Məhkəmə qərarları › İş №e-2(051)-879/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-879/2025

08.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-879/2025 08.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, İddiaçı MMC-nin mülkiyyətində olan Skoda Superb 2.0 TSİ markalı, rəngi qara metal, buraxılış ili 2021 olan (VİN: TMBCE8NP9M7054087), **-AC-*** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsinin Cavabdeh geri alınaraq İddiaçı MMC-nin qanuni sahibliyinə geri qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının gedişində İddiaçı nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mübahisə predmeti olan avtomobil cavabdeh tərəfindən könüllü qaytarıldığına görə Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq, iştiarkları olmadan qərardad qəbul edilməsi və icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təhvil-təslim aktı bu barədə ərizəyə əlavə olunur. İcraata xitam verilərkən mübahisə predmeti olan avtonəqliyyat vasitəsi barədə xx.xx.2025-ci il tarixli, 16(051)-28/2025 saylı müvəqqəti təminat tədbirinə xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddiaçının Azərbaycan Respublikası MPM-in 259.0.6.-cı maddəsinə əsasən iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən, “işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış sayılır.” Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170.1 və 170.2, 263- 264, 266, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. İddiaçı Cavabdeh qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İşə məhkəmədə baxılması üçün ödənilmiş cəmi 100 manat dövlət rüsumu İddiaçınə geri qaytarılsın. Qərardaddan qərardad tərəfə verildiyi gündən on gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar