Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-393/2024 14.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “Lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair” iddiasına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçiyə qaytarılması, Cavabdeh 26 iyun 2022-ci il tarixli, MAS- 5371 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 fevral 2024-cü il tarixə 957.90 manat gecikdirilmiş əsas, 459.42 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 189.49 manat dəbbə pulu, cəmi 1606.81 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi 14 iyun 2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək məhkəmənin icraatında olan e-2(053)-393/2024 saylı mülki iş üzrə proses dövründə Cavabdeh ilə İddiaçı MMC-nin arasında razılıq əldə olunduğunu, bu səbəbdən də İddiaçı MMC-nin Cavabdeh qarşı qaldırdığı iddia üzrə ərizəni və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh həmçinin işin mahiyyəti üzrə baxılmamasına etiraz etməmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri – İddiaçınə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “Lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair” ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçınə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-393/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-393/2024
14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver