Məhkəmə qərarları › İş №e-2(051)-687/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-687/2024

04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-687/2024 04.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Quliyeva Güləndam Gündüz qızı İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı- "xxxx" ASC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə- xx.xx.2020-ci il tarixdən -xx.xx.2021-ci il tarixədək müqavilə. Müqavilənin predmeti- sığorta müqaviləsi. Tələb olunan məbləğ- 60 manat məbləğində vurulmuş zərər və 30 manat dövlət rüsumu. Sübutlar: İcbari sığorta müqaviləsinə dair məlumat, təhvil-təslim aktı, pretenziya qaydasına əməl olunması barədə bildiriş, hesabdan çıxarış, qüsur aktı, arayış, məlumat, protokol, qərar, yol-nəqliyyat hadisəsinin sxemi. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci, 936.2-ci, 922.1-ci maddələri. “İcbarı Sığortalar haqqında” Azərbaycan Respubliksı qanunun 25.1, 25.1.8, 63.1-ci və 63.2-ci maddəsi. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Məhkəmə təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edir ki, kiçik iddia təmin edilərək vurulmuş zərər və ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdən -xx.xx.2021-ci il tarixədək icbari sığorta müqaviləsi üzrə 60 manat borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar