Məhkəmə qərarları › İş №e-2(051)-995/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-995/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-995/2023 05.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Cavabdeh: Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC–nin Cavabdeh qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 4900,00 (dörd min doqquz yüz, 00) məbəğində vəsaitin, 69,00 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı şirkət tələbini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində Cavabdeh tərəfindən idarə olunan ** CP *** dövlət qeydiyyat nişanlı VAZ 21723 markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır Cavabdeh tərəfindən idarə olunan ** CP *** dövlət qeydiyyat nişanlı VAZ 21723 markalı nəqliyyat vasitəsi ilə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş nəticədə ** ZL *** dövlət qeydiyyat nişanlı X6 markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar tərtib olunmuşdur. Qərara əsasən məlum olmuşdur ki, Cavabdeh yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. ** ZL *** dövlət qeydiyyat nişanlı X6 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı zərərçəkən tərəfindən "xxxx" ASC-yə müraciət edilmişdir. “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən ** ZL *** dövlət qeydiyyat nişanlı X6 markalı nəqliyyat vasitəsinə 4900,00 manat (dörd min doqquz yüz manat, 00 qəpik) məbləğində zərər müəyyən edilmişdir. "xxxx" ASC-nin “Sığorta akt”ına əsasən 4900,00 manat (dörd min doqquz yüz manat, 00 qəpik) məbləğində sığorta ödənişi zərərçəkən şəxsin hesabına köçürülmüşdür. Ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Göründüyü kimi "xxxx" ASC tərəfindən ümumilikdə ödənilmiş 4900,00 manat (dörd min doqquz yüz manat, 00 qəpik) məbləğində vəsait cavabdeh(lər) Cavabdeh tərəfindən geri qaytarılmalıdır. Odur ki, iddianın təmin olunaraq, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 4900,00 (dörd min doqquz yüz, 00) məbəğində vəsaitin, 69,00 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, həmin hadisə zamanı avtomobili idarə edən onun oğlu yox, başqa adam olmuşdur. Hökmü məhkəməyə təqdim edərək bildirir ki, həmin hadisə zamanı avtomobili onun oğlu idarə etməmişdir. Sığortanın və oğlu barəsində protokol tərtib edən polis əməkdaşının məhkəməyə dəvət olunmasını xahiş edir. Oğlu da demiş ki, ona protokolu qol çəkdirərkən polis əməkdaşı demiş ki, narahat olma formal bir şeydir, heç bir problem olmayacaq. Ona görə də məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Şəki penitensiar müəssisəsində Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, xx.xx.2020-ci il tarixdə o özünə məxsus **-CP-*** dövlət qeydiyyat nişanlı LADA Priora markalı avtomobili yuxulu və narkotik maddənin təsiri altında olduğu üçün avtomobili tanışı Məmmədov Heydərin sürücülük vəsiqəsi olduğuna görə idarə etməyi ona həvalə etdi. Onlar bir yerdə Sabirabad rayonu ərazisindən keçən hissəsinə gəldikdə o Heydərdən avtomobili saxlamağı xahiş etdi. Avotomobildə olan narkotik maddəni Mahizər adlı xanıma təqdim edərkən mülki geyimli polis işçiləri tərəfində həbs edildi. Bu zaman Heydər avtomobillə hadisə yerindən uzaqlaşdı. O, polislərlə onlara məxsus avtomobillə Sabirabadın Surra kəndinə keçən yola getdi və orada ona dedilər ki, Heydər Cəlilabad rayon polis İdarəsinin əməliyyatçısı Elmirin etdiyi ** ZL *** dövlət qeydiyyat nişanlı X6 markalı avtomobillə toqquşmuş, nəticədə Range Rover aşmışdır. Heydər isə hadisə yerindən uzaqlaşmışdır. Təxminən 30 dəqiqə sonra Heydəri də polislər həbs etdilər. Onları Cəlilabad RPŞ-nə gətirdilər. Oraya ayrı yadından çıxartdığı polislər onu məhv etdilər ki, yaz ki, hadisəni, yəni yol nəqliyyat hadisəsini “sən törətmisən” o da iradəsinə zidd olaraq yazdı. Hörmətli cənab hakim onun bu yazdıqlarına sübut Bakı Ağır cinayətlər Məhkəməsinin hakimi cənab Əli Məmmədovun xx.xx.2021-ci il tarixdə barəsində çıxartdığı hökmdə də təsdiqini tapmışdır. O çox şey yaza bilər. Lakin son sözü Məhkəmə deyir. O bu hadisəni törətməmişdir və ümumiyyətlə avtomobildə belə olmamışdır. Bütün yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Qanunvericiliklərini rəhbər tutaraq "xxxx" ASCnin ona qaldırdığı iddianı əsassız sayaraq cəlb etməyini qanunvericiliyə uyğun olaraq növbəti məhkəmə iclasının onun iştirakıyla keçirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC–yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı cəmiyyətin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı cəmiyyətin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan TP3459705 saylı qərardan görünür ki, Cavabdeh inizbati xətalar məcəlləsinin 327.6-cı və 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, faydalanan şəxs Cavabdeh, hadisənin baş vermə yeri Hacıqabul Padar qəsəbəsi, hadisənin baş vermə tarixi xx.xx.2020-ci il, zərər dəymiş əmlak X6 (90ZL093), zərərçəkən şəxs X2r. Subroqasiya hüququ vardır. Zərər məbləği və sığorta ödənişi 4900 manat məbləğində olmuşdur. İşdə olan 08 iyun 2021–ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC cavabdehlər Cavabdeh 4900 mnat məbləğində vəsaiti 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödəməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilimişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə "xxxx" ASC tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortalanmış, Cavabdeh məxsus VAZ 21723 markalı 99–CP– 240 dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2020–ci il tarixdə hərəkətdə olarkən X6 markalı 90–ZL–093 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə sonuncu avtomaşına 4900 manat məbləğində maddi zərər dəymişdir. İddiaçı şirkət həmin ziyanı zərərçəkmiş şəxsə ödəmişdir. Məhkəmə hesab edir ki, yol–nəqliyyat hadisəsi zamanı təsvir olunmuş sənədlərə əsasən hesablanmış ziyanın məbləği işin reallıqlarına uyğun gəlir və ona görə də ziyanın məbləği 4900 manat qəbul edilməlidir. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1–ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin məcəllənin 936.2-ci maddəsinə əsasən Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin məcəllənin 936.5-ci maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən subroqasiya qaydasında 4900 manat pul, 69 manat dövlət rüsumu və 0,40 manat bank xidməti xərci alınıb iddiaçı şirkətə verilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 4900 (dörd min doqquz yüz) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 69,40 (altmış doqquz manat qırx qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC–yə verilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar