Məhkəmə qərarları › İş №e-2(053)-856/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-856/2023

01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-856/2023 01.09.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu iddiaçı "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 fevral 2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********64526 “XİAOMİ Mİ 11 LİTE” markalı telefon üçün ondan 713,10 manat ödənilməmiş hissə, 71,90 manat cərimə pulu; 12 aprel 2022-ci il tarixli müqaviləsinə əsasən, “SAMSUNG WATCH 4” qol saatı üçün ondan 490,80 manat ödənilməmiş hissə, 49,20 manat cərimə pulu; 19 mart 2021-ci il tarixli müqaviləsinə əsasən, “LENOVO İDEAPAD 5” noutbuk üçün ondan 434 manat ödənilməmiş hissə, 43 manat cərimə pulu; 05 dekabr 2021-ci il tarixli müqaviləsinə əsasən, “PLİTƏ ELECTROLUX” üçün ondan 297,17 manat ödənilməmiş hissə, 29,83 manat cərimə pulu; 19 dekabr 2021-ci il tarixli müqaviləsinə əsasən, “HUAWEİ WATCH GT 3” qol saatı, “HUAWEİ FREEBUDS 4İ” qulaqlıq üçün ondan 193,60 manat ödənilməmiş hissə, 19,40 manat cərimə pulu; 09 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən, “TV BOX Mİ MEDİA PLAYER” üçün ondan 172,50 manat ödənilməmiş hissə, 17,50 manat cərimə; 05 dekabr 2021-ci il tarixli müqaviləsinə əsasən, “ASPİRATOR HOFFMANN” üçün ondan 117,65 manat ödənilməmiş hissə, 11,35 manat cərimə pulu; Ümumilikdə, 2661 manat borc, 46,61 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə 25 fevral 2022-ci il, 12 aprel 2022-ci il, 19 mart 2021-ci il, 05 dekabr 2021-ci il, 19 dekabr 2021-ci il, 09 iyul 2022-ci il va 05 dekabr 2021-ci il tarixlərindəki müqavilələrinə əsasən İMEİ KOD **********64526 “XİAOMİ Mİ 11 LİTE” markalı telefon, “SAMSUNG WATCH 4” qol saatı, “LENOVO İDEAPAD 5” noutbuk, “PLİTƏ ELECTROLUX”, “HUAWEİ WATCH GT 3” qol saatı, “HUAWEİ FREEBUDS 41” qulaqlıq, “TV BOX Mİ MEDİA PLAYER”, “ASPİRATOR HOFFMANN” almış və nəticədə 2661 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25 fevral 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1069,92 manat (18 ay x 59,44 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********64526 “XİAOMİ Mİ 11 LİTE” markalı telefon üçün ümumilikdə 785 manat olmaqla ondan 713,10 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 71,90 manat cərimə pulu; 12 aprel 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 631,08 manat (18 ay x 35,06 manat + 0 manat ilkin ödəniş) olan, “SAMSUNG WATCH 4” qol saatı üçün ümumilikdə, 540 manat olmaqla ondan 490,80 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 49,20 manat cərimə pulu; 19 mart 2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1522 manat (24 ay x 62 manat + 34 manat ilkin ödəniş) olan “LENOVO İDEAPAD 5” noutbuk üçün ümumilikdə, 477 manat olmaqla ondan 434 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 43 manat cərimə pulu; 05 dekabr 2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 534,96 manat (18 ay x 29,72 manat + 0 manat ilkin ödəniş) “PLİTƏ ELECTROLUX” üçün ümumilikdə, 327 manat olmaqla ondan 297,17 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 29,83 manat cərimə pulu; 19 dekabr 2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 580,80 manat (12 ay x 48,40 manat + 0 manat ilkin ödəniş) olan “HUAWEİ WATCH GT 3” qol saatı, “HUAWEİ FREEBUDS 4İ” qulaqlıq üçün ümumilikdə, 213 manat olmaqla ondan 193,60 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 19,40 manat cərimə pulu; 09 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 207 manat (12 ay x 17,25 manat + 0 manat ilkin ödəniş) olan “TV BOX Mİ MEDİA PLAYER” üçün ümumilikdə, 190 manat olmaqla ondan 172,50 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 17,50 manat cərimə; 05 dekabr 2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 353,04 manat (12 ay x 29,42 manat + 0 manat ilkin ödəniş) olan “ASPİRATOR HOFFMANN” üçün ümumilikdə, 129 manat olmaqla ondan 117,65 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 11,35 manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2479,98 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aramızda bağlanılmış ilə 25 fevral 2022-ci il, 12 aprel 2022-ci il, 19 mart 2021- ci il, 05 dekabr 2021-ci il, 19 dekabr 2021-ci il, 09 iyul 2022-ci il və 05 dekabr 2021-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz 30 iyun 2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 631,08 manat, “SAMSUNG WATCH 4” qol saatı üçün hər ay 35,06 manat ödəmək şərti ilə 18 ay müddətinə: 19 mart 2021-ci il tarixli alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 1522 manat, “LENOVO İDEAPAD 5” noutbuk üçün hər ay 62 manat ödəmək şərti ilə 24 ay müddətinə: 05 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 534,96 manat, “PLİTƏ ELECTROLUX” üçün hər ay 29,72 manat ödəmək şərti ilə 18 ay müddətinə: 19 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 580,80 manat, “HUAWEİ WATCH GT 3” qol saatı üçün hər ay 48,40 manat ödəmək şərti ilə 12 ay müddətinə: 09 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 207 manat, “TV BOX Mİ MEDİA PLAYER” üçün hər ay 17,25 manat ödəmək şərti ilə 12 ay müddətinə: 05 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 353,04 manat, “ASPİRATOR HOFFMANN” üçün hər ay 29,42 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 04 avqust 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh 25 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 713,10 manat ödənilməmiş əsas məbləğ və 71,90 manat cərimə: 12 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 490,80 manat ödənilməmiş əsas məbləğ və 49,20 manat cərimə: 19 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 434 manat ödənilməmiş əsas məbləğ və 43 manat cərimə: 05 dekabr 2021-ci il tarixli alqısatqı müqaviləsi üzrə 297,17 manat ödənilməmiş əsas məbləğ və 29,83 manat cərimə: 19 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 193,60 manat ödənilməmiş əsas məbləğ və 19,40 manat cərimə: 09 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 172,50 manat ödənilməmiş əsas məbləğ və 17,50 manat cərimə: 05 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 117,65 manat ödənilməmiş əsas məbləğ və 11,35 manat cərimə olmaqla – cəmi 2661 manat məbləğində borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilə üzrə cərimə borcu 75 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 25 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 713,10 manat ödənilməmiş əsas məbləğ və 20 manat cərimə: 12 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 490,80 manat ödənilməmiş əsas məbləğ və 15 manat cərimə: 19 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 434 manat ödənilməmiş əsas məbləğ və 15 manat cərimə: 05 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 297,79 manat ödənilməmiş əsas məbləğ və 10 manat cərimə: 19 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 193,60 manat ödənilməmiş əsas məbləğ və 5 manat cərimə: 09 iyul 2021ci il tarixli alqı-satqı müqaviləsi üzrə 172,50 manat ödənilməmiş əsas məbləğ və 5 manat cərimə: 05 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 117,65 manat ödənilməmiş əsas məbləğ və 5 manat cərimə olmaqla – cəmi 2493,82 manat məbləğində borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddia tələbinin təmin edilmiş hissəsinə müvafiq olaraq 44,93 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-0, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 713,10 (yeddi yüz on üç manat on qəpik) manat ödənilməmiş əsas məbləğ və 20 (iyirmi) manat cərimə: 12 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 490,80 (dörd yüz doxsan manat səksən qəpik) manat ödənilməmiş əsas məbləğ və 15 (on beş) manat cərimə: 19 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 434 (dörd yüz otuz dörd) manat ödənilməmiş əsas məbləğ və 15 (on beş) manat cərimə: 05 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 297,79 (iki yüz doxsan yeddi manat yetmiş doqquz qəpik) manat ödənilməmiş əsas məbləğ və 10 (on) manat cərimə: 19 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 193,60 (yüz doxsan üç manat altmış qəpik) manat ödənilməmiş əsas məbləğ və 5 (beş) manat cərimə: 09 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 172,50 (yüz yetmiş iki manat əlli qəpik) manat ödənilməmiş əsas məbləğ və 5 (beş) manat cərimə: 05 dekabr 2021-ci il tarixli alqısatqı müqaviləsi üzrə 117,65 (yüz on yeddi manat altmış beş qəpik) manat ödənilməmiş əsas məbləğ və 5 (beş) manat cərimə olmaqla, cəmi 2493,82 (iki min dörd yüz doxsan üç manat səksən iki qəpik) manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 44,93 (qırx dörd manat doxsan üç qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar