Məhkəmə qərarları › İş №e-2(051)-615/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-615/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-615/2022 19.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24.11.2020ci il tarixli müqaviləyə əsasən 487.9 manat ödənilməmiş hissə, 48 manat hesablanmış cərimə borcu, 25.11.2020-ci il tarixli müqaviləyə əsasən 415.1 manat ödənilməmiş hissə, 0 manat cərimə borcu olmaqla, cəmi 951 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 02.03.2022-ci il tarixli, 2(051)-615/2022 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, tərəflər arasında bağlanmış 24.11.2020-ci il və 25.11.2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********75270 olan Huavei MatePad T 10 markalı tablat və Janome Smart tikiş maşını almışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, müqavilələrin qeyd olunan şərtlərini pozaraq borcunu ödəməmiş, nəticədə 24.11.2020-ci il tarixli müqavilə üzrə 487.9 manat ödənilməmiş hissə, 48 manat hesablanmış cərimə borcu, 25.11.2020-ci il tarixli müqavilə üzrə isə 415.1 manat ödənilməmiş hissə, 0 manat cərimə borcu olmaqla, cəmi 951 manat borcu ödənilməmiş qalmışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Odur ki, cavabdehdən 24.11.2020-ci il tarixli müqavilə üzrə 487.9 manat ödənilməmiş hissə, 48 manat hesablanmış cərimə borcu, 25.11.2020-ci il tarixli müqavilə üzrə isə 415.1 manat ödənilməmiş hissə, 0 manat cərimə borcu olmaqla, cəmi 951 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, işdə olan 24.11.2020-ci il tarixli 22069314 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Cavabdeh 534.6 manat dəyərində, 18 ay müddətinə hər ay 29.7 manat ödəmək şərtilə Huavei MatePad T 10 markalı tablet almışdır. İşdə olan 25.11.2020-ci il tarixli 22071711 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Cavabdeh 758.4 manat dəyərində, 24 ay müddətinə hər ay 31.6 manat ödəmək şərtilə Janome Smart tikiş maşını almışdır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 24.11.2020-ci il tarixli müqavilə üzrə 487.9 manat ödənilməmiş hissə, 48 manat hesablanmış cərimə borcu, 25.11.2020-ci il tarixli müqavilə üzrə isə 415.1 manat ödənilməmiş hissə, 0 manat cərimə borcu olmaqla, cəmi 951 manat borcu vardır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 24.11.2020-ci il tarixli 22069314 saylı alqısatqı müqaviləsinə əsasən 534.6 manat dəyərində, 18 ay müddətinə hər ay 29.7 manat ödəmək şərtilə Huavei MatePad T 10 markalı tablet və 25.11.2020-ci il tarixli 22071711 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 758.4 manat dəyərində, 24 ay müddətinə hər ay 31.6 manat ödəmək şərtilə Janome Smart tikiş maşını almışdır. Cavabdeh nisyə alqısatqı müqaviləsinin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə, onun iddiaçıya cəmi 951 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 24.11.2020-ci il tarixli 22069314 saylı və 25.11.2020-ci il tarixli 22071711 saylı nisyə alqısatqı müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən cavabdeh iddiaçı "xxxx" MMCdən 534.6 manat dəyərində Huavei MatePad T 10 markalı tablet və 758.4 manat dəyərində Janome Smart tikiş maşını almış və hər ay müvafiq olaraq 29.7 manat və 31.6 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı hüquqi şəxsin cavabdehə qarşı öhdəliyin icra edilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdehdən 24.11.2020-ci il tarixli müqavilə üzrə 487.9 manat ödənilməmiş hissə, 48 manat hesablanmış cərimə borcu, 25.11.2020-ci il tarixli müqavilə üzrə isə 415.1 manat ödənilməmiş hissə, 0 manat cərimə borcu olmaqla, cəmi 951 manat borc cavabdehdən alınıb iddiaçı banka verilməlidir. MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2 və 284-6.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 24.11.2020-ci il tarixli müqaviləyə əsasən 487.9 (dörd yüz səksən yeddi manat doxsan qəpik) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat hesablanmış cərimə borcu, 25.11.2020-ci il tarixli müqaviləyə əsasən 415.1 (dörd yüz on beş manat on qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu olmaqla, cəmi 951 (doqquz yüz əlli bir) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul alınıb, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar