Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-872/2023 01.09.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 02 iyul 2022-ci il tarixli müqavilə üzrə İMEİ KOD **********93771 olan “Samsung Galaxy A53” markalı telefon üçün 944,62 manat ödənilməmiş hissə, 94,38 manat cərimə borcu olmaqla, ümumilikdə 1039 manat məbləğində borcun və ödənilmiş 30,39 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclası 01 sentyabr 2023-cü il tarixə, saat 11:00-a təyin olunmuşdur. İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə 24 avqust 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin o cümlədən (dövlət rüsumunun) geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1 və 260.3-cü maddələrinə əsasən «İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır»., «Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər». Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı X1 tərəfindən Neftçala Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30,39 (otuz manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumu Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 73 A ünvanında yerləşən "xxxx" MMC-yə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-872/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-872/2023
01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver