Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-39/2024 16.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh: Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, İddiaçı ilə Cavabdeh2 İldınm oğlu arasında bağlanmış 06 noyabr 2022-ci il tarixli İlkin Müqaviləsinin ləğv edilməsi və Bakı şəhəri Yasamal rayonu X4 X3 küçəsi 2 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasının 1- ci mərtəbəsində yerləşən 400.0 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısı üçün ödənilmiş 300,000.00 (üç yüz min) manat məbləğində pul vəsaitinin, ilkin alqı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğin 0,2 % -i 600.00 (altı yüz) manat olmaqla, cəmi 300,600.0 (üç yüz min altı yüz) manat pul vəsaitinin və ödənilmiş 590,60 (altı yüz doxsan manat 60 qəpik) manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 İddiaçı xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddianı müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 arasında bağlanmış 27 nömrəli müqaviləyə, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş maliyyə arayışlara əsasən Bakı şəhəri, Yasamal rayonu, X4 Massivi, Xarici Dairəvi küçəsi, 2 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 400.0 kv.m olan qeyriyaşayış sahəsi Cavabdeh2 məxsus olmuşdur. Cavabdeh2 adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 ilə aralarında olan razılaşmaya əsasən Bakı şəhəri Yasamal rayonu, X4 X3 küçəsi, 2 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 400.0 kv.m olan qeyri-yaşayış sahəsinin satış dəyəri 310000.00 (üç yüz on min manat 00 qəpik) qiymətləndirilmişdir.Razılaşma əsasında ilkin müqaviləsini bağlamaqla, bağlanması anında 300000.00 (üç yüz min manat 00 qəpik) manatı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəmiş və iddiaçı Cavabdeh2 söziigüdən daşınmaz əmlakı ona satmışdır. Qalan 10000.00 (on min manat 00 qəpik) manatı isə əsas alqı-satqı müqaviləsi rəsmiləşdirildikdə notariusun bankada açılan hesabı vasitəsi ilə ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd edir ki, İlkin Müqaviləsinin 2.1-ci maddəsinə əsasən satıcı bu Müqavilə qüvvəyə mindiyi andan 12(on iki) ay ərzində Bakı şəhəri, Yasamal rayonu, X4 Massivi, Xarici Dairəvi küçəsi, 2 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 400.0 kv.m olan qeyriyaşayış sahəsinə dair dövlət reyestrindən arayışı və əsas müqavilənin bağlanması üçün tələb olunan bütün digər zəruri səmədləri əldə etməklə mənzili Alıcıya satmağı, əsas (alqı-satqı) müqaviləni bağlamağı və həmin mənzili Alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh2 bu günə qədər üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və yerinə yetirməkdən yayınmaqla ilkin müqaviləsinin şərtlərinə əməl etməmişdir. Qeyd edir ki, 01 oktyabr 2022-ci il tarixdə cavabdeh X1 yazılı təkliflə müraciət etmişdir. Lakin, Cavabdeh2 yenə də hər hansı hərəkət etməmişdir. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, tərəfindən aparılan araşdırmalar zamanı mübahisəli daşınmaz əmlakın mövcud olmaması müəyyən edilmişdir. Belə ki, cavabdeh mövcud olmayan daşınmaz əmlaka dair sənədləri saxtalaşdırmaqla İlkin Müqaviləsinin bağlanmasına nail olmuş və bununla da onu aldatmaqla külli miqdarda pul vəsaitini mənimsəmişdir. Cavabdeh2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, iddiaçının iddası əsassızdır, belə ki, həmin müqavidə görünüş üçün bağlanmış müqavilədir. Nə o, nədə ki, atası hər hansı bir daşınmaz əmlakın alqı-satqıs müqaviləsin bağlanılmasını öhdəsinə götürməmiş və bunun müqabilində 300.000 pulu atası tərəfindən qəbul edilməmişdir. Sadəcə olaraq atası ilə iş görmək üçün onun adından atası ilə iddiaçının arasında digər məsələlər həll edilməsi məqsədi ilə yalan olan ilkin müqavilə bağlanmışdır. Odur ki, iddia tələbi əsassızdır və iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İlkin Müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında 06 noyabr 2020-ci il tarixli İlkin Müqaviləsi bağlanmış və satıcı bu müqavilə qüvvəyə mindiyi andan 12 (on iki) ay ərzində Bakı şəhəri, Yasamal rayonu, X5, Xarici Dairəvi küçəsi, 2 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 400.00 kv.m olan qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikasının DƏDRX dövlət reyestrdən çıxarışı, yüklülüyünə dair dövlət reyestrindən arayışı və əsas müqavilənin bağlanması üçün tələb olunan bütün digər zəruri sənədləri əldə etməklə alaraq mənzili Alıcıya satmağı, əsas (alqı-satqı) müqaviləni bağlamağı və mənzili alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Bakı şəhəri, Yasamal rayonu, X5, Xarici Dairəvi küçəsi, 2 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 400.00 kv.m olan qeyri-yaşayış sahəsinin satış qiyməti 310000 manat məbləğində müəyyən edilmişdir. İlkin müqavilənin bağlanması anında 300000 manatı notariusun bankda açılan depozit hesabı vasitəsilə ilə birinci tərəf – satıcıya ödəyir. Qalan 10000 manatı isə alıcı satıcıya alqı-satqı müqaviləsi rəsmiləşdirildikdə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmək şərti ilə həmin müqavilə rəsmiləşdirilir. Müqavilədə satıcı qismində Cavabdeh2 adı yazılmış, lakin müqaviləni onun əvəzinə etibarnəmə əsasında atası Cavabdeh1 imzalamışdır. İşdə olan "xxxx" ASC-yə məxsus ödəniş qəbzindən görünür ki, notariusun bankda açılan depozit hesabı vasitəsilə İddiaçı Cavabdeh1 hesabına ilkin alqı satqı müqaviləsi üzrə 300.000 manat pul keçirmiş və həmine məbləğ Cavabdeh1 tərəfindən götürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh2 arasında 06 noyabr 2020-ci il tarixli İlkin Müqaviləsi bağlanmış və Cavabdeh2 bu müqavilə qüvvəyə mindiyi andan 12 (on iki) ay ərzində Bakı şəhəri, Yasamal rayonu, X5, Xarici Dairəvi küçəsi, 2 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 400.00 kv.m olan qeyri-yaşayış sahəsini 310000 manat əvəzində mənzili Alıcıya satmağı, əsas (alqı-satqı) müqaviləni bağlamağı və mənzili alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Bundan sonra iddiaçı cavabdehə 300000 manatı notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmişdir. Qalan 10000 manatı isə alqı-satqı müqaviləsi rəsmiləşdirildikdə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi iddiaçı öhdəsinə götürmüşdür. Lakin cavabdeh ilkin müqaviləyə görə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, yəni müqavilədə göstərilən əmlakın iddiaçıya satılması ilə əlaqədar olaraq alqı-satqı müqaviləsi bağlamamışdır. Nəticədə, iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. İş materiallarından da görünür ki, tərəflər arasında ilkin müqavilə böağlanmış və həmin müqaviləyə əsasən 12 (on iki) ay ərzində Bakı şəhəri, Yasamal rayonu, X5, Xarici Dairəvi küçəsi, 2 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasının 1ci mərtəbəsində yerləşən 400.00 kv.m olan qeyri-yaşayış sahəsini 310000 manat əvəzində mənzili Alıcıya satmağı, əsas (alqı-satqı) müqaviləni bağlamağı və mənzili alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehlər bu öhdəliyi yerinə yetirməmiş vçə müqavilənəin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2–ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi həcmdə, yəni 300000 (üç yüz min) manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməli və cavabdehlərdən 300000 (üç yüz min ) manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Həmçinin ilkin alqı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğin 0.2 faizi 600 manat cavabdehlərdən iddiaçının xeyrinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsapsən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinqə əsasən Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan başqa Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 590,60 manat məbləğində pul vəsaiti də cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 300600 (üç yüz min altı yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olan 590,60 (beş yüz doxsan manat, altmış qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №e-2(051)-39/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-39/2024
16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver