Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-1122/2023 20.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Borc tələbinə” dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı QSC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh VHH000047 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 193 manat məbləğində borcun, 28,95 manat cərimənin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının alınaraq İddiaçı QSC-nın xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin Azərbaycan Respublikası MPM-nin 284-3cü maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Belə ki, İddiaçı QSC-nın məhkəməyə göndərdiyi ərizəyə əlavə olunmuş sənədlərdən Cavabdeh Neftçala şəhəri, A.Mütəllimov küçəsi, ev 22, mənzil 1 qeydiyyatında olduğu görünsə də “AZEMİS” Elektron Məhkəmə Sistemində sorğu nəticəsində şəxsin yaşayış yeri haqqında məlumat tapılmır. Belə olan halda cavabdehin rəsmi qeydə alındığı ünvan müəyyən edilməmiş qalır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən “Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir”. Azərbaycan Respublikası MPM-nin 284-3.2.3-cü maddəsinə əsasən “iddiaçının tələbi və onun əsaslandığı hallar ərizədə göstərilməlidir”. Həmin Məcəllənin 284-3.2.4-cü maddəsinə əsasən ərizəyə tələbin əsaslığını təsdiq edən sənədlər əlavə olunmalıdır. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən «Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2 – 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur». Eyni Məcəllənin 152.1.3-cü maddəsinə əsasən «əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır». Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı QSC-nın Cavabdeh qarşı “Borc tələbi”nə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-1122/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-1122/2023
20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver