Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-66/2025 18.03.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına və Cavabdeh2 qarşı “Daşınmaz əşyaya dair hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə atası X3 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədli, Neftçala rayonu Boyat kəndində yerləşən 5.24 ha torpaq sahəsinin girov qoyulmasına dair səlahiyyətlərin Cavabdeh2 həvalə edilməsi barədə Salyan rayon ikinci dövlət notariat kontorunun dövlət notariusu X1 təsdiq etdiyi 23 mart 2003-cü il tarixli, ƏN-İ 012645№-li etibarnamənin, həmin etibarnamə əsasında Cavabdeh2 ilə Cavabdeh1 SKT arasında aparılmış kredit hesablaşmalarının girova dair hissəsinin, yuxanda göstərilənlərin nəticəsində Cavabdeh1 SKT-nın adına rəsmiləşdirilən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına dair ********** №li reyestr qeydinin və Cavabdeh1 SKT ilə Maraqlı şəxs arasında aparılan alqı-satqı əməliyyatlarının etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin e-2(053)-66/2025 nömrəli iş üzrə 27 fevral 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına və Cavabdeh2 qarşı “Daşınmaz əşyaya dair hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə məhkəmədə işin baxılma müddəti iki ay müddətində uzadılmışdır. İddiaçı nümayəndəsi Nümayəndə işin məhkəmə baxışına hazırlanması zamanı ərizə verərək hazırki mərhələdə işin baxılmasına zərurət olmadığını, bu səbəbdən iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Ona görə və Azərbaycan Respublikası MPM-nin 170.3, 263-264, 267- 268-ci maddələrini rəhbər tuturaq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına və Cavabdeh2 qarşı “Daşınmaz əşyaya dair hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Neftçala rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-66/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-66/2025
18.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver