Məhkəmə qərarları › İş №e-2(053)-449/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-449/2024

29.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-449/2024 29.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla ərizə ilə məhkəməyə müraciət edərək, 19 noyabr 1975-ci il təvəllüdlü oğlu X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin e-2(053)-449/2024 nömrəli iş üzrə 15 aprel 2024-ci il tarixli qərardadı ilə iş üzrə Ambulator məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. 16 avqust 2024-cü il tarixdə 1632 nömrəli, 04 iyun 2024-cü il tarixli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Neftçala Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Ərizəçi nümayəndəsi, vəkil Nümayəndə xx.xx.2024-cü ildə məhkəməyə ərizə göndərərək ərizənin baxılmamış saxlanaraq geri qaytarılmasını xahiş etmişdir. Ərizəçi da ərizənin baxılmamış saxlanılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçinun “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar