Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-451/2024 06.09.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə, üçüncü şəxslər X4, X8, X9 və X21 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Neftçala rayon notariat ofisinə, Cavabdeh3, üçüncü şəxslər X10, X14, X15, X27, X16, X5, X17 və Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlama və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Neftçala rayon notariat ofisinə, Cavabdeh3, üçüncü şəxslər X10, X14, X15, X27, X16, X5, X17 və Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı iddia ilə məhkəməyə müraciət edərək: 1) ünvan 1 ünvanında yerləşən 248 reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında mülkiyyətdə olan mənzilə Cavabdeh2 verilmiş 2-B-25 reyestr nömrəli 25 iyul 1996-cı ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin; 2) Neftçala şəhəri, Qələbə küçəsində 2233 inventar nömrəli 2-B-29 reyestr nömrəli 29 iyun 1996-cı il tarixli qeydiyyat vəsiqəsi olan fərdi yaşayış evinə Cavabdeh2 verilmiş 25 iyul 1996-cı ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin; 3) ünvan 1 ünvanında yerləşən 248 reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında mülkiyyətdə olan mənzilin bağışlanmasına dair Cavabdeh3 və X28 arasında 01 avqust 1996-cı il tarixli 3M- 72 saylı müqavilənin; 4) Cavabdeh3 və Cavabdeh1 arasında 25 avqust 2021-ci il tarixli AN-1 № ******* saylı Neftçala Rayon Notariat Ofisində bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi, vəkil Nümayəndə işin məhkəmə baxışı zamanı bildirmişdir ki, iddia ərizəsi tərtib edilərkən etibarsız hesab olunması tələb edilən sənədlərin tarixləri və nömrələri texniki səhv üzündən düzgün göstərilməyib. Bu səbəbdən iddia tələblərinin aşağıdakı məzmunda qəbul olunmasını məhkəmədən xahiş edir: 1) ünvan 1 ünvanında yerləşən 248 reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında mülkiyyətdə olan mənzilə Cavabdeh2 verilmiş 2-B-29 reyestr nömrəli 25 iyul 1996-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin; 2) Neftçala şəhəri, Qələbə küçəsində yerləşən 2233 inventar nömrəli fərdi yaşayış evinə Cavabdeh2 09 iyul 1996-cı ildə verilmiş 2-B-25 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin; 3) ünvan 1 ünvanında yerləşən 248 reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında mülkiyyətdə olan mənzilin bağışlanmasına dair Cavabdeh3 və X28 arasında bağlanmış 01 avqust 1996-cı il tarixli 3M-72 saylı müqavilənin; 4) Cavabdeh3 və Cavabdeh1 arasında Neftçala Rayon Notariat Ofisində bağlanmış 25 avqust 2021-ci il tarixli AN-1 № ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçının atası X36 25 dekabr 1995-ci ildə, anası X28 isə 15 may 2013-cü ildə vəfat etmişlər. Onların birgə nikahından İddiaçı, X29, X22, X34 və Cavabdeh3 adlı uşaqları doğulub. X1 16 fevral 2010-cu ildə, X34 30 iyul 2016-cı ildə, X22 isə 15 sentyabr 2019-cu ildə vəfat etmişlər. X23, X30, X31 və X3 Gülağa Cabir oğlunun vərəsələridirlər. Bununla yanaşı, X32, X19 və X2 Nəriman Cabir oğlunun vərəsələridirlər. X24 mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən mənzil bağışlama müqaviləsi əsasında 1996-cı ildə Cavabdeh3 bağışlanmışdır. Hazırda vərəsələr arasında həmin mənzillə bağlı mübahisə yaranmışdır. X36 vəfat etdikdən sonra qalmış miras əmlaka dair açılmış vərəsəlik işi və X28 tərəfindən 1996-cı ildə bağlanmış bağışlama müqaviləsi və sair mübahisə yaranan mənzil də daxil olmaqla başqa miras əmlak barədə aparılmış notarial hərəkətlər barədə məlumatlar və aşkar edilmiş sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən sorğu edilmiş, vərəsəlik işi və bağışlama müqaviləsinin təsdiq edilmiş surətləri alınmışdır. Həmin sənədlərlə müəyyən olunur ki, X36 ilə X12 5 övladı - İddiaçı (iddiaçının özü), X29, X22, X34 və Cavabdeh3 olduğu halda, Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən vərəsələrin əhatə dairəsi saxtalaşdırılaraq yalnız iki vərəsənin, yəni X28 və X6 olduğu qeyd olunan arayış verilmişdir. Bununla da ünvan 1 ünvanında yerləşən 248 reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında mülkiyyətdə olan mənzilə 25 iyul 1996-cı ildə, Neftçala şəhəri, Qələbə küçəsində yerləşən 2233 inventar nömrəli 29 iyun 1996-cı il tarixli qeydiyyat vəsiqəsi olan fərdi yaşayış evinə isə 09 iyul 1996-cı ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr alınmışdır. Həmin şəhadətnamələr Cavabdeh2 təsdiq edilməklə verilib. X22 həmin vaxt vərəsə kimi payından imtina etmişdir. ünvan 1 ünvanında yerləşən 248 reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında mülkiyyətdə olan mənzilin bağışlanmasına dair Cavabdeh3 ilə X28 arasında 01 avqust 1996-cı il tarixli 3M-72 nömrəli müqavilə bağlanmışdır. Cavabdeh3 vərəsəlik açılarkən öz adını, iddiaçının özü də daxil olmaqla iki qardaşını gizlətməklə qanun üzrə vərəsə kimi anaları X20 göstərsə də, 01 avqust 1996-cı il tarixdə bağışlanma müqaviləsi ilə mənzili öz adına keçirməyə nail olmuşdur. Daha əvvəl də məhkəmədə bu işlə bağlı iddia qaldırılmış və mövcud Konstitusiya Məhkəməsinin icraatında vərəsəliklə əlaqədar yekun məhkəmə qərarı veriləcəyi gözlənildiyindən iddia baxılmamış saxlanılmışdır. Həmin qaldırılmış iddiada üçüncü şəxs Cavabdeh3 nümayəndəsi və vəkili məlumat əlavə edərək bildirmişdir ki, iddiaçının tələbində göstərilən mənzil 25 avqust 2021-ci il tarixdə satılmışdır. Artıq həmin mənzil başqa şəxsin mülkiyyətindədir. Alğı-satqı müqaviləsi elektron sistemə yerləşdirilmişdir. Cavabdeh3 ilə Cavabdeh1 arasında Neftçala rayon notariat ofisində 25 avqust 2021-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Vərəsələrdən heç kimin gəlmədiyini görən Cavabdeh3 28 il sonra, gördüyü bu qədər saxta işlərdən sonra evi satmağa nail olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Neftçala rayon notariat ofisinin xüsusi notariusu məhkəməyə gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Digər Cavabdeh3 da məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq gəlməmiş, 13 may 2024-cü ildə ərizə göndərərək iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə görə «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə göstərilənləri nəzərə alaraq işə cavabdehlərin (onların nümayəndələrinin) iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşin məhkəmə baxışı zamanı üçüncü şəxs qismində dindirilmiş X30, X31, X37 və X23 iddiaçının məhkəməyə bildirdiklərinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər üçüncü şəxslər X32, X19, X33, həmçinin Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi də gəlməmişlər (nümayəndə göndərməmişlər). Məhkəmə işə onların iştirakı olmadan baxaraq qətnamə çıxarılmasını mümkün hesab edib. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, X36 ilə Mənəfova (nikahdan sonra Quliyeva) Sürəyya İbad qızı 29 yanvar 1947-ci ildə nikah bağlamışlar. Onların ümumi birgə ailə münasibətlərindən xx xxxxxxxx 1947-ci ildə Quliyeva (nikahdan sonra Əmirova) Dürnisə Cabir qızı, 10 aprel 1949-cu ildə X29, 30 dekabr 1950-ci ildə Quliyeva (nikahdan sonra Əsgərova) Həqiqət Cabir qızı, 17 aprel 1953-cü ildə X34 və xx xxxxxx 1965-ci ildə Quliyeva (nikahdan sonra Rzayeva) Məlahət Cabir qızı adlı uşaqlar doğulub. «X7» AQİS-dən çıxarışlardan görünür ki, X36 25 dekabr 1995-ci ildə, X28 isə 15 may 2013-cü ildə ölüblər. 09 iyul 1996-cı il tarixli «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamənin surətində qeyd olunur ki, «25 dekabr 1995-ci ildə ölmüş vətəndaş X24 arvadı – X28 – ünvan 1-də yaşayır. Bərabər hissələrdə irs almalıdırlar. Həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlakı aşağıdakılardan ibarətdir. Ev Neftçala şəhəri, Qələbə küçəsində 1991-ci ildə tikilmiş 600 (altı yüz) kvadrat torpaq sahəsində yerləşən, divarları daşdan, üst örtüyü şiferdən, ümumi sahəsi -121,1-kv.metr, o cümlədən yaşayış sahəsi - 97,7- kv.metr, inventar qiyməti – ******* – manat, bir mərtəbəli, beş otaqlı, Neftçala rayon TİB-nin qeydiyyat vəsiqəsinə və Neftçala rayon TİB-nin 24 iyun 1996-cı il tarixli 343 saylı arayışına əsasən məxsus olan yaşayış evinin ½ (ikidə bir) hissəsi. ½ (ikidə bir) hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Birgə nikah dövründə əldə edilmişdir. Şəhadətnamə Neftçala rayon TİB-də qeydiyyatdan keçməlidir». Həmin şəhadətnamə Cavabdeh2 notarial qaydasında təsdiq edilərək reyestrdə 2-B-25 nömrəsi ilə qeydə alınmışdır. 25 iyul 1996-cı il tarixli «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamənin surətində qeyd olunur ki, 25 dekabr 1995-ci ildə ölmüş vətəndaş X24 əmlakının vərəsələrinin arvadı – X28 – ünvan 1-də yaşayır. bərabər hissələrdə irs almalıdırlar. Həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlakı aşağıdakılardan ibarətdir. Mənzil Neftçala şəhəri, A.Cəfərov küçəsində 1984-cü ildə tikilmiş, divarları daşdan, ümumi sahəsi – 37,04kv.metr, inventar qiyməti – ******* – manat, ikinci mərtəbədə üç otaqlı, Neftçala rayon TİBnin qeydiyyat vəsiqəsinə və Neftçala rayon TİB-nin 18 iyul 1996-cı il tarixli 308 saylı arayışına əsasən məxsus olan İ-a saylı evin 34 saylı mənzilinin ½ (ikidə bir) hissəsi. ½ (ikidə bir) hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Birgə nikah dövründə əldə edilmişdir. Şəhadətnamə Neftçala rayon TİB-də qeydiyyatdan keçməlidir». Həmin şəhadətnamə Cavabdeh2 notarial qaydasında təsdiq edilərək reyestrdə 2-B-29 nömrəsi ilə qeydə alınmışdır. 01 avqust 1996-cı il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, ünvan 1də yaşayan X28 hədiyyə verən, Bakı şəhəri, Maştağa qəsəbəsi, «Aeroçsentr», ailəli yataqxana ünvanında yaşayan X25 hədiyyə alan olmaqla həmin müqaviləni aşağıdakı məzmunda bağlamışlar. «1. Mən Quliyeva S.İ., Neftçala rayon TİB-nin 26 iyul 1996-cı il tarixli qeydiyyat vəsiqəsinə və Neftçala rayon TİB-nin 30 iyul 1996-cı il tarixli 399 №-li arayışına əsasən mənə məxsus olan, Neftçala şəhəri, A.Cəfərov küçəsində 1984-cü ildə tikilmiş 3-A saylı evin 34 saylı mənzili divarları daşdan, ümumi sahəsi – 37,4 kv.metr 2-ci mərtəbədə üç otaqdan ibarət 34 saylı mənzilini vət. qızım – Quliyeva M.C bağışladım». Həmin müqavilə Cavabdeh2 notarial qaydasında təsdiq edilərək reyestrdə 3-M-72 nömrəsi ilə qeydə alınmışdır. 25 avqust 2021-ci il tarixli AN – İ № ******* saylı «Daşınmaz əmlakın alğı-satqı müqaviləsi»nin surətindən görünür ki, satıcı Cavabdeh3 alıcı Cavabdeh1 ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 63.2 kv/m, yaşayış 36.2 kv/m, yardımçı sahəsi 27 kv/m olan 3 otaqlı mənzilini 23.500 manata satmışdır. Həmin müqavilə Neftçala rayonu dövlət notariat ofisində notarial qaydasında təsdiq edilərək reyestrdə 4Ə-195 nömrəsi ilə qeydə alınıb. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Yuxarıda qeyd olunduğu kimi Cavabdeh3 iş üzrə iddia müddətinin tətbiqinə dair ərizə verib. Məhkəmə hesab edir ki, iddianın həlli ilə bağlı ilk növbədə həmin ərizədən irəli gələn məsələlərə qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə “Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır”. Məhkəmə mülki-prosessual qanunvericiliyin yuxarıda göstərilən tələbini nəzərə almaqla yanaşı, həm hazırda qüvvədə olan, həm də 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş mülki qanunvericiliyin iddia müddəti ilə bağlı müddəalarını nəzərdən keçirir. 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş MM-nin 73, 78 və 82-ci maddələri aşağıdakı məzmundadır: “Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir”, “İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir”, «İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır». Hazırda qüvvədə olan MM-nin 373.1, 377.1 və 375.2-ci maddələrinə əsasən “Ümumi iddia müddəti on il təşkil edir”, “İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir”, “Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır”. Göründüyü kimi, köhnə mülki qanunvericilik ümumi iddia müddətini 03 il həddində, qüvvədə olan mülki qanunvericilik isə 10 il həddində müəyyən edib. Hər bir halda iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddəti qüvvədə olan mülki qanunvericiliyə görə mübahisə tərəfinin verdiyi ərizə əsasında, köhnə mülki qanunvericiliyə görə isə belə bir ərizənin verilibverilməməsindən asılı olmayaraq tətbiq edilir. İddia müddətinin keçməsi isə iddianın rədd olunması üçün əsasdır. İddiaçının nümayəndəsi iddia müddətinin tətbiqi ilə bağlı məsələyə münasibətdə işin məhkəmə baxışı zamanı bildirmişdir ki, iddiaçı cavabdehlərin qanunsuz hərəkətləri barədə 2023-cü il tarixində məlumat əldə edib. Belə ki, iddiaçı bacısı Həqiqətin əri Abbasağanın ölümü ilə bağlı başsağlığı vermək üçün atasından miras qalmış evə gəlmiş və bu zaman yas mərasiminin həmin ünvanda deyil, mərhumun ata evində keçirildiyini bilmişdir. Bundan sonra o, mərhumun yas mərasiminin keçirildiyi ünvana getmiş və öyrənmişdir ki, atasından (iddiaçının atasından) miras qalmış ev artıq satılıb. Bundan sonra iddiaçı ona (nümayəndəyə) hüquqi yardım üçün müraciət etmiş və aparılmış araşdırma zamanı cavabdehlərin qanunsuz əməlləri müəyyən olunmuşdur. Bundan sonra iddiaçı iddia ilə məhkəməyə müraciət edib. Verilmiş suallara cavab olaraq nümayəndə həmçinin bildirmişdir ki, iddiaçının atasının ölümündən sonra A.Cəfərov küçəsində yerləşən evdə onun anası, habelə bacısı Həqiqət və sonuncunun ailə üzvləri yaşayıblar. Qələbə küçəsində yerləşən evdə isə iddiaçının qardaşı Nəriman ailə üzvləri ilə birlikdə yaşayıb. İddiaçı atasının ölümündən sonra yuxarıda göstərilən evlərdə ümumiyyətlə yaşamayıb. 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş MM-nin 528-ci maddəsinə əsasən “Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır”. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən “Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir...”. Hazırda qüvvədə olan MM-nin 1145 və 1146-cı maddələrinə əsasən “Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır”, “Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır”. Eyni Məcəllənin 1243.1, 1243.2-ci maddələrinə əsasən “Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir”, “Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır” (məhkəmə müvafiq məsələlərə qiymət verərkən həmçinin qeyd edir ki, hazırkı iş məhkəmənin icraatına 27 mart 2024-cü il tarixində qəbul olunub. Bu səbəbdən işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Plenum Qərarının müddəaları tətbiq edilə bilməz). İşin faktik halları ilə müəyyən olunur ki, miras 25 dekabr 1995-ci ildə, yəni iddiaçının atası X24 öldüyü tarixdə açılıb. İddiaçının anası X28 isə 15 may 2013-cü ildə ölmüşdür. Heç şübhəsiz ki, iddiaçı atasının ölümü barədə məlumatlı olub. Buna baxmayaraq o, miras əmlaklara yiyələnmək üçün heç bir tədbir görməmiş, o cümlədən notariat orqanına müraciət etməmiş, miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamamış (həmçinin mübahisəli ünvanlarda yaşamamış), mirası qəbul etdiyini nümayiş etdirməmişdir. Bu halların əksi işin məhkəmə baxışı zamanı müəyyən edilməyib. Yuxarıda göstərilənlər işin digər faktik halları ilə məcmu şəkildə iddiaçının 2023-cü il tarixinədək miras əmlaka ümumiyyətlə iddialı olmadığını, onunla maraqlanmadığını söyləmək üçün əsas verir. Məhkəmə işin faktik hallarını nəzərə alaraq hesab edir ki, əgər iddiaçı yuxarıda göstərilən və köhnə mülki qanunvericiliklə müəyyən olunmuş hərəkətləri etmiş olsaydı, müvafiq notariat hərəkətlərinin həyata keçirilməsi ya qeyri-mümkün olardı, ya da iddiaçı həmin hərəkətlər barədə vaxtlı-vaxtında məlumat əldə edərdi. Bunu, habelə işin digər faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının iddia hüququ ən geci mübahisəli notariat əməliyyatlarının həyata keçirildiyi tarixdən əmələ gəlib. İddiaçının öz hüququnun pozulmasını bilməli olduğu gün kimi də məhz mübahisələndirilən notariat hərəkətlərinin aparıldığı gün qəbul edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı istər köhnə, istərsə də hazırda qüvvədə olan mülki qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ilk üç tələb üzrə buraxıb. Ona görə də iddiaçının ilk üç iddia tələbi iddia müddətinin buraxılması səbəbindən rədd olunmalıdır. İlk üç iddia tələbinin rədd olunması, bunlardan irəli gələn dördüncü tələbin də təmin olunmasını qeyri-mümkün edir. Göstərilənlərə əsasən dördüncü iddia tələbi də rədd olunmalıdır. İddiaçı məhkəməyə müraciət edərkən 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Neftçala rayon notariat ofisinə, Cavabdeh3, üçüncü şəxslər X10, X14, X15, X27, X16, X5, X17 və Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlama və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. İddia ilə məhkəməyə müraciət olunması üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-451/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-451/2024
06.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver