Məhkəmə qərarları › İş №e-2(053)-910/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-910/2024

09.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-910/2024 09.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs7, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs6 və Salyan “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində fəaliyyət göstərən Notariat ofisinin notariusu X44 cəlb edilməklə «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs7, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs6 və Salyan “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində fəaliyyət göstərən Notariat ofisinin notariusu X44 cəlb edilməklə iddia ilə məhkəməyə müraciət edərək, mərhum babaları X27, mərhum nənələri X34, mərhum ataları X53 və mərhum anaları X14, mərhum nənələri X2 və mərhum babaları X17 mülkiyyətində Neftçala rayonu, Bankǝ qəsəbəsi ünvanda qeydiyyat JN-0057, KOD 80700016 nömrəsi olan xx.xx.2002-ci ildə qeydiyyata alınmış Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 11.82 hektar olan torpaq sahəsinin hamısına və mərhum babaları X27, mərhum ataları X53 və marhum anaları X14, mərhum nənələri X3 onlarla birlikdə mülkiyyətlərində Neftçala rayonu, Bankə qəsəbəsi ünvanında 4JN-543F, KOD 80700016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətlərində olan əmlaka miras qalan hissədə onun payına düşən 1/2 hissədə və Cavabdeh 1/2 hissədə mirası qəbul etmələri müəyyən edilməklə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi 03 oktyabr 2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək iddia tələbinin aşağıdakı kimi qəbul edilməsini “Mərhum babamız X45, nənəmiz X54 X37, anası X28, nənəsi X11 və babası X17 Neftçala rayonu, Bankə qəsəbəsi ünvanında JN 0057, Kod 80700016 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət aktına əsasən 11,82 ha. olan torpaq sahəsinə qanun üzrə vərəsə kimi mülkiyyət hüquqları tanınmaqla ½ hissədə onun və ½ hissədə Cavabdeh payı müəyyən edilsin və qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi notariat ofisinə həvalə edilsin” xahiş etmişdir. İddiaçı nümayəndəsi, vəkil Nümayəndə işin məhkəmə baxışı iclası zamanı iş üzrə tərəflərin mərhum babası X27, mərhum nənələri X34, mərhum ataları X53 və mərhum anaları X14, mərhum ata nanələri X3 və mərhum ana babaları X17 mülkiyyətində Neftçala rayonu, Bankə qəsəbəsi ünvanda JN-0057 KOD 80700016 nömrəsi ilə xx.xx.2002-ci ildə qeydiyyata alınmış 11.82 ha olan torpaq sahəsi və 4JN-543F KOD 80700016 nömrəli sahəsi olan miras əmlakının olduğunu bildirmişdir. Qeyd edir ki, iddiaçı və cavabdehin babası X45 xx.xx.1998-ci ildə, nənələri X54 xx.xx.2016-cı ildə, ataları X71 xx.xx.2017-ci ildə, anaları X21 xx.xx.2023-cü ildə, mərhum ata nənələri X11 xx.xx.2008-ci ildə və ana babaları X29 xx.xx.2006-cı ildə vəfat etmişdir. Maraqlı şəxslərin mirasla bağlı iddiaları yoxdur. Cavabdeh hazırda burda olmadığından iddiaçı mirası adına keçirə bilmir. İddiaçı, Cavabdeh, Maraqlı şəxs4, X30, Maraqlı şəxs7, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs6 adlı şəxslər isə vərəsələrdir. Bu barədə Neftçala RİHB-nın Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 4089 nömrəli arayışı alınmışdır. Salyan Regional “Asan xidmət” mərkəzində Notariat ofisi miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı etdiyi müraciətə cavab olaraq bildirmişdir ki, mirasın qəbulu üçün vərəsələr arasında mübahisə olması səbəbindən vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilir. Notariat ofisi müraciǝtini qeydə almış və xx.xx.2024-cü ildə ona məktub vermişdir. İddiaçı faktiki mirası qəbul etmişdir. Bugünə qədər vərəsələr arasında da narazılıq var və indiki vaxtda iddiaçı artıq miras payının sənədləşdirilməsini istəyir və bugünə qədər də onun mirasdan istifadə etdiyi, qeydiyyatda olduğu realdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərǝsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Hüquqi əhəmiyyəti olan fakıları müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı 10.2 nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. O, həmçinin mənzilin sənədlərini təqdim edir. İddiaçı ilə Cavabdeh bacı qardaşdırlar. Hazırda cavabdeh ölkəyə gəlmədiyi üçün iddiaçı mirasın tərəflər arasında ½ hissədə bölünməsi istəyir. İddiaçı özünə məxsus payı tələb edir. Cavabdeh hansı tarixdə qayıdarsa öz payını qəbul edər. Tərəflər arasında paya görə heç bir mübahisə yoxdur. Sadəcə olaraq cavabdeh Rusiya Federasiyasında yaşadığı üçün öz ölkəsinə gəlib-gedə bilmir. O da payların bölünməsinə razıdır. Digər maraqlı şəxslər hər iki valideyndən miras qalmış paydan imtina etmişlər. Cavabdeh hazırda Rusiya Federasiyasında yaşayır. Onlar iddia ərizəsinin dəqiqləşdirilməsi haqqında ərizə vermişlər. Hazırda iddia ərizəsini və ərizəyə verilmiş dəqiqləşdirməni müdafiə edir. İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, Cavabdeh məhkəməyə ərizə göndərərək İddiaçı ona qarşı miras əmlak olan 11.82 hektar torpaq sahəsinin hamsına əmlaka miras qalan hissədə onun payına düşən ½ hissə və bacısına düşən ½ hissədə mirası qəbul etmələri müəyyən edilməklə, mülkiyyət hüquqları müəyyən edilməklə, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə iddia ərizəsini qəbul etdiyini bildirmişdir. Məhkəmə işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Salyan Regional “Asan xidmət” mərkəzində Notariat ofisi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq iş yükünün çox olması ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və işə baxılmasını xahiş etmişlər. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1988-ci ildə doğulmuşdur. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, Cavabdeh xx.xx.1983-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuşdur. «Doğum haqqında» şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X46 xx.xx.1960-cı ildə Salyan (indiki Neftçala) rayonunun Bankə qəsəbəsində anadan olmuş, atası X45, anası isə X7r. «Nikahın bağlanması haqqında» şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X55 ilə Muradova (nikahdan sonra –Əliyeva) Zenfirə Qardaş qızı 24 iyun 1978ci ildə nikah bağlamışdir. “Elektron notariat” X6 vasitəsilə “X38” AQİS-dən xx.xx.2023-cü il tarixli çıxarışlardan görünür ki, Cavabdeh və X47 valideynləri-ataları X71 xx.xx.1955-ci ildə (digər çıxarış sənədində doğum tarixi xx.xx.1958-ci il kimi göstərilir), anaları X21 xx.xx.1960-cı ildə doğulmuşdur. “Elektron notariat” X6 vasitəsilə “X38” AQİS-dən xx.xx.2023-cü il tarixli çıxarışlardan görünür ki, X45 ilə X3 doğum tarixi müəyyən edilməmiş, uşaqları X56 xx.xx.1966-cı ildə Salyan rayonu, Bankə qəsəbəsində, X63 isə xx.xx.1963-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuşdur. Cavabdeh və X47 valideynləri-ataları X71 xx.xx.1955-ci ildə (digər çıxarış sənədində doğum tarixi xx.xx.1958-ci il kimi göstərilir), anaları X21 xx.xx.1960-cı ildə doğulmuşdur. “Elektron notariat” X6 vasitəsilə “X38” AQİS-dən xx.xx.2023-cü il tarixli çıxarışlardan görünür ki, X29 1931-ci ildə, X54 1934-cü ildə, uşaqları X40 xx.xx.1970-ci ildə Salyan rayonu, Bankə qəsəbəsində, Maraqlı şəxs4 xx.xx.1976-cı ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuşdur. “Elektron notariat” X6 vasitəsilə “X38” AQİS-dən xx.xx.2023-cü il tarixli çıxarışlardan görünür ki, X64 xx.xx.1961-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində, Muradova (nikahdan sonra Nəsirova) Gülşən Qardaş qızı xx.xx.1966-cı ildə Neftçala rayonu, Bankə qəsəbəsində, X41 isə xx.xx.1995-ci ildə doğulmuşdur. “Elektron notariat” X6 vasitəsilə “X38” AQİS-dən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X22 xx.xx.1954-cü ildə Neftçala rayonu, Seyidlər kəndində, Muradova (nikahdan sonra Həşimova) Bəsti Qardaş qızı xx.xx.1963-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuşdur. “Elektron notariat” X6 vasitəsilə “X38” AQİS-dən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X57 xx.xx.1969-cu ildə Neftçala rayonu, Bankə qəsəbəsində, Ağalarova (nikahdan sonra Mikayılova) Minurə Mirqiyam qızı xx.xx.1970-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuşdur. “Elektron notariat” X6 vasitəsilə “X38” AQİS-dən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X65 xx.xx.1953-cü ildə Neftçala rayonu, Astanlı kəndində, Muradova (nikahdan sonra Babayeva) Nazilə Qardaş qızı xx.xx.1958-ci ildə Neftçala şəhərində doğulmuşdur. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, Maraqlı şəxs4 xx.xx.1976-cı ildə doğulmuşdur. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, Maraqlı şəxs5 xx.xx.1970-ci ildə doğulmuşdur. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, Maraqlı şəxs2 xx.xx.1960-cı ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuşdur. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, Maraqlı şəxs3 xx.xx.1958-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuşdur. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, Maraqlı şəxs6 xx.xx.1966-cı ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuşdur. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, Maraqlı şəxs7 xx.xx.1963-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuşdur. “Ölüm haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, X45 05 noyabr 1998ci ildə, X11 30 mart 2008-ci ildə, X29 03 yanvar 2006-cı ildə, X54 25 fevral 2016-cı ildə, X71 02 may 2017-ci ildə, X21 05 aprel 2023-cü ildə vəfat etmişdir. İşdə olan JN- 0057, 80700016 kod nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, X29 və ailə üzvləri X42, X35, X23, X12, X36 Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2001-ci il tarixli, 59 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 11,82 hektar torpaq sahəsi verilmiş və torpaq aktı qeydiyyat kitabında 02 aprel 2002-ci ildə, US-57 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Qeyd: JN 0057 KOD 80700016 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında 4-cü sırada X8 yazılmış, əslində o X9 oxunmalıdır. Neftçala rayon Bankə qəsəbə İƏDÜN-yi xx.xx.2015. İşə əlavə olunmuş Neftçala rayon İHB-nın müavini X66, Neftçala rayonu, Bankə qəsəbə İƏDÜ nümayəndəsi X72, Neftçala rayonu, Bankə Bələdiyyəsinin sədri X43 iştirakı ilə tərtib edilmiş aktın surətindən görünür ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2001-ci il tarixli, 59 saylı qərarı ilə JN-0057, KOD 80700016 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında texniki səhv olaraq X29, X58, X48, X31, X18 və X19 yazılmış, əslində isə siyahıda olanlar X29, X54, X71, X21, X11 və X10. İşdə olan Neftçala rayonu İcra hakimiyyəti başçısının Bankə qəsəbə İƏDÜN-nin xx.xx.2023-cü il tarixli, 4089 nömrəli vərəsəlik arayışından görünür ki, Neftçala rayonu, Bankə qəsəbəsində yaşayan Cavabdeh və Babayeva Kəbirǝ Baba qızının ailə üzvləri ilə ümumi birgə mülkiyyətində yerləşən JN 543F seriyalı, KOD 80700016 nömrəli və JN 0057 seriyalı, KOD 80700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı əsasında torpaq sahəsi vardır. X37 xx.xx.2017-ci ildə, anası X21 xx.xx.2023-cü ildə, ata babaları X45 xx.xx.1998-ci ildə, ata nənələri X11 xx.xx.2008-ci ildə, ana babaları X29 xx.xx.2006-cı ildə, ana nənələri X54 xx.xx.2016-cı ildə vəfat etmişdir. X33 vərəsələri aşağıdakılardır: Cavabdeh xx.xx.1983-cü il, Babayeva Kǝbirə Baba qızı xx.xx.1988-ci il. X4 vərəsələri aşağıdakılardır: Cavabdeh xx.xx.1983-cü il, İddiaçı xx.xx.1988-ci il. X20 vərəsələri aşağıdakılardır: Maraqlı şəxs3 xx.xx.1958, Əliyeva Zǝnfira Qardaş qızı, xx.xx.1960, Maraqlı şəxs7 xx.xx.1963, Maraqlı şəxs6 xx.xx.1964, Cavabdeh xx.xx.1983, İddiaçı xx.xx.1988-ci il. X1 vərəsələri aşağıdakılardır: Maraqlı şəxs3 xx.xx.1958, Əliyeva Zǝnfira Qardaş qızı xx.xx.1960, Maraqlı şəxs7 xx.xx.1963, Maraqlı şəxs6 xx.xx.1964, Cavabdeh xx.xx.1983, Babayeva Kəbirǝ Baba qızı xx.xx.1988-ci il. X5 vərəsələri aşağıdakılardır: Maraqlı şəxs4 xx.xx.1976, Maraqlı şəxs5 xx.xx.1970, Cavabdeh xx.xx.1983, İddiaçı xx.xx.1988-ci il. X16 vərəsələri aşağıdakılardır: Maraqlı şəxs4 xx.xx.1976, Maraqlı şəxs5 xx.xx.1970, Cavabdeh xx.xx.1983, İddiaçı xx.xx.1988-ci il. Salyan Regional “Asan xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2024-ci il tarixli, №1044 g,1045 g, 1046 g, 1047 g, 1048 g №-li məktublarda qeyd edilir ki, xx.xx.2006-cı ildə vəfat etmiş mərhum babanız X15, xx.xx.2016-cı ildə vəfat etmiş mərhum nənəniz X32, 02 may 2017-ci ildə vəfat etmiş mərhum atanız X50, 05 aprel 2023-cü ildə vəfat etmiş ananız X13, 05 noyabr 1998-ci ildə vəfat etmiş mərhum babanız X24 miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı etdiyiniz müraciətə cavab olaraq bildirilir ki, mirasın qəbulu üçün vərəsələr arasında mübahisə olması səbəbindən vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilir. Salyan rayon 2 saylı Notariat ofisinə Maraqlı şəxs7, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs6 tərəfindən verilmiş 16 aprel 2023-cü il tarixli, **********450 nömrəli ərizədə aşağıdakılar qeyd edilmişdir: “Bildiririk ki, mərhum atamız X45 xx.xx.1998-ci ildə və mərhumə anamız X11 xx.xx.2008-ci ildə vəfat etmişdir. Onların vəfatından sonra miras qalan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakdan bizə çatası vərəsəlik payımızı qəbul etməmişik, buna ehtiyacımız yoxdur və gələcəkdə də olmayacaq. Gələcəkdə müddətin bərpası üçün məhkəməyə də müraciət etməyəcəyik. Bu ərizə bizim sözlərimiz əsasında tərtib edildi, ərizəmizi oxuduq, ərizəmiz həqiqi niyyətimizə uyğundur, razıyıq və doğruluğunu imzamızla təsdiq edirik”. Salyan rayon 2 saylı Notariat ofisinə Maraqlı şəxs4 və Maraqlı şəxs5 tərəfindən verilmiş 16 aprel 2023-cü il tarixli, **********449 nömrəli ərizədə aşağıdakılar qeyd edilmişdir: “Bildiririk ki, mərhum atamız X29 xx.xx.2006-cı ildə və mərhumə anamız X54 xx.xx.2016-cı ildə vəfat etmişdir. Onların vəfatından sonra miras qalan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakdan bizə çatası vərəsəlik payımızı qəbul etməmişik, buna ehtiyacımız yoxdur və gələcəkdə də olmayacaq. Gələcəkdə müddətin bərpası üçün məhkəməyə də müraciət etməyəcəyik. Bu ərizə bizim sözlərimiz əsasında tərtib edildi, ərizəmizi oxuduq, ərizəmiz həqiqi niyyətimizə uyğundur, razıyıq və doğruluğunu imzamızla təsdiq edirik”. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin sənədlərin təsdiq edilmiş surətinin verilməsi barədə xx.xx.2024 və xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Neftçala rayonu, Seyidlər kəndində yerləşən 11.82 ha (8.28 ha və 3.54 ha) kənd təsərüffatı təyinatlı torpaq sahəsi JN-0057 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdə ********** və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayış əldə etmişdir, lakin özgəninkiləşdirilməsi barədə məlumat yoxdur. Əlavə olaraq qeyd edilir ki, JN-0057 saylı dövlət aktı və həmin dövlət aktı əsasında əldə olunan arayışların təsdiq olunmuş surətləri sizə təqdim edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 4910 №-li Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışda qeyd edilmişdir ki, verilir Cavabdeh ondan ötrü ki, Neftçala rayonu, Bankə qəsəbəsi ünvanında yerləşən 8.28 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin mülkiyyətçilər haqqında məlumatda JN-0057 qeydiyyat nömrəsi üzrə hüquq sahibləri X17, X34, X53, X27, X3 və X14 qeydiyyat tarixi xx.xx.2002-ci olmaqla ümumi birgə payları vardır. Hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi 8.28 hektardır. Xüsusi qeydlər: Torpaq sahəsi sənəd üzrə 8.28 ha olduğu halda, yeni uçot xəritə məlumatlarına əsasən 2.58 ha azalaraq faktiki torpaq sahəsi 5.70 ha təşkil edir. Bütün hüquq sahibləri vəfat etdiyi üçün razılıq ərizəsinin verilməsi qeyri-mümükündür.Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qeydiyyata alındıqda azalma barədə razılıq ərizəsi təqdim olunacaqdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 4911 №-li Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışda qeyd edilmişdir ki, verilir Cavabdeh ondan ötrü ki, Neftçala rayonu, Bankə qəsəbəsi ünvanında yerləşən 3.54 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin mülkiyyətçilər haqqında məlumatda JN-57Z qeydiyyat nömrəsi üzrə hüquq sahibləri X17, X34, X53, X27, X3 və X14 qeydiyyat tarixi xx.xx.2002-ci olmaqla ümumi birgə payları vardır. Hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi 3.54 hektardır. Azərbaycan Respublikası MM-nin 1133.1 və 1333.2-ci maddələrinə əsasən «Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir», «Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır». İşin faktiki halları ilə müəyyən olunur ki, X29, X54, X71, X45, X11 və X21 vəsiyyətnamə qoymamışlar. Bu halı, həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, mübahisə ilə bağlı qanun üzrə vərəsəlik qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MM-nin 1159.1.1-ci maddəsinin tələblərinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. Eyni Məcəllənin 1160-cı maddəsinə əsasən «Əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir». İşin faktiki halları ilə müəyyən olunur ki, 05 noyabr 1998-ci ildə vəfat etmiş X45 İddiaçı və Cavabdeh ata babası, 30 mart 2008-ci ildə vəfat etmiş X11 ata nənəsi, 03 yanvar 2006-cı ildə vəfat etmiş X29 İddiaçı və Cavabdeh ana babası, 25 fevral 2016-cı ildə vəfat etmiş X54 ana nənəsi, 02 may 2017-ci ildə vəfat etmiş X71 İddiaçı və Cavabdeh atası, 05 aprel 2023-cü ildə vəfat etmiş X21 isə anasıdır. Azərbaycan Respublikası MM-nin 1243.1, 1243.2 və 1243.3-cü maddələrinə əsasən «Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir», «Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır», «Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir». İddiaçı tərəfin bildirdikləri ilə müəyyən olunur ki, Babayeva (nikahdan əvvəl Muradova) Kəbirə Baba qızı X37 və X14 ölümündən sonra miras əmlakı qəbul etmişdir. Beləliklə, Babayeva (nikahdan əvvəl Muradova) Kəbirə Baba qızı ata babası, ata nənəsi, ana babası, ana nənəsi, sonda isə atasından və anasından qalmış əmlaka sahiblik etməyə, onu idarə etməyə faktik başlamış, bununla da sonda ata-anasından miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Bu hal, işin məhkəmə baxışı zamanı mübahisələndirilməyib. İş üzrə Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən də görünür ki, cavabdeh İddiaçı ona qarşı miras əmlak olan 11.82 hektar olan torpaq sahəsinin hamsına miras qalan hissədə onun payına düşən ½ hissə və bacısına düşən ½ hissədə mirası qəbul etmələrinin müəyyən edilməsini, mülkiyyət hüquqlarının müəyyən edilməsini, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə iddia ərizəsini qəbul etdiyini bildirmişdir. Eyni zamanda 05 noyabr 1998-ci ildə vəfat etmiş X27, 30 mart 2008-ci ildə vəfat etmiş X3, 03 yanvar 2006-cı ildə vəfat etmiş X17 və 25 fevral 2016-cı ildə vəfat etmiş X34 vərəsələri Maraqlı şəxs7, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs6, Maraqlı şəxs4 və Maraqlı şəxs5 yaxınlarının vəfatından sonra miras qalan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakdan onlara çatası vərəsəlik paylarını qəbul etmədiklərini, buna ehtiyacları olmadığını və gələcəkdə də olmayacağını bildirməklə gələcəkdə müddətin bərpası üçün məhkəməyə də müraciət etməyəcəklərini qeyd edərək paylarından imtina etmişlər. Göstərilənləri (həmçinin Azərbaycan Respublikası MM-nin 1160-cı maddəsinin tələblərini), habelə X27, X3, X17, X34, X53 və X14 öldüyünü, vərəsələrdən Maraqlı şəxs7, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs6, Maraqlı şəxs4 və Maraqlı şəxs5 miras əmlakı faktiki qəbul etmədiyini və qəbul etmək niyyətində olmadıqlarını və bundan imtina etdiklərini, Cavabdeh məhkəmə iclasına gəlməsə də miras əmlakdan imtina etmədiyini, lakin bacısı İddiaçı ilə aralarında miras əmlakın bölünməsi ilə bağlı razılığa gəldiklərini, sonda mərhum X71 və X13 qalan mirası faktiki qəbul edərək birinci növbə vərəsəsi olduğunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, sonda X71 və X14 ölümündən sonra onların Neftçala rayonu, Bankə qəsəbəsi ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki paylarına İddiaçı (nikahdan əvvəl - Muradova) sahiblik etməyə, onu idarə etməyə faktik başlamış, bununla da ata babasından, ata nənəsindən, ana babasından, ana nənəsindən və sonda ata anasından miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Azərbaycan Respublikası MM-nin 1256-cı maddəsinə əsasən «Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər…». Cavabdeh vərəsəliyə çağırıldığını bildiyi halda o, həm ata babasından, ata nənəsindən, ana babasından, ana nənəsindən və sonda ata - anasından miras qalmış əmlakı qəbul etməmiş və qəbul etməkdən imtina etməmişdir. Azərbaycan Respublikası MM-nin 1268.1-ci maddəsinə əsasən «Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz». Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən «Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın». Məhkəmə ilk növbədə qeyd edir ki, Neftçala rayon notariat ofisinin notariusu iddiaçıya müraciəti əsasında babaları, nənələrindən, ata və anasından miras qalmış əmlakı qanun üzrə vərəsə olaraq qəbul etməsinə, miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı etdiyi müraciətə mirasın qəbulu üçün vərəsələr arasında mübahisə olması səbəbindən vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilməsi ilə əsaslandırmışdır. Həmçinin, yuxarıda qeyd olunduğu kimi, cavabdeh məhkəmə iclaslarına gəlməsə də, ərizə göndərərək iddiaya qarşı etirazının olmadığını bildirmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş üzrə Cavabdeh vərəsəlikdən imtina etməməsi, əksinə miras əmlakdan özünə 1/2 hissədə payın müəyyən olunmasını istəməsi qəbul ediləndir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməklə mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki halları ilə yanaşı Azərbaycan Respublikası MM-nin 1268.1-ci maddəsinin tələblərini də nəzərə alır. Beləliklə, mərhum X17, X34, X27, X3, X53 və X14 Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2001-ci il tarixli, 59 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Neftçala rayonu, Bankə qəsəbəsində 11.82 hektar torpaq sahəsindəki paylarının hər birinə aid 1/2 hissəsinin vərəsəsi kimi iddiaçı Babayeva (nikahdan əvvəl-Muradova) Kəbirə Baba qızı, 1/2 hissəsinin vərəsəsi kimi Cavabdeh hesab olunmalıdır. Həmçinin mərhum X27, X3, X17, X34 vərəsələrdən Maraqlı şəxs7, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs6, Maraqlı şəxs4 və Maraqlı şəxs5 notariat qaydasında verdikləri ərizələrində miras əmlakı faktiki qəbul etmədiklərini və qəbul etmək niyyətində olmadıqlarını və bundan imtina etdiklərini bildirsələr də miras əmlakdan hansı vərəsənin xeyrinə imtina etdiklərini bildirməmişlər. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mərhum X27, X3, X17, X34 vərəsələrdən Maraqlı şəxs7, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs6, Maraqlı şəxs4 və Maraqlı şəxs5 notariat qaydasında verdikləri ərizələrində miras əmlakı faktiki qəbul etmədiklərini və qəbul etmək niyyətində olmadıqlarını və bundan imtina etdiklərini bildirsələr də miras əmlakdan hansı vərəsənin xeyrinə imtina etdiklərini bildirmədiklərindən mərhum X27, X3, X17, X34 Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2001-ci il tarixli, 59 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş Neftçala rayonu, Bankə qəsəbəsində 11.82 hektar torpaq sahəsində mövcud olmuş hər birinin payı 1/2 hissədə iddiaçı Babayeva (nikahdan əvvəl-Muradova) Kəbirə Baba qızı, 1/2 hissədə Cavabdeh arasında bərabər müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2001-ci il tarixli, 59 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Neftçala rayonu, Bankə qəsəbəsində 11,82 hektar torpaq sahəsinə münasibətdə mərhum X15, X32, X50, X13 və X24 miras qalmış torpaq sahəsindəki paylarında İddiaçı ½ (ikidə bir) hissədə, Cavabdeh ½ (ikidə bir) hissədə qanun üzrə vərəsə kimi payı müəyyən edilsin. Hazırkı qətnamə Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2001-ci il tarixli, 59 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Neftçala rayonu, Bankə qəsəbəsində 11.82 hektar torpaq sahəsinə münasibətdə mərhum X15, X32, X50, X13 və X24 miras qalmış torpaq sahəsindəki paylarında İddiaçı ½ (ikidə bir) hissədə, Cavabdeh ½ (ikidə bir) hissədə hüquqmüəyyənedici sənədin alınması üçün əsas hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə apellyasiya şikayəti verilməmişdirsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar