Məhkəmə qərarları › İş №e-2(051)-2606/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2606/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2606/2023 24.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızı İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli, 10811585 saylı müqaviləyə əsasən İMEİ Kodu **********42390 olan Realme C11 markalı telefon, X1 C11 Plyonka, Aiwa qulaqlıq, 64 gb samsung evro plüs micro sd kard, case realme C11 xiaomi redmi power bank, speaker aiwa səsucaldan üçün 274,40 manat ödənilməmiş hissə, 27,60 manat cərimə olmaqla, cəmi 302 manat, xx.xx.2022-ci il tarixli, 10811586 saylı müqaviləyə əsasən İMEİ Kodu **********63111 Huawei Y5P markalı telefon, Aiwa qulaqlıq, xiaomi redmi power bank, Vinil Şəffaf, 64 gb samsung evro plus micro sd kard üçün 189,04 manat ödənilməmiş hissə,18,96 manat cərimə olmaqla, cəmi 208 manat, ümumilikdə iki müqavilə üzrə 510 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 10811585 saylı, xx.xx.2022-ci il tarixli, 10811586 saylı müqavilələrə əsasən Cavabdeh İddiaçı MMC-dən İMEİ Kodu **********42390 olan Realme C11 markalı telefon, X1 C11 Plyonka, Aiwa qulaqlıq, 64 gb samsung evro plus micro sd kard, case realme C11 xiaomi redmi power bank, speaker aiwa səsucaldan, İMEİ Kodu **********63111 Huawei Y5P markalı telefon, Aiwa qulaqlıq, xiaomi redmi power bank, Vinil Şəffaf, 64 gb samsung evro plüş micro sd kard almış və nəticədə iki müqavilə üzrə 510 manat məbləğində borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilələrin şərtlərini pozmuş və xx.xx.2022-ci il tarixli, 10811585 saylı müqavilə üzrə alqı-satqı qiyməti 659,40 manat olan İMEİ Kodu **********42390 olan Realme C11 markalı telefon, X1 C11 Plyonka, Aiwa qulaqlıq, 64 gb samsung evro plus micro sd kard, case realme C11 xiaomi redmi power bank, speaker aiwa səsucaldan üçün 274,40 manat ödənilməmiş hissə, 27,60 manat cərimə olmaqla, cəmi 302 manat, xx.xx.2022-ci il tarixli, 10811586 saylı müqavilə üzrə alqı-satqı qiyməti 503,04 manat olan İMEİ Kodu **********63111 Huawei Y5P markalı telefon, Aiwa qulaqlıq, xiaomi redmi power bank, Vinil Şəffaf, 64 gb samsung evro plüş micro sd kard üçün 189,04 manat ödənilməmiş hissə,18,96 manat cərimə olmaqla, cəmi 208 manat, ümumilikdə 510 borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ isə 699 manat təşkil edir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcu ödəməkdən boyun qaçırmışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, sözügedən müqavilələr üzrə yaranmış ümumilikdə 510 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2023-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2023-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Lakin məhkəmə bildirişinin ona çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün məhkəmə bildirişini cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə Mingəçevir şəhəri Az Dress yataqxanası Komendatına ünvanlanmış, qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Cavabdeh həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli 10811585 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçındən Cavabdeh alqı-satqı qiyməti 659,40 manat İMEİ Kodu **********42390 olan Realme C11 markalı telefon, X1 C11 Plyonka, Aiwa qulaqlıq, 64 gb samsung evro plüs micro sd kard, case realme C11 xiaomi redmi power bank, speaker aiwa səsucaldan almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli 10811586 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçındən Cavabdeh alqı-satqı qiyməti 503,04 manat İMEİ Kodu **********63111 Huawei Y5P markalı telefon, Aiwa qulaqlıq, xiaomi redmi power bank, Vinil Şəffaf, 64 gb samsung evro plus micro sd kard almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin İddiaçınə xx.xx.2022-ci il tarixli 10811585 saylı müqavilə üzrə 274,40 manat ödənilməmiş hissə, 27,60 manat cərimə olmaqla, cəmi 302 manat, xx.xx.2022-ci il tarixli 10811586 saylı müqavilə üzrə 189,04 manat ödənilməmiş hissə, 18,96 manat cərimə borcu olmaqla, cəmi 208 manat, cəmi iki müqavilə üzrə 510 manat borcu vardır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 10811585 saylı alqısatqı müqaviləsi üzrə İMEİ Kodu **********42390 olan Realme C11 markalı telefon, X1 C11 Plyonka, Aiwa qulaqlıq, 64 gb samsung evro plüs micro sd kard, case realme C11 xiaomi redmi power bank, speaker aiwa səsucaldan üçün 274,40 manat ödənilməmiş hissə, 27,60 manat cərimə, xx.xx.2022-ci il tarixli 10811586 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh alqı-satqı qiyməti 503,04 manat İMEİ Kodu **********63111 Huawei Y5P markalı telefon, Aiwa qulaqlıq, xiaomi redmi power bank, Vinil Şəffaf, 64 gb samsung evro plüş micro sd kard üçün 189,04 manat ödənilməmiş hissə, 18,96 manat cərimə borcu olmaqla, cəmi 208 manat, ümumilikdə 510 manat manat borcu qalmışdır. Cavabdeh cəmi 699 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ümumilikdə iki müqavilə üzrə 510 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 10811585 saylı müqaviləyə əsasən 274,40 (iki yüz yetmiş dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 27,60 (iyirmi yeddi manat altmış qəpik) manat cərimə olmaqla, cəmi 302 (üç yüz iki) manat, xx.xx.2022-ci il tarixli, 10811586 saylı müqaviləyə əsasən 189,04 (bir yüz səksən doqquz manat dörd qəpik) manat ödənilməmiş hissə, 18,96 (on səkkiz manat doxsan altı qəpik) manat cərimə olmaqla ,cəmi 208 (iki yüz səkkiz) manat, ümumilikdə iki müqavilə üzrə 510 (beş yüz on) manat məbləğində pul tutularaq İddiaçın xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul alınıb, İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar