Məhkəmə qərarları › İş №e-2(053)-828/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-828/2025

19.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-828/2025 19.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Neftçala rayon notariat ofisinə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X2, X6, X3 və X1 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, qanun üzrə vərəsə kimi tanınma» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Neftçala rayon notariat ofisinə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X2, X6, X3 və X1 qarşı iddia ilə məhkəməyə müraciət edərək, mərhum əri X4 mülkiyyətində olan “Torpağa mülkiyyət hüququna dair” şəhadətnaməyə (JN 375 KOD ********) əsasən verilmiş Neftçala rayonu, Aşağı Surra kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 1,88 ha pay torpaq sahəsində olan miras paya, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən (JN 223A KOD ********) 0,19 ha həyətyanı torpaq sahəsində olan miras paya, AC 222079 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 99HD543 dövlət qeydiyyat nişanlı, ağ rəngli, 2014-cü il buraxılışlı «Vaz-21713» markalı avtomobil üzərində mirası qəbul etməsi müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi və miras əmlaka tam olaraq qanun üzrə vərəsə kimi payının tanınması, qəbul ediləcək qətnamənin mərhum əri X4 mülkiyyətində olan “Torpağa mülkiyyət hüququna dair” şəhadətnaməyə (JN 375 KOD ********) əsasən verilmiş Neftçala rayonu, Aşağı Surra kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 1,88 ha pay torpaq sahəsində olan miras paya, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən (JN 223A KOD ********) 0,19 ha həyətyanı torpaq sahəsində olan miras paya, AC 222079 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 99HD543 dövlət qeydiyyat nişanlı, ağ rəngli, 2014-cü il buraxılışlı «Vaz-21713» markalı avtomobil üzərində mirası qəbul etməsi hissəsində hüquqmüəyyənedici sənədin alınması üçün əsas hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi, vəkil Nümayəndə 19 avqust 2025-ci il tarixli hazırlıq iclasında məhkəməyə ərizə (vəsatət) təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddiaya əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, «Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 – 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur». Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər». Məhkəmə hesab edir ki, ərizə (vəsatət) təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263-264, 267-268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Neftçala rayon notariat ofisinə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X2, X6, X3 və X1 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, qanun üzrə vərəsə kimi tanınma» tələbinə dair iddiası geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar