Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-869/2024 22.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı “İnzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunmasına dair” kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 1.248 manat məbləğində pulun və ödənilmiş 32,48 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış 22 may 2021-ci il tarixli, MAS-3780 saylı «Daxili lizinq» müqaviləsinə əsasən X2 müvəqqəti sahiblik və istifadəsinə «Khazar LX» markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Cavabdeh lizinq obyekti olan «Khazar LX» markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmuş və barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Həmin şəxs cərimələri ödəməkdən yayındığı üçün İddiaçı MMC-yə məxsus «Khazar LX» markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir. X8 və BNA tərəfindən qeydə alınmış protokollar aşağıdakılardan ibarətdir: EQ10506555 saylı protokola görǝ 64 manat; EQ10506561 saylı protokola görə 32 manat; EQ10506560 saylı protokola görə 16 manat; EQ10506563 saylı protokola görǝ 64 manat; EQ10506559 saylı protokola görə 16 manat; EQ10506558 saylı protokola görə 32 manat; EQ9464258 saylı protokola görə 16 manat; EQ9464259 saylı protokola görə 16 manat; EQ9464250 saylı protokola görə 16 manat; EQ9422047 saylı protokola görə 32 manat; EQ10506557 saylı protokola görə 64 manat; EQ10506556 saylı protokola görə 16 manat; BNA1837387 saylı protokola görə 36 manat; BNA1836638 saylı protokola görə 36 manat; BNA1822655 saylı protokola görə 18 manat; BNA1820129 saylı protokola görə 18 manat; BNA1818202 saylı protokola görə 18 manat; BNA1818193 saylı protokola görə 18 manat: BNA1815195 saylı protokola göra 18 manat; BNA1626330 saylı protokola göra 18 manat; BNA2311695 saylı protokola görə 36 manat; BNA2311694 saylı protokola görə 18 manat: BNA2311675 saylı protokola görə 18 manat; BNA2311673 saylı protokola görə 18 manat; BNA2311672 saylı protokola görə 18 manat; BNA2147975 saylı protokola görə 32 manat; BNA2147972 saylı protokola görs 32 manat; BNA2147971 saylı protokola görə 18 manat; BNA2147966 saylı protokola görs 32 manat; BNA2147961 saylı protokola görə 18 manat; BNA2147957 saylı protokola görs 32 manat; BNA2147955 saylı protokola görə 64 manat; BNA2147954 saylı protokola görə 64 manat; BNA2147952 saylı protokola görə 32 manat; BNA2147947 saylı protokola göra 36 manat; BNA2144059 saylı protokola görə 36 manat; BNA1941665 saylı protokola görə 36 manat; BNA1936231 saylı protokola görə 36 manat; BNA1924991 saylı protokola görə 36 manat; BNA1917085 saylı protokola görə 36 manat; BNA1917084 saylı protokola görə 18 manat; BNA1917042 saylı protokola görə 18 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 1.248 manat məbləğində ödəniş edilmişdir. Eyni zamanda bildirilir ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr İddiaçı MMC tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X6 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Bu səbədən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı MMC-nin Cavabdeh qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunmasına dair” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İşdə olan «X3»ndən görünür ki, İddiaçı direktoru X1 şəxsində, bundan sonra “Lizinq verən” digər tərəfdən X4 “Lizinq alan” birlikdə “Tərəflər”- ayrılıqda “Tərəf” arasında bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı (bundan sonra Lizinq obyekti adlandıracaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyekti lizinq alan tərəfindən seçilib. Bu lizin müqaviləsinin əsas məbləğinin 13.900 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 3100 manat məbləğində lizing ödənişini lizinq verənə ödəməyi öz öhdəsini götürür. Ödənilmiş 3100 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 36 ay müddətində illik 23% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən aparılır. İşdə olan 22 may 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, qiyməti 13.900 AZN olan 1 ədəd “Khazar LX” minik avtomobili lizinq obyetki lizinq alanın müvəqqəti sahibliyinə verilmişdir. İşdə olan 25 mart 2022-ci il tarixli, POA********** nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış 22 may 2021-ci il tarixli, MAS-3780 saylı «Daxili lizinq» müqaviləsinə əsasən 1 ədəd «Khazar LX» markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, AE 130087 seriyalı, 2021-ci il buraxılışlı ağ rəngli avtomobil Cavabdeh Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyəti verilmişdir. Etibarnamə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix daxil olmaqla etibarlıdır. İşdə olan 07 may 2022-ci il tarixli, POA********** nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış 22 may 2021-ci il tarixli, MAS-3780 saylı «Daxili lizinq» müqaviləsinə əsasən 1 ədəd «Khazar LX» markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, AE 130087 seriyalı, 2021-ci il buraxılışlı ağ rəngli avtomobil Cavabdeh Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyəti verilmişdir. Etibarnamə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix daxil olmaqla etibarlıdır. İşdə olan İddiaçı MMC-nin xəbərdarlıq məktubunun (pretenziyanın) məzmunundan görünür ki, İddiaçı Cavabdeh 1.248 manat məbləğində dəymiş ziyanın, yəni cərimə məbləğlərinin 7 gün ərzində ödənilməsi üçün lazımi qaydada xəbərdarlıq etmişdir. İşdə olan 14 iyun 2023-cü il tarixli və 26 may 2023-cü il tarixli 42 ədəd mədaxil qəbzlərindən görünür ki, DİN BDYPİ-nin və BNA-nin hesabına ümumilikdə 1.248 manat (cərimə) ödənilmişdir. «X6» Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinə görə «yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən «zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın». Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən «zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, Əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə «əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən «Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir». Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən «Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur». Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh inzibati xəta haqqında protokollara görə ödənilmiş 1.248 manat məbləğində pul tutularaq İddiaçı MMCnin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 32,48 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 1.248 (min iki yüz qırx səkkiz) manat məbləğində pul və ödənilmiş 32,48 (otuz iki manat qırx səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-869/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-869/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver