Məhkəmə qərarları › İş №e-2(051)-793/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-793/2023

17.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-793/2023 17.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı, Ərizəçi qohumluq və mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb MÜƏYYƏNETDİM: Ərizəçi qohumluq faktının, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət edərək mülki işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, Ərizəçi qohumluq faktının müəyyən edilməsi ilə bağlı ərizə ünvanlamamışdan əvvəl şəxsiyyətini təsdiq edən sənəddə ata adında olan yanlışlığın aradan qaldırılması ilə bağlı müvafiq icra hakimiyyət orqanına müraciət etməmişdir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yalnışlığın aradan qaldırılması mümkün olmadığı təqdirdə ərizəçi müvafiq rəsmi cavab məktubu (imtina) əsasında ilk növbədə şəxsin hüquqmüəyyənedici sənədlərinin ona məxsus olması faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi bu məsələ həll edildikdən sonra ərizəçi digər faktın yəni, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməlidir. Göründüyü kimi, ərizəçi ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələbləri birləşdirilmiş və qanunla hazırki tələblərə bir ərizə əsasında baxıla bilməz. Bu hal ərizənin məhkəmə tərəfindən geri qaytarılmasına əsasdır. Azərbaycan Respublikası MPM-in 152.1.7-ci maddəsində göstərilmişdir ki, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Dövlət rüsumunun geri qaytarılması halları ilə bağlı MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Ərizəçi qohumluq faktının, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. İşə məhkəmədə baxılması üçün ödənilmiş 100 azn dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar