Məhkəmə qərarları › İş №e-2(051)-384/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-384/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-384/2024 15.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Quliyeva Güləndam Gündüz qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə: xx.xx.2021-ci il tarixli 23086045 saylı müqavilə (Alyans-Paris Dolab); xx.xx.2021-ci il tarixli 23227136 saylı müqavilə (kenwood markalı ətçəken), xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə (beauty genc çalışma masası, mətbəx stulu); Müqavilələrin predmet-nisyə alqı-satqı Tələb olunan məbləğ: xx.xx.2021-ci il tarixli 23086045 saylı müqavilə üzrə 223.74 manat ödənilməmiş hissə, 22.26 manat hesablanmış cərimə borcu, cəmi 246 manat pul, xx.xx.2021-ci il tarixli 23227136 saylı müqavilə üzrə 166.60 manat ödənilməmiş hissə və 16.40 manat cərimə borcu olmaqla, cəmi 183 manat pul, xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə üzrə 106.30 manat ödənilməmiş hissə və 10.70 manat cərimə borcu olmaqla, cəmi 117 manat, ümumilikdə 546 manat və 30 manat dövlət rüsumu. Sübutlar: Alq-satqı müqaviləlsi, ödəniş cədvəli, əşyanın təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsaslı hesab edir. Məhkəmə təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 23086045 saylı müqavilə üzrə 223.74 manat ödənilməmiş hissə, 22.26 manat hesablanmış cərimə borcu, cəmi 246 manat pul, xx.xx.2021-ci il tarixli 23227136 saylı müqavilə üzrə 166.60 manat ödənilməmiş hissə və 16.40 manat cərimə borcu olmaqla, cəmi 183 manat pul, xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə üzrə 106.30 manat ödənilməmiş hissə və 10.70 manat cərimə borcu olmaqla, cəmi 117 manat, ümumilikdə 546 manat və 30 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar