Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-782/2023 02.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçılar: İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) Nümayəndə Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkilləri) Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın onların tərəfindən qəbul edilməsi və miras əmlakdan payların müəyyən edilməsi, həmin miras əmlakdan onların istifadə etməklərinə olan maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mİngəçevir şəhəri, Xətai küçəsi, ev 14/1, mənzil 36 ünvanında yerləşən mənzilə onların miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək iddiaçıların nümayəndəsi “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən mərhum X4 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin onların tərəfindən qəbul edilməsi və miras əmlakdan payların müəyyən edilməsi, həmin miras əmlakdan onların istifadə etmələrinə olan maneələrin aradan qaldırılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh2 təmsil etdiyi şəxslərin qardaşı, Cavabdeh1 anaları, Afaq İmamverdiyeva isə bacılarıdır. İddiaçıların atası Ramiz İmamverdiyev 07 may 2022-ci ildə vəfat etmişdir. Ondan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 71.9 kv.m. olan mənzil miras qalmışdır. X2 həmin miras mənzil üzərində tam mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əldə etmişdir. X3 həmin miras əmlakla bağlı vəsiyyətnamə verməmişdir. Miras açıldıqdan sonra qanunla müəyyən olunmuş müddət ərzində təmsil etdiyi şəxslər mirası rəsmi qaydada qəbul etmək haqqında X23 Xidmət Mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmiş, lakin vərəsələr arasında mübahisə olduğuna görə X23 Xidmət Mərkəzində notariat ofisi tərəfindən notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Hazırda miras əmlaka dair vərəsəlik işi açılsa da, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Ona görə də təmsil etdiyi şəxslər mirasın bölüşdürlməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndələri məhkəmə iclası zamanı iddianı qismən qəbul etdi və göstərdi ki, iddiaçılar təmsil etdiyi Cavabdeh1 uşaqları, Cavabdeh2 isə bacılarıdır. Ramiz İmamverdiyev 07 may 2022-ci ildə vəfat etmişdir. Ondan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 71.9 kv.m. olan mənzil miras qalmışdır. Miras açıldıqdan sonra qanunla müəyyən olunmuş müddət ərzində təmsil etdiyi şəxslər mirası rəsmi qaydada qəbul etmək haqqında X23 Xidmət Mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmişdir. Hazırda miras əmlaka dair vərəsəlik işi açılsa da, vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Bununla belə hesab edir ki, mübahisəli miras əmlak təmsil etdiyi Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmişdir. Ona görə də mənzilin 1/2 hissəsi Cavabdeh1 payına düşür. Qalan 1/2 hissəsi isə birinci növbə vərəsələr arasında bərabər şəkildə bölünməlidir. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh3 və üçüncü şəxs X23 Xidmət Mərkəzində notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, həmin cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə həmin cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan, X23 Xidmət Mərkəzində notariat ofisi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2022-ci il tarixli 2586 saylı məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlaka miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olduğundan ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İmamverdiyeva (Əliyeva) Hicran Ramiz qızı xx.xx.1974–cü il tarixdə, Cavabdeh2 xx.xx.1990-cı il tarixdə, X11 xx.xx.1976-cı il tarixdə X10 ilə Cavabdeh1 birgə nikahlarından doğulmuşdur. İşdə olan X23 Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X10 xx.xx.2022-ci il tarixdə olmuşdur və ölüm haqqında xx.xx.2022-ci il tarixdə 146 saylı akt qeydi tərtib edilmişdir. İşdə olan nikahın bağlanması haqqında Şəhadətnamənin surətindən görünür ki, X10 ilə X9 nikahları xx.xx.1973–cü il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “İmamverdiyeva” soyadı verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X7 Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 14/1 saylı binanın 36 saylı mənzili üzərində tam mülkiyyət hüququ Mingəçevir şəhər XDS İK Mənzil Uçotu və Bölgüsü şöbəsinin xx.xx.1985-ci il tarixli 2926 saylı orderə, Mingəçevir 7 saylı MİS-in xx.xx.2018-ci il tarixli 404 nömrəli 2 saylı forma üzrə arayışı və ailə üzvlərinin razılıq ərizələrinə əsasən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan DƏDRX-in RX seriyalı ******* saylı çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən, **********57-05101-093044 reyestr nömrəli, 71.9 kv.m ümumi sahədən ibarət mənzil üzərində X7 xüsusi mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2004-cü il tarixdə X17 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur və nikah bağlandıqdan sonra arvada “Mustafayeva” soyadı verilmişdir. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2014-cü il tarixdə X25 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur və nikah bağlandıqdan sonra ona “Hüseynova” soyadı verilmişdir. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, İmamverdiyeva Hicran Ramiz qızı xx.xx.2003-cü il tarixdə X26 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur və nikah bağlandıqdan sonra ona “Əliyeva” soyadı verilmişdir. İşdə olan X23 xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş X6 miras qalmış əmlaka dair Mingəçevir şəhər Asan xidmət mərkəzində fəaliyyət göstərən notariat ofisində xx.xx.2022ci il tarixdə V-324/2022 saylı vərəsəlik işi açılmış və heç bir əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci l tarixli 05/Q-320/15 saylı arayışdan görünür ki, xx.xx.1945-ci il tarixdə Yevlax rayonu, Xanabad kəndində doğulmuş X10 barəsində AR Ədliyyə Nazirliyinin “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci il tarixədək aparılmış və xx.xx.1955-ci il tarixdə doğulmuş arvadı Cavabdeh1, xx.xx.1976-cı il tarixdə doğulmuş qızı X11, xx.xx.1974-cü il tarixdə doğulmuş qızı İmamverdiyeva Hicran Ramiz qızı, xx.xx.1981-ci il tarixdə doğulmuş qızı X12 və xx.xx.1990-cı il tarixdə doğulmuş oğlu Cavabdeh2 barəsində məlumatlar aşkar edilmişdir. İşdə olan İddiaçı2, Cavabdeh1 və İddiaçı1 tərəfindən notarial qaydada yazılmış ərizələrdən görünür ki, onlar X7 ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qalan miras əmlakı qəbul etdiklərinə dair Mingəçevir regional notariat ofisinə ərizə ilə müraciət etmişlər. Beləliklə, məhkəmə, tərəflərin izahatının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, X10 ilə Cavabdeh1 xx.xx.1973–cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahlarından xx.xx.1974–cü il tarixdə İmamverdiyeva (Əliyeva) Hicran Ramiz qızı, xx.xx.1976-cı il tarixdə X11, xx.xx.1981-ci il tarixdə İmamverdiyeva (Mustafayeva) Afaq Ramiz qızı və xx.xx.1990-cı il tarixdə Cavabdeh2 adlı uşaqları doğulmuşdur. X10 xx.xx.2022–ci il tarixdə ölmüşdür. Ondan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 71.9 kv.m. olan mənzil miras qalmışdır. X2 həmin miras mənzil üzərində tam mülkiyyət hüququ Mingəçevir şəhər XDS İK Mənzil Uçotu və Bölgüsü şöbəsinin xx.xx.1985-ci il tarixli 2926 saylı orderinə, Mingəçevir 7 saylı MİS-in xx.xx.2018-ci il tarixli 404 nömrəli 2 saylı forma üzrə arayışına və ailə üzvlərinin razılıq ərizələrinə əsasən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X3 həmin miras əmlakla bağlı vəsiyyətnamə verməmişdir. Miras açıldıqdan sonra qanunla müəyyən olunmuş müddət ərzində həm iddiaçılar, həm də Cavabdeh1 mirası rəsmi qaydada qəbul etmək haqqında X23 Xidmət Mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmişdir. Digər cavabdehlər olan Cavabdeh2 həmin miras əmlakı faktiki qəbul etmiş, Cavabdeh3 isə həmin miras əmlakı nə faktiki, nə də rəsmi qaydada qəbul etməmişdir. Lakin vərəsələr arasında mübahisə olduğuna görə X23 Xidmət Mərkəzində notariat ofisi tərəfindən notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Hazırda miras əmlaka dair vərəsəlik işi açılsa da, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Ona görə də iddiaçı tərəf mirasın bölüşdürlməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunverici Mülki Məcəllənin 1243.1–ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası sahiblik və idarə etmək üsulu ilə faktiki və yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X3 xx.xx.2022–ci il tarixdə öldüyündən, ondan qalmış miras əmlakla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146–cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2–ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə istinad olunan hüquq normalarının tələbləri baxımından mübahisənin qanuni və düzgün həll edilməsi üçün ilkin olaraq, miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini, həmçinin həmin əmlaklar üzərində miras qoyanın mülkiyyət və sair əşya hüquqlarına malik olub–olmamasının müəyyən edilməsini zəruri sayaraq, belə hesab edir ki, mübahisəli mənzil Mingəçevir şəhər XDS İK Mənzil Uçotu və Bölgüsü şöbəsinin xx.xx.1985-ci il tarixli 2926 saylı orderinə, Mingəçevir 7 saylı MİS-in xx.xx.2018-ci il tarixli 404 nömrəli 2 saylı forma üzrə arayışına və ailə üzvlərinin razılıq ərizələrinə əsasən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında əldə edildiyindən, həmin mənzil miras qoyanın mülkiyyətidir. Ona görə də həmin mübahisəli mənzil tam olaraq miras qoyan X7 miras toplusuna daxil edilməlidir. Məhkəmə, eləcə də mübahisənin düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsinin zəruriliyinə əsaslanaraq hesab edir ki, X2 ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə arvadı Cavabdeh1, qızları İddiaçı1, X22, İddiaçı2 və oğlu Cavabdeh2 daxil olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Beləliklə, məhkəmə hesab edir ki, X1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 71.9 kv.m. olan mənzil miras qalmışdır. Məhkəmə hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmadığına görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçməlidir. Məhkəmə iddianın miras əmlaka vərəsəliyin müəyyən edilməsi, vərəsə tanınma və payların müəyyən edilməsi hissəsinə, vərəsələrin dairəsinin müəyyən edilməsi baxımından, qiymət verərək hesab edir ki, X1 qalmış mirası, onun birinci növbəli vərəsəsi olan uşaqları və arvadı, yəni iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 tərəfindən qanunla müyyən edilmiş müddət ərzində notariat ofisinə rəsmi ərizə verməklə, həmçinin Cavabdeh2 tərəfindən isə şəxsən faktiki sahiblik etməklə qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə uyğun olaraq qəbul edilmişdir. Digər cavabdeh olan X20 isə mirası nə faktiki, nə də mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə vermək yolu ilə qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2–ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar və cavabdehlər mirasdan pay almaq hüququ olan birinci növbəli vərəsələr kimi tanınmalıdır. Məhkəmə, həmçinin miras əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olmasını və buna görə də həmin miras əmlakdan paylar müəyyən edilən zaman Cavabdeh1 digər vərəsələrə nisbətən artıq payın verilməsinə münasibətdə qeyd edir ki, həmin əmlak birgə nikah dövründə əldə edilmiş əmlak olsa da, həmin mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 3-cü maddələrinin tələblərinə əsasən əvəzsiz (pulsuz) olaraq X2 mülkiyyətə keçirilmişdir. Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ailə Məcəlləsinin qeyd edilən maddəsinin tələbləri baxımından belə qənaətə gəlmək olar ki, mənzil (ev) əvəzsiz özəlləşdirilərək ər-arvaddan birinin mülkiyyətinə keçirildikdə, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. İş materiallarında olan ünvan 2 ünvanında yerləşən mənzilə X2 adına çıxarışın verilməsinə əsas olan sənədlərin surətindən görünür ki, Cavabdeh1 həmin mənzilin X7 adına özəlləşdirilməsinə və ona mülkiyyət hüququnun verilməsinə razılıq vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin miras əmlak Cavabdeh1 ilə X2 birgə nikah dövründə əldə etdikləri əmlak hesab edilə bilməz. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X1 miras qalmış mübahisəli mənzilə mirası qanunla müyyən edilmiş müddət ərzində notariat ofisinə rəsmi ərizə verməklə qəbul etmiş onun birinci növbəli vərəsəsi kimi iddiaçılar və Cavabdeh1, həmçinin miras əmlakı faktiki qəbul etmiş birinci növbəli vərəsə kimi Cavabdeh2 vərəsə tanınmalı və birinci növbəli vərəsə kimi onların hər birinin payı 1/5 hissədə müəyyən edilməlidir. Məhkəmə, həmçinin Cavabdeh3 münasibətdə miras payının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, o, mirası nə faktiki, nə də mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə vermək yolu ilə qəbul etməmişdir. Mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, X13 miras payı açıq saxlanmalıdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun 14.10.202-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Ona görə də məhkəmə nəzərə alır ki, Cavabdeh3 məhkəmə iclasında iştirak etmədiyinə görə ötürülmüş müddətin səbəblərinin üzrlü sayılmasına, həmçinin miras payını tələb etməsinə dair ərizə verməmişdir. Belə olan halda onun miras payı saxlanmalıdır. Məhkəmə iddianın miras əmlakdan istifadəyə olan maneələrin aradan qaldırılması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçıların miras mənzildə payları olduğundan, iddia həmin hissədə də əsaslıdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, mübahisəli mənzil miras əmlak olduğundan, iddiaçıların həmin miras mənzildən pay almaq hüquqları məhkəmə tərəfindən müəyyən edildiyindən, onların mübahisəli miras mənzil üzərində miras payları mülkiyyət hüququ kimi qiymətləndirilməli və mübahisəli mənzilə sahiblik və ondan istifadəyə paylı mülkiyyət hüquq münasibətlərini nizama salan mülki hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1281–ci maddəsinə əsasən əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə mirası qəbul etmiş iddiaçıların da ümumi paylı mülkiyyətdə olan miras mənzilin paylı mülkiyyətçiləri kimi həmin mənzilin tərkib hissəsindən cavabdehlərlə bərabər istifadə hüquqları vardır. İddia tələbinin həmin hissədə hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1–ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Göstərilən normanın tələbinə görə iddiaçıların mənzildən istifadə etmələrinə olan maneələrin aradan qaldıırlması tələblərinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçılarla cavabdehlər paylı mülkiyyətçi olmalı, iddiaçılarla cavabdehlər arasında paylı mülkiyyətdə olan mənzildən istifadəyə dair razılaşma əldə etmək mümkün olmamalı, paylı mülkiyyətdə olan mənzil isə cavabdehlərin sahibliyində olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1–ci maddəsində göstərilən şərtlərin tərəflərin hər birinə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər tərəflərin hər birinə münasibətdə məcmu halında mövcuddur. Belə ki, mübahisəli mənzil iddiaçılarla cavabdehlərin paylı mülkiyyətindədir. Lakin mübahisəli mənzilin tərkib hissəsindən istifadə ilə bağlı iddiaçılarla cavabdehlər arasında razılaşma əldə edilməmişdir. Ona baxmayaraq, paylı mülkiyyətdə olan mübahisəli mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə edir və iddiaçıların istifadə etməsinə imkan vermir. Ona görə də iddiaçıların cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2–ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iddia tələbinin iddiaçıların mübahisəli miras mənzildən istifadə etmələrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneənin aradan qaldırılması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin maneənin aradan qaldırılması kimi verilməsi ifadə tərzində qeyri-müəyyənlik yaratdığından, məhkəmə həmin ifadəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilmə kimi qeyd edilməsi şəkilində qeyd edilməsini işin həqiqi hallarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməli və iddiaçıların ümumi paylı mülkiyyətdə olan mənzilin tərkib hissəsindən istifadə etmələrinə maneənin yaradılması cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 X2 qanun üzrə birinci növbəli vərəsələri kimi tanınsınlar. X1 miras qalmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018– ci il tarixdə verilmiş, ********** nömrə ilə qeydiyyata alınmış **********57-05101-093044 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşımaz əmlakın Dövlət reyestrindən çıxarış əsasən, X8 məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 71.9 kv.m. olan mənzildən iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinin miras payı 1/5 hissədə müəyyən edilsin. Qalan 1/5 hissədə miras payı isə X2 adında saxlansın. X1 miras qalmış və tərəflərin ümumi paylı mülkiyyətdə olan, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 71.9 kv.m. olan mübahisəli miras mənzilin tərkib hissəsindən İddiaçılar İddiaçı1 və İddiaçı2 istifadə etmələrinə maneənin yaradılması cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-782/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-782/2023
02.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver