Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-432/2025 30.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “Kompensasiya ödənilməklə mənzil hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, yaşadığı Neftçala rayonu, 1-ci Qaralı kəndində yerləşən fərdi yaşayış evinə Cavabdeh Neftçala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(053)-482/2023 saylı qətnaməsi ilə tanınmış mənzil hüquqlarına tərəfindən 5.000 manat kompensasiya ödənilməklə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı ərizə verərək cavabdeh ilə aralarında razılığa gəlmək istədiyini, “Kompensasiya ödənilməklə mənzil hüquqlarına xitam verilməsi” tələbinə dair ərizəsini geri götürdüyünü qeyd edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh da həmçinin ərizə verərək iddiaçının iddiadan imtina etdiyini bildirmiş, iddiaçının “Kompensasiya ödənilməklə mənzil hüquqlarına xitam verilməsi” tələbinə dair ərizəsinin baxılmamasına və ərizənin əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “Kompensasiya ödənilməklə mənzil hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-432/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-432/2025
30.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver