Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1442/2025 25.12.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X3 və X15 qızının katibliyi ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Neftçala rayonu Aqrar İslahat Komissiyasının 28 sentyabr 2001-ci il tarixli, 59 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqdəsilə Neftçala rayonu, Bankə qəsəbəsində yerləşən 7,36 ha torpaq sahəsinə verilmiş (JN:0046, KOD ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 28 sentyabr 2001-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədli, Neftçala rayonu, Bankə qəsəbəsində yerləşən 7,36 ha torpaq sahəsi torpağa mülkiyyət hüququna dair JN-0046 nömrəli Dövlət Aktı ilə onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Lakin sözügedən aktda adının “Ərizəçi” əvəzinə “Ərizəçi Məmmədrza qızı” formasında qeyd olunması torpaq üzərində hüquqların dövlət qeydiyyatına alınmasının realizəsini qeyri-mümkün etmişdir. Belə olduğu təqdirdə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən 29 avqust 2025-ci il tarixli, 3-21-3-38/2-3031/2025 nömrəli məktubla daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmiş və imtinanın əsasını təşkil edən uyğunsuzluqların məhkəmə qaydasında aradan qaldırılması tövsiyə olunmuşdur. Belə olduğu təqdirdə, məhkəməyə müraciət etmək qərarına gəlib. Hesab edir ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 28 sentyabr 2001-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədli, Neftçala rayonu, Bankə qəsəbəsində yerləşən 7,36 ha torpaq sahəsinə mülkiyyət hüququna dair JN-0046 nömrəli Dövlət Aktının ona məxsus olması faktı tanınmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Hazırkı iş üzrə JN-0046 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında adları qeyd olunan şəxslərin bir ailənin üzvləri olması nəzərə alındıqda göstərilən fərqliliyin yalnız ona münasibətdə mövcudluğu aşkar olunur. Göründüyü kimi, hazırkı hüquqi əhəmiyyətli faktın tanınmasını zəruri edən situasiya mübahisəli hüquq münasibətlərindən deyil, yalnız formal uyğunsuzluqlardan törəmişdir. Ərizəçi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq gəlməmiş, 11 dekabr 2025-ci ildə məhkəməyə ərizə göndərərək əmək fəaliyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq nümayəndəsini göndərməmiş bunun səbəbləri barədə məlumat verməmiş, həmçinin işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. “AZEMİS” Elektron məhkəmə informasiya sistemində ərizəçinin adı Ərizəçi kimi göstərilir. “Torpağa mülkiyyət hüququna dair” JN-0046 nömrəli (kod ********) Dövlət Aktından görünür ki, Neftçala r-nu Seyidlər kənd sakini X5 və ailə üzvləri – Ərizəçi Məmmədrza qızına, X4 və X2 təsərrüfatı məhsullarının istehsalı üçün 7,36 hektar torpaq sahəsi ayrılmışdır. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 oktyabr 2025-ci il tarixli 650 nömrəli arayışında qeyd olunur: «X1 ondan ötrü ki, həqiqətən də Neftçala rayonunun Bankə qəsəbəsində yerləşən 7.36 ha torpaq sahəsi torpağa mülkiyyət hüququna dair JN-0046 №-li Dövlət Aktına əsasən onun və ailə üzvlərinin (arvadı və iki övladı) birgə mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin mülkiyyətçilərinin siyahısı aşağıdakı kimidir: 1. X7; 2. Ərizəçi (sənəddə ata adı səhvən “Məmmədrza” olaraq qeyd edilmişdir); 3. Əliyeva (Alxazova) Güllübəyim Rauf qızı; 4. X8». Yuxarıda qeyd olunan sübutların cəmi belə bir qənaətə gəlməyə əsas verir ki, «Ərizəçi Məmmədrza qızı» («Ərizəçi») ərizəçinin özüdür. Lakin müvafiq sənəddə Ərizəçi ata adı «Məmmədrza qızı» kimi yazılmışdır. Beləliklə işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəmi ilə müəyyən olunur ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0046 nömrəli (kod ********) Dövlət Aktında torpaq sahəsinin mülkiyyətçilərindən biri Ərizəçidır. Həmçinin qeyd olunur ki, işin məhkəmə araşdırması zamanı müvafiq dövlət aktında digər mülkiyyətçilərin adlarında da müəyyən yanlışlıqların olması ehtimalı aşkar edilmiş bununla əlaqədar məhkəmənin əməkdaşı bir neçə dəfə ərizəçi ilə əlaqə saxlayaraq, ona izah etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsaslanaraq tələbinin həcminin artırılması ilə bağlı ərizə təqdim edə bilər. O cümlədən, ərizəçiyə izah edilib ki, tələbinin həcmini artıracağı təqdirdə Dövlət aktında göstərilmiş digər şəxslərlə bağlı məsələyə də baxıla bilər. Lakin dəfələrlə izah olunduğuna baxmayaraq, ərizəçi məhkəməyə müvafiq məzmunlu ərizə təqdim etməyib. Bu səbəbdən məhkəmə işə yalnız irəli sürülmüş tələb çərçivəsində baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə «şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 29 avqust 2025-ci il tarixli “Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə” bildirişdən görünür ki, ərizəçi müvafiq faktları təsdiq edən sənədləri məhkəmədən kənar qaydada əldə etmək üçün cəhdlər göstərmiş, lakin bu cəhdləri nəticə verməmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 308, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Neftçala Rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2001-ci il tarixli 59 nömrəli qərarı ilə ayrılmış 7,36 ha torpaq sahəsi ilə bağlı “Torpağa mülkiyyət hüququna dair” JN-0046 nömrəli 80700016 kodlu Dövlət Aktının həmin aktda adları göstərilən digər şəxslərlə yanaşı Ərizəçi (Dövlət Aktında «Ərizəçi Məmmədrza qızı» kimi qeyd edilib) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-1442/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1442/2025
25.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver