş) olan İmei kodu **********23841 Samsung Galaxy A21s markalı telefon üçün ümumilikdə 156 (yüz əlli altı) manat olmaqla, ondan 142 (yüz qırx iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14 (on dörd) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 259.2 (iki yüz əlli doqquz manat, iyirmi qəpik) manat (18 ay, 14.4 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd meyvə və tərəvəz qurudan GORENJE üçün ümumilikdə 71 (yetmiş bir) manat olmaqla, ondan, 65 (altmış beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 (altı) manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2020ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixində X3, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixdə meyvə və tərəvəz qurudan GORENJE-dan imtina etmiş və məhsullar müvafiq olaraq 61.2 manat və 118.8 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 311.8 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 61.2 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 75.4 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 118.8 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdeh öhdəliklərini yerinə yetirməmiş və ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Odur ki, cavabdehdən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********23841 olan Samsung Galaxy A21s markalı telefon üçün 142 (yüz qırx iki) manat ödənilməmiş hissə, 14 (on dörd.) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd meyvə və tərəvəz qurudan GORENJE üçün 65 (altmış beş) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə olmaqla, ümumilikdə 227 manat borc un və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyildir. Belə ki, onunla ABC Telecom MMC arasında xx.xx.2020 və xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilələrə əsasən, İmei kodu **********23841olan Samsung Galaxy A21s markalı telefon, 2 ədəd Meyvə ve tərəvəz qurudan GORENJE almışdır. Lakin, aldığı meyvə vətərəvəz qurudan GORENJE standartlara uyğun olmadığı üçün, yəni mevə və tərəvəzi qurutmadığına görə, o həmin GORENJE-nin yenisi ilə əvəz olunması üçün təhvil vermişdir. Bununla bağlı təmirə qəbul edilmə aktı da tərtib olunmuşdur. Lakin, 2 aydan sonra həmin aparatı yenidən ona qaytarmaq istədilər, o, isə etirazını bildirərək, imtina etmişdir. Onlar da heç bir səbəb göstərmədən malı ona verməmişlər. Bundan sonra hər ay əsassız olaraq onun istifadəsində olmayan malın pulunu ondan tələb etmişlər, hətta onunla kobud rəftar da olunmuşdur. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hər tərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan tərəflər arasında bağlanmış xx.xx.2020 və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh iddiaçıdan İmei kodu **********23841olan Samsung Galaxy A21s markalı telefon, 2 ədəd Meyvə ve tərəvəz qurudan GORENJE almışdır. İşdə olan və cavabdehə ünvanlanmış xəbərdaqlıqdan görünür ki, Cavabdeh banka olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya cəmi 227 manat borcu vardır. Məhkəmə iş materiallarının müqayisəli təhlili nəticəsində müəyyən etdi ki, Cavabdehlə ABC Telecom MMC arasında xx.xx.2020 və xx.xx.2020-ci il tarixli nisyə alqı satqı müqavilə bağlanmış və həmin müqavilələrə əsasən, İmei kodu **********23841olan Samsung Galaxy A21s markalı telefon, 2 ədəd Meyvə ve tərəvəz qurudan GORENJE almışdır. Cavabdeh 1 ədəd meyvə və tərəvəz qurudan GORENJE-ni kefiyyətcə istismara yararsız vəziyyətdə olduğu üçün və Samsung Galaxy A21s markalı telefon isə şüşəsi sındığı üçün iddiaçıya geri qaytarmışdır. Hər iki müqavilənin də şərtlərindən görünür ki, əgər satılmış mal yararsız və ya sınıq vəziyyətdə olarsa, onu geri qaytarmaq mümkündür və bu barədə akt tərtib edilməlidir. Həmçinin müqavilələrin 3-cü bəndinə əsasən mal geri qaytarıldıqda mal qiymətləndirilməli və bu barədə akt tərtib edilməlidir. Müştəri qiymətləndirmə aktı ilə razı olmadıqda borcu bağlamaq şərti ilə mal geri qaytarıla bilər. Bundan başqa malın yararlı, yaxud da yararsız olması müəyyən edilməli, həmin səbəblərin aradan qaldırılması üçün mütəxəssis təyin edilməlidir. Aradaq qaldırılması mükün olmadıqda isə nasazlığı və ya sınığı hansı səbəbdən baş verməsi kimin günahı nəticəsində baş verməsi araşdırılmalı və bu barədə mütəxəssis rəyi alınmalıdır. Müqavilənin 4-cü bəndinə əsasən tərəflər arasında bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həl edilir. Əks halda yaranan mübahisələr Azərbaycan Respublikası qanunverisiliyinə uyğun həll olunur. İş materiallarından da görünür ki, iddiaçı ABC Telecom MMC-i müqavilənin bu şərtlərinə riayət etməli olduğu halda əməl etməmişdir. Məhkəmə iclasında bu sənədlər tələb edildikdə müvafiq aktları və digər sənədləri məhkəməyə təqdim edə bilməmişdir. İddia ərizəsində göstərilən və cavabdehdən tələb olunan məbləğlər barəsində (Samsung Galaxy A21s markalı telefonun və Meyvə ve tərəvəz qurudan GORENJE-nun işlənildikdən sonra dəyəri) qiymətləndirmə rəylərini məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müqavilənin şərtlərinə əsasən cavabdeh ABC Telecom MMC-yə dəvət olunmamış və onunla hər hansı bir razılaşma və danışıqlar aparılmamışdır. Cavabdeh Meyvə ve tərəvəz qurudan GORENJE malını yeni dəyəri ödənilməklə daha kefiyyətlisi ilə əvəz edilməsini təklif etsə də ABC Telecom MMC-i bundan imtina etmişdir. Həmçinin telefonun qızıl zəmanəti olduğu halda telefonda olan nasasızlıqlar aradan qaldırılmayaraq geri alınmışdır. Bundan başqa ABC Telecom MMC tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, geri qaytarılmış Meyvə ve tərəvəz qurudan GORENJE satışa çıxarılası vəziyyətdə olmuşdur. Meyvə ve tərəvəz qurudan GORENJE satışa çıxarılası vəziyyətdə olduğu halda onun tam dəyəri yenidən çavabdehdən tələb olunması hüquqdan suiistifadədir və tələbi ədalətli tarazlığa cavab vermir. Digər tərəfdən, cavabdehin həddən artıq maliyyə sanksiyasına məruz qalması ilə nəticələnər. Cavabdehin əlavə maliyyə sanksiyasına məruz qalması yol verilməzdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı ABC Telecom MMC-i tərəflər arasında bağlanılmış müqavilələrin ziddinə, əldə edilmiş hüquqları həyata keçirərək cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Buda digər tərəfi aşkar surətdə əlverişsiz vəziyyətə saldığı üçün etimad və vicdanlılıq prinsiplərinə ziddir. Bundan əlavə məhkəmə işin maddi normaları ilə bərabər prosessual normalarına da qiymət verilməsini məqsədə müvafiq edərək hesab edir ki, iddiaçı ABC Telecom MMC məhkəmə iclasında öz tələbini əsaslandıran heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə cavabdeh tərəfindən təqdim edilən sübutlarla və bütün sübutların qarşılıqlı müqayisəsi ilə müəyyən olunmuşdur ki, iddianın heç bir hüquqi əsası yoxdur. İddiaçı cavabdehin ona borclu olmasını iddia etsə də öz tələbini əsaslandıraraq bunu sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı qeyd olunan pul məbləğinin cavabdehə verilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci və 425.2-ci maddələrinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixl qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2–ci maddəsinə əsasən hüquqdan sui–istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.1–ci maddəsində qeyri–qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui–istifadə kimi müəyyən edilmişdir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin cavabeh Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia rədd edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: imza var. Əsli ilə düzdür. Məhkəmənin hakimi Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar