Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-497/2023 28.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(051)-497/2023 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı MMC-yə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ancaq məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin oluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, işə iddiaçının iştirakı olmadan baxılması mümkündür. İddiaçı MMC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 22031449 №li müqaviləyə əsasən cavabdehə hissə-hissə ödəniş şərti ilə 18 ay müddətinə, aylıq 20.5 manat olmaqla, İMEİ kodu **********17888 olan Xiaomi Redmi 9A markalı telefon verilmişdir. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq borcunu tam ödəməmişdir. Hazırda cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 175 manat əsas borc və 17 manat cərimə olmaqla, cəmi 192 manat borcu yaranmışdır. Həmin borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi xahiş olunur. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********17888 olan Xiaomi Redmi 9A markalı telefon almışdır. İddia ilə məhkəməyə müraciət edildikdən sonra o, 20 manat ödəniş etmişdir. İddiaçı tərəfindən ona verilmiş sənədə əsasən qalan borcu 155.16 manat təşkil edir. Qalan 155.16 manat borcunu ödəyəcəkdir. Məhkəmə iş materialını araşdırıb, cavabdehin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 22031449 №li müqavilədən görünür ki, iddiaçı hissə-hissə, hər ay 20.5 manat olmaqla, 18 ay müddətində ödəmək şərti ilə İMEİ kodu **********17888 olan Xiaomi Redmi 9A markalı telefonu cavabdehə verməyi, cavabdeh isə əşyanın dəyərini müqavilədə göstərilən şərtlərlə ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********17888 olan Xiaomi Redmi 9A markalı telefonu iddiaçıdan təhvil almışdır. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 175 manat əsas borc və 17 manat cərimə olmaqla, cəmi 192 manat borcu vardır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, “KONTAKT HOME” mağazası tərəfindən verilmiş 7325 nömrəli, xx.xx.2023-cü il tarixli sənəddən görünür ki, Cavabdeh 20 manat ödəniş etmiş, faktura qalan cərimə borcu yoxdur. Toplam ödənən məbləğ 213.84 manat, faktura qalan borc 155.16 manat təşkil edir. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsində göstərilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddiaçı tələbində cavabdehdən 175 manat əsas borc və 17 manat cərimə olmaqla, cəmi 192 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə izahatında İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********17888 olan Xiaomi Redmi 9A markalı telefon aldığını, iddia ilə məhkəməyə müraciət edildikdən sonra 20 manat ödəniş etdiyini, qalan borcunun 155.16 manat təşkil etdiyini bildirmişdir. Cavabdeh bununla bağlı məhkəməyə sübut - “KONTAKT HOME” mağazası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sənəd təqdim etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdıraraq, təqdim edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdehdən xx.xx.2020-ci il tarixli 22031449 №li müqaviləyə əsasən 155.16 manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2020-ci il tarixli 22031449 №li müqaviləyə əsasən 155.16 (bir yüz əlli beş manat on altı qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul alınıb İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №e-2(051)-497/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-497/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver