Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-578/2023 27.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən xx.xx.2N21-ci il tarixli müqaviləyə əsasən Samsung LED TV üçün 986 manat ödənilməmiş hissə, 98 manat cərimə, xx.xx.2N21-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********95694 olan Samsung Galaxy A21S markalı telefon üçün 372 manat ödənilməmiş hissə, 37 manat cərimə olmaqla, ümumilikdə 1493 manat borcun və 34.93 manat dövlət rüsumunun alınıb verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı AR Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən məhkəməyə xx.xx.2N23-cü il tarixli 1491 saylı məktub ünvanlanaraq bildirilmişdir ki, gizir Cavabdeh hazırda Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, cavabdeh Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə xidmət etdiyindən, iddiaçının cavabdehə qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası Mingəçevir Şəhər Məhkəməsində baxılmalı deyil və ərazi aidiyyəti üzrə Daşkəsən Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” AR Qanunun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh Məcidov X1 rayonunda yerləşən N saylı hərbi hissədə xidmət etdiyindən, hazırki mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Daşkəsən Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair 2(N51)-578/2N23 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Daşkəsən Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi andan 1N (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-578/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-578/2023
27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver