Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-381/2024 25.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi ilə İddiaçı Cavabdeh oğluna qarşı “pul tələbinə dair” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh oğluna qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən 213 manat əsas borcun, 40 manat cərimə olmaqla cəmi 253 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən 264 manat əsas borcun, 50 manat cərimə olmaqla cəmi 314 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqaviləyə əsasən 831 manat əsas borcun, 170 manat cərimə olmaqla cəmi 1001 manat, ümumilikdə 1568 manat borcun və ödənilmiş 35,68 (otuz beş manat altmış səkkiz qəpik) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh mənə məxsus olan satış mağazasından xx.xx.2022-ci il tarixdə ******* nömrəli müqavilə əsasında 338 manat dəyərində Bergamo markalı xəmir yoğuranı 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə aldı. Cavabdeh həmin puldan 125 manat (ilkin ödəniş ilə birlikdə) ödəniş etsə də, 213 manat borcu ödəmədi. Nəticədə aralarında bağlanmış müqavilə şərtlərini pozmuş oldu. Qeyd edilən müqavilənin müvafiq şərtlərinə əsasən borcalan (cavabdeh) müqavilə üzrə borcun əlavə olaraq 40 manat cərimə ödəməlidir. Ona dəfələrlə borcunu ödəməsini tələb etsə də buna əməl etmədi. Eyni zamanda Cavabdeh ona məxsus olan satış mağazasından xx.xx.2022-ci il tarixdə ******* nömrəli müqavilə əsasında 442 manat dəyərində İran peçini 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə aldı. Cavabdeh həmin puldan 178 manat (ilkin ödəniş ilə birlikdə) ödəniş etsə də, 264 manat borcu ödəmədi. Nəticədə aramızda bağlanmış müqavilə şərtlərini pozmuş oldu. Qeyd edilən müqavilənin müvafiq şərtlərinə əsasən borcalan (cavabdeh) müqavilə üzrə borcun əlavə olaraq 50 manat cərimə ödəməlidir. Ona dəfələrlə borcunu ödəməsini tələb etsə də buna əməl etmədi. Həmçinin Cavabdeh ona məxsus olan satış mağazasından xx.xx.2023-cü il tarixdə ******* nömrəli müqavilə əsasında 999 manat dəyərində Sony Playstation oyun konsulunu 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə aldı. Cavabdeh həmin puldan 168 manat (ilkin ödəniş ilə birlikdə) ödəniş etsə də, 831 manat borcu ödəmədi. Nəticədə aralarında bağlanmış müqavilə şərtlərini pozmuş oldu. Qeyd edilən müqavilənin müvafiq şərtlərinə əsasən borcalan (cavabdeh) müqavilə üzrə borcun əlavə olaraq 170 manat cərimə ödəməlidir. Ona dəfələrlə borcunu ödəməsini tələb etsə də buna əməl etmədi Odur ki, iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış əşyaların hissə-hissə ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, və xx.xx.2023-cü il tarixli ******* nömrəli alqı-satqı müqavilələrinin şərtlərinə əsasən cavabdehin müqavilədə göstərilən qaydada 12 ay müddətinə hər ay xx.xx.2022-ci il tarixli müqavilə üzrə 37 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 37 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 84 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçıya olan borcunun məbləği xx.xx.2022-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi üzrə 213 manat əsas 40 manat cərimə, xx.xx.2022-ci il tarixli ******* nömrəli alqısatqımüqaviləsi üzrə 264 manat əsas 50 manat cərimə və xx.xx.2023-cü il tarixli ******* nömrəli alqı-satqımüqaviləsi üzrə 831 manat əsas 170 manat cərimə təşkil edir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixli ödəniş cədvəllərindən görünür ki, Cavabdeh hər üçi müqavilə üzrə müvafiq olaraq hər ay 37, 37 manat və 84 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli təhfil-təslim aktından görünür ki, 1 ədəd Berqamo BG-SM358 6SDG xəmir yoğuran maşını Cavabdeh təhfil almışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli təhfil-təslim aktından görünür ki, 1 ədəd X1 Gülnar Loğman qızı təhfil almışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli təhfil-təslim aktından görünür ki, 1 ədəd Elektronika İran peçini Cavabdeh təhfil almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələr bağlanmışdır. Belə ki, nisyə satış müqaviləsinin əsas mühüm şərti satılan əşyalar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri: satılan malların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri müqavilələrdə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunu hər üç müqavilə üzrə azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən ümumilikdə 1338 manat borc və dövlət rüsumundan isə təmin edilmiş hissəsinə uyğun olaraq 33,38 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Kiçik iddiaya dair ərizə təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 213 (iki yüz on üç) AZN manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 264 (iki yüz altmış dörd) AZN manat ödənilməmiş hissə, 10 (on) manat cərimə və xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 831 ( səkkiz yüz otuz bir) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə olmaqla, ümumilikdə 1338 manat borc və 33,38 (otuz üç manat otuz səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-381/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-381/2024
25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver