Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-989/2024 01.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, cavabdeh X1 11 noyabr 2021-ci il tarixli MAS-4608 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 27 fevral 2024-cü il tarixə 982.2 manat gecikdirilmiş əsas, 397 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 198.14 manat dəbbə pulu, cəmi 1577.34 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən lizinq obyekti geri qaytarıldığı üçün iddianın həmin hissəsindən imtina edir. Cavabdeh 11 noyabr 2021-ci il tarixli MAS-4608 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 aprel 2024-cü il tarixə 1495,05 manat gecikdirilmiş əsas, 574,18 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1093,10 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 958,16 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 210,60 manat, ümumilikdə 4331,09 manat borc və ödənilmiş 100,40 manat dövlət rüsumu İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 noyabr 2021-ci il tarixli MAS-4608 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 345.01 manat, ümumilikdə isə 19660 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19660 manatın 14950 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS4608 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 27 fevral 2024-cü il tarixə ümumilikdə 1577.34 manat gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Bununla belə iddiaçı təşkilatın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinə onların iştirakı olmadan baxılıb tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan 11 noyabr 2021-ci il tarixli MAS-4608 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İşdə olan 11 noyabr 2021-ci il tarixli MAS-4608 saylı “Daxili lizinq” müqaviləsinə 1 saylı əlavədən görünür ki, tərəflər arasında bağlanmış 11 noyabr 2021-ci il tarixli MAS- 4608 saylı “Daxili lizinq” müqaviləsi üzrə əldə edilmiş əmlakın adı, “Khazar LX” minik maşını, qiyməti 14950 manat və spesifikasiyası, rəngi ağdır. İşdə olan 11 noyabr 2021-ci il tarixli MAS-4608 saylı “Daxili lizinq” müqaviləsinə 3 saylı əlavədən görünür ki, Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 345.01 manat, ümumilikdə isə 19660 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli 2 saylı müqaviləyə əlavə edilmiş təhvil-təslim aktından görünür ki, qiyməti 14950 manat, miqdarı 1 ədəd, ban nömrəsi NVABA1HHFMF803878, rəngi ağ olan avtomobil təhvil verən X4 təhvil alan Cavabdeh təhfil almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən cavabdehə müqavilə borcu olan 1162 manat borcu xatırladılaraq dərhal ödənilməsini, əks təqdirdə həmin müqavilənin birtərəfli qaydada ləğv edilməsi, borcun və lizinq obyektinin qaytarılması tələb olunmuşdur. İşdə olan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxlərin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, “Azərmaş MMC xx.xx.2017-ci il tarixdə ********** VÖEN nömrəsi ilə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. İşdə olan 602 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 11 noyabr 2021-ci il tarixli MAS-4608 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 27 fevral 2024-cü il tarixə olan əsas borcu, 982,20 manat, mükafat borcu, 397 manat, cərimə borcu 198,14 manat ümumilikdə 1577,34 manat borcu vardır. İşdə olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə Azərmaş şirkətinə məxsus olan Xəzər LX markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil təhvil alınmışdır İşdə olan 1198 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 11 noyabr 2021-ci il tarixli MAS-4608 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 17 aprel 2024cü il tarixə olan əsas borcu, 1495,05 manat, mükafat borcu, 574,18 manat, cərimə borcu 1093,10 manat ümumilikdə 3162,33 manat borcu vardır. İşdə olan EQ19380792, EQ193380793, EQ19380789, EQ19380791 VƏ EQ19380794 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və müvafiq olar həmin inzibati xəta haqqında protokollar üzrə cərimələr, ümumilikdə 210,60 manat ödənilmişdir. İddiaçı MMC-nin qüsur aktına əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə 958,16 manat dəyərində maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli Cavabdeh İddiaçı MMC-yə ünvanlanmış ərizəsinə əsasən X2 “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün etibarnamə verilməsi üçün müraciət etmişdir. Hesabdan çıxarış görünür ki, cavabdeh tərəfindən müxtəlif tarixlərdə müxtəlif məbləğlər ödənilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 noyabr 2021-ci il tarixli MAS-4608 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PG- *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 345.01 manat, ümumilikdə isə 19660 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımınca icra etməmiş, öhdəliyi pozmuş, daxili lizinq müqaviləsi üzrə ödəməli olduğu borcu və hesablanmış faizləri ödəməkdən yayınmışdır. Hazırda Cavabdeh iddiaçıya 11 noyabr 2021-ci il tarixli MAS-4608 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 aprel 2024-cü il tarixə 1495,05 manat gecikdirilmiş əsas, 574,18 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1093,10 manat dəbbə pulu, ümumilikdə 3162,33 lizinq obyekti olan “Khazar LX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 958,16 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 210,60 manat, ümumilikdə 4331,09 manat borcu yaranmışdır. Ona görə də iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb edir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 747.1 lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8 lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9 lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12 lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-7.1-ci lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-7.11-ci maddəsinə əsasən, Lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; İlk olaraq, lizinq müqaviləsi ilə bağlı qanunvericiliyin təhlili belə nəticəyə gəlməyə imkan verir ki, lizinq müqaviləsinin bağlanılması lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsi ilə nəticələnmir. Bu müqavilə lizinq verənin öz əmlakından gəlir əldə etməsinə, lizinq alanın isə aylıq haqqın ödənilməsi nəticəsində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən ondan istifadə etməsinə) yönəlmiş bir əqddir. Kredit və digər şərtlərdən fərqli olaraq lizinq əsasında əldə olunan əmlak üzərində lizinq alanın mülkiyyət hüququ dərhal yaranmır. Belə ki, lizinq obyektinə dair mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan müqavilənin hər hansı bir şərtini icra etmədikdə lizinq verənin tələbi ilə lizinq obyektinə dair sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Bu mənada, lizinq obyektinə dair sahiblik və istifadə hüquqları lizinq alana keçsə də, onlar müvəqqəti xarakter daşıyır və lizinq ödənişi tam icra edilənədək lizinq verənin hüququnun təminatı kimi əmlak onun mülkiyyətində qalır. Lizinq verənin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı qanunverici lizinq verənə (mülkiyyətçiyə) lizinq müqaviləsində müəyyənləşdirilmiş lizinq obyektinə aid şərtlərə lizinq alan tərəfindən əməl edilməsinə nəzarət etmək hüququ, lizinq alan tərəfindən lizinq obyektindən istifadə üçün haqqın müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənilmədiyi halda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vermişdir. Göründüyü kimi məhz cavabdehin sözügedən müqavilə üzrə öhdəliklərini pozması və onu lazımınca icra etməməsi və onun iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş əsas, mükafat borcunun olması mülki iş materialları ilə istisna edilmir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Bundan əlavə xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən avtomobilə 958,16 manat məbləğində ziyan dəymişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddia tələbinin digər hissəsi - inzibati xəta haqqında protokollara görə ödənilmiş 210,60 manatın tələb edilməsi bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, İşdə olan EQ19380792, EQ193380793, EQ19380789, EQ19380791 VƏ EQ19380794 nömrəli inzibati xəta haqqında protokollara əsasən cərimə olunan şəxs X2 olmasına baxmayaraq Daxili lizinq müqaviləsinin 5.2-ci bəndinə əsasən bu müqavilənin olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla, həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. Beləliklə iddiaçı tərəfindən yuxarıda göstərilən protokollar üzrə ümumilikdə 210,60 manat ödənilmişdir. ARMM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Belə ki, məhkəmə iddiaçı tərəfindən hesablanmış 1093,10 manat dəbbə pulunu tənasübsüz surətdə yüksək dəbbə pulu hesab edir, ona görə də, dəbbə pulu azaldılmalı 10 manat miqdarında saxlanılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 1495,05 manat gecikdirilmiş əsas, 574,18 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 93 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 958,16 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 210,60 manat, ümumilikdə 3330,99 manat pul tutulub iddiaçı «İddiaçı ASC-ə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 53,3 manat məbləğdə pul vəsaiti də cavabdehlərdən iddiaçı bankın xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1495,05 (bir min dörd yüz doxsan beş manat beş qəpik) manat gecikdirilmiş əsas, 574,18 (beş yüz yetmiş dörd manat on səkkiz qəpik) manat gecikdirilmiş mükafat və 93 (doxsan üç) manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 958,16 (doqquz yüz əlli səkkiz manat on altı qəpik) manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 210,60 (iki yüz on manat altmış qəpik) manat, ümumilikdə 3330,99 (üç min üç yüz otuz manat doxsan doqquz qəpik) manat pul alınıb İddiaçı ASC-ə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 53,3 (əlli üç manat otuz qəpik) manat məbləğində pul alınıb İddiaçı ASC-ə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-989/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-989/2024
01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver