Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-913/2024 09.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Quliyeva Güləndam Gündüz qızı İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə: xx.xx.2023-cü il tarixli, 10745081 saylı müqavilə (İmei kod **********92049 Samsung Galaxy A 24 markalı mobil telefon); xx.xx.2022-ci il tarixli, 10753289 saylı müqavilə (Kar tanesi masa, 4 ədə kelebek stul); xx.xx.2022-ci il tarixli, 03782339 saylı müqavilə (Samsung markalı Tozsoran); Müqavilənin predmeti-nisyə alğı-satqı Tələb olunan məbləğ: xx.xx.2023-cü il tarixli, 10745081 saylı müqavilə üzrə 934.92 manat əsas borc, 93.08 manat cərimə borclu olmaqla, cəmi 1028 manat pul vəsaiti; xx.xx.2022-ci il tarixli, 10753289 saylı müqavilə üzrə 558.18 manat əsas borc, 55.82 manat cərimə borclu olmaqla, cəmi 614 manat pul vəsaiti; xx.xx.2022-ci il tarixli, 03782339 saylı müqavilə üzrə 198.78 manat əsas borc, 19.22 manat cərimə borclu olmaqla, cəmi 218 manat pul vəsaiti, ümumilikdə 1860 manat pul vəsaiti və 38.60 manat dövlət rüsumu. Sübutlar: Alğı-satqı müqaviləsi, ödəniş cədvəli, əşyanın təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmişdir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2024-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Lakin məhkəmə bildirişinin ona çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün məhkəmə bildirişini cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə ünvan 1 ünvanlanmış, qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuşdur. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 462.1, 467, 567, 600.1, 601.1, 601.2 maddələri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 107, 119.1, 217.3, 218.3, 222.2, 284-1, 284-5.3, 284-6.1-ci maddələri Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 10745081 saylı, xx.xx.2022-ci il tarixli, 10753289 saylı və xx.xx.2022-ci il tarixli, 03782339 saylı nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək avadanlığı cavabdehə təqdim etmişdir. Cavabdeh isə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəməməklə, uzərinə düşən öhdəlikləri pozmuşdur. İddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 93.08 manat təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 55.82 manat təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 19.22 manat təşkil edən cərimə məbləğinin 1 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 10745081 saylı müqavilə üzrə 934.92 manat əsas borc, 10 manat cərimə borclu olmaqla, cəmi 944,92 manat pul vəsaiti; xx.xx.2022-ci il tarixli, 10753289 saylı müqavilə üzrə 558.18 manat əsas borc, 5 manat cərimə borclu olmaqla, cəmi 563,18 manat pul vəsaiti; xx.xx.2022-ci il tarixli, 03782339 saylı müqavilə üzrə 198.78 manat əsas borc, 1 manat cərimə borclu olmaqla, cəmi 199,78 manat pul vəsaiti, ümumilikdə 1707,88 manat vəsaiti və 38.60 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC -nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №e-2(051)-913/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-913/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver