Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2797/2023 28.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Quliyeva Güləndam Gündüz qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı- İddiaçı MMC Cavabdeh- Cavabdeh Tərəflər arasında bağlanmış müqavilə: xx.xx.2022-ci il tarixli 03621234 saylı müqavilə (Themza Yasin markalı yataq - tumba, Themza yasin markalı - yataq - dolab, Themza yasin markalı - Yataq - carpayi, Themza yasın markalı- yataq - termo, matras, Nevada markalı- qonaq - masa, Sofi markalı 6 ədəd stul); xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə (İmei Kodu **********72905 olan İphone 11 markalı telefon). Müqavilələrin predmet-nisyə alqı-satqı Tələb olunan məbləğ: xx.xx.2022-ci il tarixli 03621234 saylı müqavilə üzrə 2431.40 manat manat ödənilməmiş hissə, 243.60 manat hesablanmış cərimə borcu, cəmi 2675 manat pul və xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə üzrə 1223.04 manat ödənilməmiş hissə, 122.96 manat hesablanmış cərimə borcu, cəmi 1346 manat, ümumilikdə 4021 manat pul vəsaiti və 60.21 manat dövlət rüsumu. Sübutlar: Alq-satqı müqaviləlsi, ödəniş cədvəli, əşyanın təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsaslı hesab edir. Məhkəmə təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 03621234 saylı müqavilə üzrə 2431.40 manat ödənilməmiş hissə, 243.60 manat hesablanmış cərimə borcu, cəmi 2675 manat pul və xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə üzrə 1223.04 manat ödənilməmiş hissə, 122.96 manat hesablanmış cərimə borcu, cəmi 1346 manat, ümumilikdə 4021 manat pul vəsaiti və 60.21 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №e-2(051)-2797/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2797/2023
28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver