Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-39/2023 10.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı nümayəndəsi X2 və Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 18 913,00(on səkkiz min doqquz yüz on üç manat,) manat əsas borc, 20 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 1 891,3(bir min səkkiz yüz doxsan bir manat, 30 qəp) manat penya və 152,41 (bir yüz əlli iki manat 41 qəp) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 20 956,71 (iyirmi min doqquz yüz əlli altı manat, 71 qəp) manat məbləğində borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə “Mətanət A” şirkəti arasında bağlanmış 324/21 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 3.2 bəndinə əsasən cavabdeh, malların verilməsindən 15(on beş) gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsullarını götürmüşdür. Belə ki, cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla xx.xx.2021-ci il tarixində imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsədə, lakin indiyədək 18 913,00(on səkkiz min doqquz yüz on üç manat, 00 qəp) manat borc qalığını ödəməmişdir. Ona görə də Cavabdeh 18 913,00(on səkkiz min doqquz yüz on üç manat,) manat əsas borc, 20 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 1 891,3(bir min səkkiz yüz doxsan bir manat, 30 qəp) manat penya və 152,41 (bir yüz əlli iki manat 41 qəp) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 20 956,71 (iyirmi min doqquz yüz əlli altı manat, 71 qəp) manat məbləğində borcun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı tərəfindən irəli sürülən iddia əsassızıdr. Hüquqlarını müdafiə etdiyi Cavabdeh bildirir ki, iddiaçıdan heç bir mal almamış, iddiaçıya heç bir borcu yoxdur. O, öhdəliklərin tanınması aktına heç bir imza etməımişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlər ksero surətlərdir. Müqavilə də qeyd olunan imza Cavabdeh tərəfindən icra edilməmişdir. Cavabdeh israr edir ki, onun imzasının kopiya edərək müqaviləyə əlavə etmişlər. Baxmayaraq ki, ekspertiznın rəyin də imzanın onun olduğu qeyd edilmişdir, lakin ekspertizanın rəyini sübut kimi qəbul etmirlər. Ona görə də iddia əsassız olduğu üçün rədd edilməsini xahiş edir. Məhkəmə, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 324/21 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları “Alıcıya” isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. İş materiallarında olan öhdəliklərin qarşılıqlı tanınması aktından görünür ki, Cavabdeh “Mətanət A” şirkətinə olan borcu bu aktın imzası tarixinə 18913 manat təşkil etmişdir. İşdə olan məhkəmə-xətşünaslıq ekspertizasının 27 fevral 2023-cü il tarixli, 4/187 saylı rəyinin nəticə hissəsindən görünür ki, 10 noyabr 2021-ci il tarixli öhdəliklərin qarşılqılı tanınması aktında “Alıcı” bölməsində “CavabdehƏliabbas AZE № ******** ***-***-**-**” yazıları və “İmza (möhür) qrafasındakı imza 324/21 nömrəli 18 avqust 2021-ci il tarixli alqısatqı müqaviləsində “Cavabdeh Elman Yasamal Mətbuat 37.37.***-***-**-** AZE № ******** Cavabdeh yazıları və “İmza:” qrafasındakı imza-Cavabdeh tərəfindən icra edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən öhdəliyin yerinə yetirilməmsi nəticəsində dəymiş maddi ziyanı sübutetmə yükü iddiaçının, lakin iddiaçı qarşısında öhdəliyin olmaması nəticəsində dəymiş həmin maddi ziyanın mövcud olmadığnı sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 324/21 saylı alqısatqı müqaviləsindən görünür ki, satıcı bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları “Alıcıya” isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürmüş, lakin cavabdeh müqavilə öhdəliyini yerinə yetirməmişdir. Bundan əlavə öhdəliklərin qarşılıqlı tanınması aktından da görünür ki, Cavabdeh “Mətanət A” şirkəti ilə bağladığı müqaviləyə əsasən yaranmış borcu akta imza etdiyi imzası ilə də təsdiq edilmişdir. Baxmayaraq ki, cavabdeh iddia tələbini qəbul etməmiş, öhdəliklərin tanınması aktına heç bir imza etmədiyini və iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər ksero surətlər olduğunu bildirsə də məhkəmə-xətşünaslıq ekspertizasının 27 fevral 2023-cü il tarixli, 4/187 saylı rəyinin nəticə hissəsindən görünür ki, 10 noyabr 2021-ci il tarixli öhdəliklərin qarşılqılı tanınması aktında “Alıcı” bölməsində “CavabdehƏliabbas AZE № ******** ***-***- **-**” yazıları və “İmza (möhür) qrafasındakı imza 324/21 nömrəli 18 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsində “Cavabdeh Elman Yasamal Mətbuat 37.37.***-***-**-** AZE № ******** Cavabdeh yazıları və “İmza:” qrafasındakı imza-Cavabdeh tərəfindən icra edilməsi qeyd edilmişdir. Məhkəmə iş materiallarını, ekspertiza rəyini hər tərəfli tədqiq edərək hesab edir ki, iddia tələbi təkzib olunmaz faktlarla öz təsdiqini tapmış, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş faktlar məhkəmə iclasında öz möhtəbərliyini tapsa da, lakin cavabdeh məhkəməyə öz etirazının əsası kimi istinad etdiyi halları, təkzib edilməz faktları təqdim edə bilməmiş, iddianın əsassız olmasını sübut edə bilməmiş mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehdən alqı-satqı müqaviləsi üzrə əsas borc alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən azaldılaraq 100 manat məbləğində cərimə müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 100 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 100 manat məbləğində cərimə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinin tələbinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyidir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmə tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 220.5-ci maddəsinin tələbinə görə,qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə 127 manat məbləğində ekspertiza xərci cavabdehə aid edilməlidir. Məhkəmə iclasında iddiacının öz iddia tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirə bilmişdir. Məhkəmə həmin sübutları qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitələri ilə əldə edilmiş hesab edir və qiymətləndirir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 152,41 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 18913 (on səkkiz min doqquz yüz on üç) manat məbləğində əsas borc və 100 (bir yüz) manat, cəmi 19013 (on doqquz min on üç) manat pul tutularaq iddiaçı “Mətanət A” şirkətinin xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 152,41 (bir yüz əlli iki manat qırx bir qəpik) manat məbləğində pul alınıb, iddiaçı Cavabdeh verilsin. İş üzrə 127 manat məbləğində ekspertiza xərci Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №e-2(051)-39/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-39/2023
10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver