Məhkəmə qərarları › İş №e-2(051)-655/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-655/2023

17.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-655/2023 17.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Ərizəçinin nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, 24 avqust 1986-cı il tarixdə doğulmuş qardaşı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi ərizənin dəlillərini onun əsaslandırmışdır ki, X6 1986-cı il tarixdə doğulmuşdur. Ərizəçinin qardaşı X6 xəstədir. O, 05 oktyabr 1996-cı il tarixdən Mingəçevir Psixo-Nevroloji Dispanserində hal-hazıra qədər əqli gerilik daun xəstəliyi ilə əlaqələnmiş kənar şəxsin daima köməyinə və qulluğuna ehtiyacı var diaqnozu ilə uçotdadır. X6 hərəkətlərini dərk etmir və özünü idarə edə bilmir. Bunu onu tanıyanlar da təsdiq edir. Hazırda isə müalicə olunur. Hərəkətlərinə cavabdehlik daşımır və xəstə olduğu üçün X4 edəcəyi hərəkətlər etibarsız sayılır. Hesab edir ki, X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Ərizəçinin nümayəndəsi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanına lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə ərizəni, ərizəçinin izahatını, rəyi, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 24 avqust 1986-cı il tarixdə X7 ilə X5 birgə nikahından doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X7 08 iyul 1986-cı il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X8 10 yanvar 2017-ci il tarixdə ölmüşdür. İşdə olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1965-ci il tarixdə X7 ilə X5 birgə nikahından doğulmuşdur. İşdə olan Mingəçevir şəhər Rayonlararası Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 102 saylı arayışdan görünür ki, X6 05 oktyabr 1996-cı il tarixdən “əqli gerilik daun xəstəliyi ilə əlaqələnmiş kənar şəxsin daima köməyinə və qulluğuna ehtiyacı var” diaqnozu ilə psixiatrik müşahidəyə götürülüb. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 144 saylı rəyindən görünür ki, X6 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları, daun sindromu ilə XBT-10 F72.1 xəstəliyi keçirmişdir və keçirir, xəstəliklə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmək və hərəkətlərini idarə etmək qabiliyyətində deyildir, kənar şəxsin nəzarətinə və qulluğuna ehtiyacı vardır. Bununla əlaqədar olaraq X6 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ərizəçinin 24 avqust 1986-cı il tarixdə doğulmuş qardaşı 05 oktyabr 1996-cı il tarixdən Mingəçevir Psixo- Nevroloji Dispanserində hal-hazıra qədər əqli gerilik daun xəstəliyi ilə əlaqələnmiş kənar şəxsin daima köməyinə və qulluğuna ehtiyacı var diaqnozu ilə psixiatrik müşahidəyə altında olmuşdur. Həmin xəstəliyi keçirdiyindən hazırda öz hərəkətlərinin mənasını tam anlayıb öz hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Ona görə də onun xüsusi qulluğa ehtiyacı vardır. X3 öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən, həmçinin öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından, ərizəçi tərəfindən qulluq və qayğı göstərilir. Bu hallar, yəni X4 fəaliyyət qabiliyyətli olmaması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 144 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, ərizəçinin qardaşı X1 onun fəaliyyət qabiliyyəti olmayan sayılması üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası MM–in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tətbiq edilən maddi hüquq normasının dispozisya şərtləri ilə işin həqiqi hallarının müqayisəli tədqiqi zamanı müəyyən etdi ki, ərizəçinin qardaşı X4 öz hərəkətlərinin mənasını başa düşməməsi ilə yanaşı, öz hərəkətlərinə rəhbərlik etmək qabiliyyətinə malik deyildir. Ona görə də onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Azərbaycan Respublikası MPM–in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, hazırki ərizənin təmin edilməsinə əsaslar olduğundan, ərizəçinin qardaşı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 24 avqust 1986-cı il tarixdə Ağdam rayonunda doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar