Məhkəmə qərarları › İş №e-2(051)-62/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-62/2025

03.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-62/2025 03.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh Nümayəndə2 (Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi) iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Nümayəndə2 qarşı “miras paylarının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Nümayəndə2 qarşı “miras paylarının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, miras kütləsi olan Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 14, mənzil 24 ünvadakı 3 otaqlı evin və ünvan 1 ünvanda ümumisahəsi 37,2 kv. m. ticarət təyinatlı qeyri-yaşayış sahəsinin 5/8 hissəsinə İddiaçı miras payının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ki, iddiaçı X16 ilə xx.xx.1994-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə evlənmişlar. Birgə nikahdan uşaqları yoxdur. X6 birinci nikahdan xx.xx.1983-cü il tarixdə doğulmuş Cavabdeh1, xx.xx.1980-ci il tarixdə doğulmuş X11 və xx.xx.1978-ci il tarixdə doğulmuş X24 adı uşaqları vardır. X16 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Birgə nikah dövründə onun adına Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi,ev 14, mənzil 24 ünvadakı 3 otaqlı ev, ünvan 1 ünvanda ümumi sahəsi 37,2 kv. m. ticarət təyinatlı qeyri-yaşayış sahəsi DƏDRX-nin Reyestr Xidmətində qeydə alınaraq müvafiq olaraq ********** qeydiyyat nömrəli, **********18-05101-093059 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, **********05-05101-083004 reyestr nömrəli Çıxarışlar verilmişdir. X16 xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra iddiaçıvə Cavabdeh1, X11 və X24 qanun üzrə vərəsə hesab edilmişlər. X6 ilk nikahda olduğu Şükufə İsgəndərova ilə nikah münasibətləri 1993-cu ildə məhkəmə qaydasında pozulduğundan MM-nin tələblərinə görə vərəsələr dairəsinə daxil deyildir. Miras açıldığı andan biz miras əmlakın bölüşdürülməsinə dair razılığa gələ bilmədilərindən Mingəçevir Notariat Ofisinə müraciət etmişlər. Lakin notariat tərəfindən məhkəməyə müraciət edilməsi bildirildi. Belə ki, İsgəndərzadə Hicran Veysəl qızı yaşadığı Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi,ev 14, mənzil 24 ünvadakı 3 otaqlı evin və ünvan 1 ünvanda ümumisahəsi 37,2 kv. m. ticarət təyinatlı qeyri-yaşayış sahəsinin 50 % həcmində qanun üzrə vərəsə olaraq qəbul etmiş və idarə edir. Qeyd olunan miras kütləsinin digər hissəsində iş üzrə cavabdehələr Cavabdeh1, X11 və X24 ilə 1/4 hissəyə pay hüququ vardır. Vərəsə mövcud miras kütləsinin vərəsələr arasında bölüşdürülə bilmədiyindən məhkəmə qaydasında daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi,ev 14, mənzil 24 ünvadakı 3 otaqlı evin və ünvan 1 ünvanda ümumisahəsi 37,2 kv. m. ticarət təyinatlı qeyri-yaşayış sahəsinin dörd yerə naturada ayrılmasımümkün olmadığından məhkəmə qaydasında payların müəyyən edilməsi zərurəti vardır. Belələliklə, İddiaçı miras kütləsi olan Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi,ev 14, mənzil 24 ünvadakı 3 otaqlı evin və ünvan 1 ünvanda ümumi sahəsi 37,2 kv. m. ticarət təyinatlı qeyriyaşayış sahəsinin 5\8 hissəsinə miras payı müəyyən edilməlidir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq qeyd etdi ki, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 14, mənzil 24 ünvadakı 3 otaqlı evin ədalətli şəkildə yəni, özü və cavabdehlərə münasibətdə bərabər paylara bölünməklə yəni, hər birinə ¼ hissədə payların müəyyən olunmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək eyni zamanda iddia tələbinin dəqiqləşdirərək Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 14, mənzil 24 ünvadakı 3 otaqlı evin ədalətli şəkildə yəni, özü və cavabdehlərə münasibətdə bərabər paylara bölünməklə yəni, hər birinə ¼ hissədə payların müəyyən olunmasını, ünvan 1 ünvanda ümumisahəsi 37,2 kv. m. ticarət təyinatlı qeyriyaşayış sahəsinin 5/8 hissəsinə İddiaçı miras payının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. (xx.xx.2025-ci il tarixli məhkəmə iclasının fasiləsiz video-audio yazısında öz əksini tapmışdır) Cavabdeh Nümayəndə2 (həmçinin Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi) məhkəmə iclasında bildirdi ki, hazırda sözügedən mənzili 1991-ci ildə iyunun beşində ataları evdən çıxıb gedəndə, babaları X8, əmisi X17, bibisi X18 və atası, eyni zamanda ana tərəfindən iki dayısı və xalası ilə birlikdə atası evdən çıxıb gedən zaman qeyd etdikləri şəxsin yanında hazırda iddia tələbi qaldırılan mənzili onlara verdiyini bildirmiş həmin şəxslərin də iştirakı ilə eyni zamanda ataları evdən gedərkən heçnə istəmədiyini bildirərək həmin mənzili onlara vermiş, yəni övladlarına və analarına. Hansı ki, həmin mənzil uzun müddətdir ki, onların istifadəsindədir və onların yeganə yaşayış yeridir. Onların yaşamaq üçün başqa mənzili yoxdur. Bacısı, anası və bütün ailə üzvləri ilə birlikdə onlar hazırda həmin mənzildə yaşayırlar. Ataları evdən çıxıb gedərkən həmin mənzili onlara versə də, özü iki ədəd avtomobil və 150 qram qızılı da özü ilə aparıb getmişdir. Bundan əlavə ataları gedərkən artıq fəaliyyətini dayandırdığı “Vahid bank”da olan məbləğini dəqiq bilmədikləri pul olmuşdur ki, həmin pulu da ataları özü ilə aparmışdır. Bütün bunlar adlarını qeyd etdikləri böyüklərinin razılığı ilə olmuşdur. Ataları götürdüklərinin müqabilində hazırki mənzili onlara vermişdir. Həmçinin ataları gedərkən onlar yetkinlik yaşına çatmamışdılar ki, atası onlara aliment verməyəcəyini bildirərək, götürdüklərinin əvəzi aliment verilməməsi ilə bağlı razılığa gəlinmişdir. Bütün bunlar böyüklərin razılığı ilə olmuş, ona görə də indiki müddətə kimi aralarında əmlak bölgüsü ilə bağlı mübahisə olmamaışdır. Çünki əldə edilmiş razılığa əsasən, ataları onlara yəni övladlarına və həyat yoldaşına bağışlamışdır. Bir daha qeyd edilməlidir ki, atası bu evin əvəzi olaraq iki ədəd avtomobil və 150 qram qızıl və vaxtilə hazırda fəaliyyətini dayandırmış “Vahid bank”da olan məbləğini dəqiq bilmədikləri külli miqdarda pulu da özləri ilə aparmışdır. Məhkəmə tərəfindən sorğu edilsə, qeyd olunan avtomobillərin həqiqətən də atasına məxsus olduğu müəyyən ediləcək. Göründüyü kimi, iddiaçının indi atasından miras qalan yeganə yaşayış yerinə iddia qaldırması tam olaraq əsassızdır. Çünki iddiaçı onları aldatmış, etibarlarından sui-istifadə edərək atalarından onlara miras qalmış yeganə mənzili də mənimsəmək niyyəti ilə məhkəmədə iddia qaldırmışdır. Atasından qalan əmlakların hər birindən payını tələb edir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh2 vəkili Vəkil3 məhkəmə iclasında cavabdeh Nümayəndə2 izahatına uyğun izahat verərək məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclası bildirmişdir ki, atasından qalan əmlakların hər birindən payını tələb edir. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam, hərtərəfli və obyektiv nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan “ölüm haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.2020-ci il tarixdə qanaxma və ya infark olduğu dəqiqləşdirilməyən insult səbəbindən vəfat etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 3-16-5/7-İ-15-370/2024 saylı arayışdan görünür ki, X16 xx.xx.2024-cü il tarixədək aparılmış araşdırmalardan aşağıdakı məlumatlar aşkar olmuşdur: 1. Arvadı- İddiaçı 2. Qızı- Cavabdeh1 3. Qızı- X12 4. Oğlu Cavabdeh2. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, X1 şəhəri, Cəmil Əliyev küçəsi,ev 14, mənzil 24 ünvadakı 3 otaqlı ev yeni qaydalarla ünvan 2 ünvanı olan mənzil tam mülkiyyət hüququ üzrə X32 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1004 №li məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 qalmış miras əmlakın bölüşdürülməsinə dair ixtilaflar olduğundan mübahisəyə baxılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 ilə Mustafayeva Hicran Veysəl qızı arasında nikah 22 mart 1994-cü il tarixdə qeydə alınmış və 39 №li akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “İsgəndərzadə” soyadı verilmişdir. İşdə olan Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2010-cü il tarixli, ******* №li çıxarışdan görünür ki, ünvan 1 ünvanda ümumi sahəsi 37,2 kv. m. ticarət təyinatlı qeyri-yaşayış sahəsi X6 tam mülkiyyətindədir. İşdə olan Dövlət əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, X1 şəhəri, Nigar Rəfibəyli küçəsi 13/1 ünvanda ümumi sahəsi 37,2 kv. m. ticarət təyinatlı qeyri-yaşayış sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. İşdə olan Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 23 iyul 2008-ci il tarixli, 001471 saylı texniki pasportdan görünür ki, X1 şəhəri, Nigar Rəfibəyli küçəsi 13/1 ünvanda ümumi sahəsi 37,2 kv. m. ticarət təyinatlı qeyri-yaşayış sahəsinin icarəçisidir. İşdə olan xx.xx.2024-cü il tarixli Daxili İşlər Nazirliyi “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, İsgəndərov X23 şəhəri, C.Əliyev küçəsi, ev 14, mənzil 24 ünvanında qeydiyyatdadır. İşdə olan xx.xx.1982-ci il tarixli razılıqdan görünür ki, X16 Azərbaycan QRES qəsəbəsində “Hidroxüsusi su” İdarəsində sürücü olaraq işləmişdir. İşdə olan razılıq ərizələrindən görünür ki, İddiaçı (Cavabdeh1 əvəzinə), X19, Cavabdeh2, Nümayəndə2 və X3 şəhəri, Cəmil Əliyev küçəsi,ev 14, mənzil 24 ünvadakı 3 otaqlı evin X6 adına özəlləşdirilməsinə razılıq vermişlər. İşdə olan Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı 02 may 2024-cü il tarixli, 5-3/2-476/2024 saylı məktubdan görünür ki, xx.xx.1982-ci il tarixli, 24 nömrəli protokolundan çıxarışa əsasən, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev14, 24 ünvadakı mənzil X9 növbəlilik əsasında verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.1983-cü il tarixdə doğulmuş X7, xx.xx.1978-ci il tarixdə doğulmuş Cavabdeh2, xx.xx.1980-ci il tarixdə doğulmuş Nümayəndə2 atası X16, anası X10r. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 ilə X29 arasında 20 noyabr 1976-cı il tarixdə nikah bağlanmış və 368 №ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “İskəndərova” soyadı verilmişdir. İşdə olan “Hidroxüsusi su” İdarəsi tərəfindən verilmiş 24 №li protokoldan görünür ki, X6 4 nəfər ailə üzvü var, 4-cü yerdə növbədədir. İşdə olan xx.xx.1982-ci il tarixli razılıqdan görünür ki, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi,ev 14, mənzil 24 ünvadakı 3 otaqlı evin X9 verilməsinə razılıq verilmişdir. İşdə olan nikah haqqında şəahdətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X37 arasında olan 15 yanvar 2006-cı il tarixli nikah 39 № ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “İsgəndərova” soyadı verilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)- 62/2025 saylı qərardadınadan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “vərəsəlik hüququ üzrə sair mübahisələr” tələbinə dair iddiası üzrə mülki işin icraatının dayandırılması qərara alınmışdır. İşdə olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)- 2348/2025 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh2, Cavabdeh1 və Nümayəndə2 cavabdeh “Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “********** qeydiyyat nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və iddiaçıların payına uyğun yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)- 62/2025 saylı qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Nümayəndə2 qarşı “vərəsəlik hüququ üzrə sair mübahisələr” tələbinə dair iddiası üzrə mülki işin icraatının təzələnməsi qərara alınmışdır. Beləliklə, məhkəmə, tərəflərin izahatının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı cavabdehlərin atası X4 ilə xx.xx.1994-cü il tarixdə rəsmi nikah bağlamaqla evlənmişlər. Tərəflərin birgə nikahdan uşaqları olmamışdır. Lakin, X4nun X29 ilə 20 noyabr 1976-cı il tarixdə bağlanmış nikahlarından xx.xx.1983-cü il tarixdə X20, xx.xx.1978-ci il tarixdə Cavabdeh2, xx.xx.1980-ci il tarixdə Nümayəndə2 doğulmuşdur. X5 Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 14, mənzil 24 ünvadakı 3 otaqlı ev və ünvan 1 ünvanda ümumi sahəsi 37,2 kv. m. ticarət təyinatlı qeyri-yaşayış sahəsi miras qalmış, həmin əmlaklar müvafiq olaraq DƏDRX-nin Reyestr Xidmətində ********** qeydiyyat nömrəli, **********18-05101-093059 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, **********05-05101-083004 reyestr nömrəli Çıxarışlarla tam mülkiyyət hüququ üzrə X6 adına verilmişdir. X16 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X4 həmin miras əmlaklarla bağlı vəsiyyətnamə verməmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə alınmadığından iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair ərizə ilə müraciət etsə də, notariat orqanı tərəfindən ona vərəsələr arasında ixtilaflar olduğundan şahadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Miras qoyan vəfat etdikdən sonra qanun üzrə birinci növbə vərəsə olan vərəsələrin heç biri qanunvericiliklə müəyyən edilmiş müddət ərzində mirasdan imtina edilməsi ilə rəsmi qaydada notariat orqanına müraciət etməmişlər. Cavabdehlər Cavabdeh2, Nümayəndə2 həmin miras əmlakı yəni, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 14, mənzil 24 ünvadakı 3 otaqlı mənzili faktiki qəbul etmişlər. Belə ki, onlar sözügedən evdə hal-hazırda da yaşayırlar digər cavabdeh isə həmin miras əmlakı faktiki qaydada qəbul etməsə də, iddiaçı, digər cavabdeh Elnarə İsgəndərzadənin miras əmlakdan pay almasına heç bir etirazı olmamış, yəni hər bir əmlakdan ona çatacaq payın müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunverici Mülki Məcəllənin 1243.1–ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası sahiblik və idarə etmək üsulu ilə faktiki və yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014–cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X4 xx.xx.2020-ci il tarixdə öldüyündən, ondan qalmış miras əmlakla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146–cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2–ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə istinad olunan hüquq normalarının tələbləri baxımından mübahisənin qanuni və düzgün həll edilməsi üçün ilkin olaraq, miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini, həmçinin həmin əmlaklar üzərində miras qoyanın mülkiyyət və sair əşya hüquqlarına malik olub–olmamasının müəyyən edilməsini zəruri sayaraq, belə hesab edir ki, mübahisəli mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının X28 Daşınmaz Əmlakın Dövlət Reyetrinin Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi,ev 14, mənzil 24 ünvadakı 3 otaqlı ev, ünvan 1 ünvanda ümumi sahəsi 37,2 kv. m. ticarət təyinatlı qeyri-yaşayış sahəsi DƏDRX-nin Reyestr Xidmətində qeydə alınaraq müvafiq olaraq ********** qeydiyyat nömrəli, **********18-05101- 093059 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, **********05-05101-083004 reyestr nömrəli çıxarışlar əsasında əldə edildiyindən, həmin mənzil miras qoyanın mülkiyyətidir. Ona görə də həmin mübahisəli mənzil tam olaraq miras qoyan X6 miras toplusuna daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2–ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. AR Mülki Məcəlləsinin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına görə mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli qərarı). Məhkəmə, eləcə də mübahisənin düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsinin zəruriliyinə əsaslanaraq hesab edir ki, X4nun ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə arvadı İddiaçı, oğlu X26, qızı Cavabdeh1, qızı Nümayəndə2 daxil olmuşlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmadığına görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçməlidir. Beləliklə, iş materialları ilə müəyyən olundu ki, X4 tərəfindən İsgəndərzadə Hicran Veysel qızı ilə aralarında olan birgə nikahdan əvvəlki dövrdən əldə olunan əmlak kimi Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 14, mənzil 24 ünvadakı 3 otaqlı ev , birgə nikah dövründə isə ünvan 1 ünvanda ümumi sahəsi 37,2 kv. m. ticarət təyinatlı qeyri-yaşayış sahəsi miras qalmışdır. Məhkəmə iddianın miras əmlaka vərəsəliyin müəyyən edilməsi, vərəsə tanınma və payların müəyyən edilməsi hissəsinə, vərəsələrin dairəsinin müəyyən edilməsi baxımından, qiymət verərək hesab edir ki, qanunvericiliyin tələbinə uyğun olaraq tərəflər arvadı İddiaçı, oğlu X26, qızı Cavabdeh1, qızı Nümayəndə2 mirasdan pay almaq hüququ olan birinci növbəli vərəsələr kimi tanınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, ünvan 1 ünvanda ümumi sahəsi 37,2 kv. m. ticarət təyinatlı qeyri-yaşayış sahəsi xx.xx.2008-ci il tarixdə, yəni X16 ilə İsgəndərzadə Hicran Veysel qızı aralarında olan birgə nikah dövründə, dövlət əmlakının alınması əsasında şəhadətnamə ilə X6 mülkiyyətinə verilmişdir. Odur ki, ünvan 1 ünvanda ümumi sahəsi 37,2 kv. m. ticarət təyinatlı qeyri-yaşayış sahəsi üzərində İsgəndərzadə Hicran Veysel qızının birgə mülkiyyət hüququ tanınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Bu Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Belə ki, iddiaçı İsgəndərzadə Hicran Veysel qızının həmin qeyri-yaşayış sahəsi üzərində 1/2 hissə olmaqla ümumi birgə mülkiyyət hüququna malikdir. Buna görə də, ünvan 1 ünvanda ümumi sahəsi 37,2 kv. m. ticarət təyinatlı qeyri-yaşayış sahəsinə X6 vərəsələri - arvadı İsgəndərzadə Hicran Veysel qızının 5/8 hissədə, oğlu X13 1/8, qızı Cavabdeh1 1/8, qızı Nümayəndə2 1/8 hissədə vərəsə kimi onların hər birinin payı hissədə müəyyən edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına tətbiq edilməli hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, X2 miras qalmış, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 14, mənzil 24 ünvadakı 3 otaqlı ev isə X6 İsgəndərzadə Hicran Veysel qızı ilə birgə nikahından əvvəl yəni, Hidroxüsusitikinti idarəsinin rəhbərliyinin və həmkarlar ittifaqı komitəsinin birgə xx.xx.1982-ci il tarixli, 24 saylı protokolundan çıxarışa əsasən X9 növbəlilik əsasında verilmişdir. Vətəndaş Ş. İsgəndərov ilə Azərbaycan DRES Mənzil İstismar Kontorunun müdiriyyəti arasında xx.xx.1982-ci il tarixdə mənzil kirayə müqaviləsi bağlanmışdır. İşdə olan razılıq ərizələrindən görünür ki, İddiaçı (Cavabdeh1 əvəzinə), X19, Cavabdeh2, Nümayəndə2 və X3 şəhəri, Cəmil Əliyev küçəsi,ev 14, mənzil 24 ünvadakı 3 otaqlı evin X6 adına özəlləşdirilməsinə razılıq vermişlər. Həmin mənzil tam mülkiyyət hüququ üzrə X32 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. Belə olan təqdirdə mənzil birgə nikah dövründə birgə vəsait hesabına əldə edilmiş hesab edilə bilməz və Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 14, mənzil 24 ünvadakı 3 otaqlı evə münasibətdə qanunvericiliyin tələbinə uyğun olaraq tərəflər arvadı İddiaçı, oğlu X26, qızı Cavabdeh1, qızı Nümayəndə2 mirasdan pay almaq hüququ olan birinci növbəli vərəsələr kimi tanındığı halda onların hər birinin payları bərabər bölünməli, yəni arvadı İddiaçı münasibətdə 1/4 hissədə, Cavabdeh1 münasibətdə 1/4 hissədə, oğlu X21 münasibətdə 1/4 hissədə və qızı Nümayəndə2 münasibətdə 1/4 hissədə tanınmalıdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Eyni zamanda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1281–ci maddəsinə əsasən əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri iddia tələbi təmin olunduğundan ödənilmiş dövlət rüsumu işdə iştirak edən şəxslərin özünə aid edilsin. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı, X26, Cavabdeh1, Nümayəndə2 X6 vərəsələri hesab edilsinlər. X2 miras qalmış Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi,ev 14, mənzil 24 ünvadakı 3 otaqlı evə (Yeni qaydalarla: ünvan 2 ünvanı) İddiaçı münasibətdə 1/4 hissədə, Cavabdeh1 münasibətdə 1/4 hissədə, oğlu X21 münasibətdə 1/4 hissədə və qızı Nümayəndə2 münasibətdə ¼ hissədə payları müəyyən edilsin. X2 miras qalmış ünvan 1 ünvanda ümumi sahəsi 37,2 kv. m. ticarət təyinatlı qeyri-yaşayış sahəsinə İddiaçı 5/8 hissədə, oğlu X13 1/8 hissədə, qızı Cavabdeh1 1/8 hissədə, qızı Nümayəndə2 1/8 hissədə miras payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər X26, Cavabdeh1 və Nümayəndə2 müştərək qaydada iddaçı İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar