Məhkəmə qərarları › İş №e-2(051)-752/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-752/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-752/2025 26.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Quliyeva Güləndam Gündüz qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dörd müqavilə üzrə ümumilikdə 3153.45 manat pulun və 51.54 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 18301542 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı “Hoffmann” paltaryuyan, “Hoffmann” soyuducu üçün 12 ay müddətində, ilkin ödəniş 0 manat olmaqla, hər ay 165 manat ödəməyi öhdəsinə götürmüş; xx.xx.2024-cü il tarixli, 11225933 saylı nisyə alğısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı İmei kod **********3249 “X1 13 Pro” markalı telefon üçün 12 ay müddətində, ilkin ödəniş 0 manat olmaqla, hər ay 83.34 manat ödəməyi öhdəsinə götürmüş; xx.xx.2024-cü il tarixli, 03116947 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı İmei kod **********60565 “X1 13” markalı telefon üçün 12 ay müddətində, ilkin ödəniş 20 manat olmaqla, hər ay 45.07 manat ödəməyi öhdəsinə götürmüş; xx.xx.2023-cü il tarixli, 10755424 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı İmei kod **********85096 “Samsung Galaxy A24” markalı telefon, “Samsung Charger” markalı əşya üçün 12 ay müddətində, ilkin ödəniş 100 manat olmaqla, hər ay 52 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı avadanlıqları təhvil verməklə müqaviləyə əsasən öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh aldığı malların dəyərini razılaşdırılmış qaydada ödəməmiş və nəticədə dörd müqavilə üzrə ümumilikdə 3153.45 manat borcu yaranmışdır. Mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə cavabdehə bildirişin göndərilməsinə baxmayaraq, borcu ödəməkdən yayınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmişdir. İşə əlavə edilmiş 14 saylı MİS tərəfindən verilmiş məlumata əsasən bildiriş Cavabdeh çatdırılmamışdır. Cavabdeh hal-hazırda qeyd edilmiş ünvanda yaşamır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli, 18301542 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı “Hoffmann” paltaryuyan, “Hoffmann” soyuducu üçün 12 ay müddətində, ilkin ödəniş 0 manat olmaqla, hər ay 165 manat ödəməyi öhdəsinə götürmüş; xx.xx.2024-cü il tarixli, 11225933 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı İmei kod **********3249 “X1 13 Pro” markalı telefon üçün 12 ay müddətində, ilkin ödəniş 0 manat olmaqla, hər ay 83.34 manat ödəməyi öhdəsinə götürmüş; xx.xx.2024-cü il tarixli, 03116947 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı İmei kod **********60565 “X1 13” markalı telefon üçün 12 ay müddətində, ilkin ödəniş 20 manat olmaqla, hər ay 45.07 manat ödəməyi öhdəsinə götürmüş; xx.xx.2023-cü il tarixli, 10755424 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı İmei kod **********85096 “Samsung Galaxy A24” markalı telefon, “Samsung Charger” markalı əşya üçün 12 ay müddətində, ilkin ödəniş 100 manat olmaqla, hər ay 52 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya hesablanır. 3.7-ci bəndinə əsasən müqavilənin ödəmə qaydası Əlavədə qeyd olunub. Müqavilə və onun tərkib hissəsi olan Əlavə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən əşyanın qüsursuz vəziyyətdə qəbul edilməsinə dair xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixlərdə təhvil-təslim aktları imzalanmışdır. Mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə xx.xx.2025ci il tarixdə cavabdehə bildiriş göndərilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 18301542 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1320 manat əsas, 660 manat cərimə olmaqla cəmi 1980 manat, xx.xx.2024-cü il tarixli, 11225933 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 392.20 manat əsas, 196.10 manat cərimə olmaqla cəmi 588.30 manat, xx.xx.2024-cü il tarixli, 03116947 saylı nisyə alqısatqı müqaviləsi üzrə 338.10 manat əsas, 169.05 manat cərimə, cəmi 507.15 manat, xx.xx.2023-cü il tarixli, 10755424 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 52 manat əsas, 26 manat cərimə, cəmi 78 manat olmaqla, ümumilikdə dörd müqavilə üzrə 3153.45 manat borcunun olmasına dair xx.xx.2025-ci il tarixli maliyyə arayışı tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" tərəfindən məhkəməyə müraciət etmək üçün 51.54 manat dövlət rüsumu ödənmişdir. Əsaslandırıcı hissə: Hazırkı iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsi təşkil edir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında nisyə alğı-satqı müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək avadanlığı cavabdehə təqdim etmişdir. Cavabdeh isə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəməməklə, üzərinə düşən öhdəlikləri pozmuşdur. Beləliklə, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi Cavabdeh alqı-satqı müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə hesablanmış cərimə məbləğlərinin kifayət qədər yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq xx.xx.2024-cü il tarixli, 18301542 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 60 manat, xx.xx.2024-cü il tarixli, 11225933 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 20 manat, xx.xx.2024-cü il tarixli, 03116947 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 15 manat, xx.xx.2023-cü il tarixli, 10755424 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 3 manat müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 18301542 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1320 (bir min üç yüz iyirmi manat) manat əsas, 60 (altmış) manat cərimə olmaqla cəmi 1380 (bir min üç yüz səksən manat) manat, xx.xx.2024-cü il tarixli, 11225933 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 392,2 (üç yüz doxsan iki manat iyirmi qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə olmaqla cəmi 412,2 (dörd yüz on iki manat iyirmi qəpik) manat, xx.xx.2024-cü il tarixli, 03116947 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 338,1 (üç yüz otuz səkkiz manat on qəpik) manat əsas, 15 (on beş) manat cərimə, cəmi 353,1 (üç yüz əlli üç manat on qəpik) manat, xx.xx.2023-cü il tarixli, 10755424 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 52 (əlli iki) manat əsas, 3 (üç) manat cərimə, cəmi 55 (əlli beş) manat olmaqla ümumilikdə dörd müqavilə üzrə 2200,3 (iki min iki yüz manat otuz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Dövlət rüsumu üçün ödənilmiş 51,54 (əlli bir manat əlli dörd qəpik) manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar