Məhkəmə qərarları › İş №e-2(054)-142/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-142/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-142/2025 14.02.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi X2 İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı MMC (mətndə iddiaçı) Cavabdeh qarşı (mətndə cavabdeh) fiziki şəxs X5 ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, N-0121 saylı alqı-satqı müqaviləsi üzrə 249 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş tələbetmə hüquqlarının güzəşt olunmasına dair xx.xx.2019-cu il tarixli, 004 saylı müqavilə ilə müəyyən edilmişdir ki, fiziki şəxs (VÖEN ********** ) X5 (hüquq sahibi) özünün tələbetmə hüququnu hüquq əldə edən İddiaçı MMCyə (baş direktor X5) güzəşt etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat”ın müddəalarını əhatə edən 23-1-ci fəslinə uyğun olaraq cavabdehə xx.xx.2024-cü il tarixdə MPM-in 47, 284-1, 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinin məzmununu əhatə edən məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə bildirişinin çatdırılmasına dair məlumat məhkəməyə daxil olmamışdır. İddiaçı MMC-nin direktoru X5 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə cavabdehlə aralarında qarşılıqlı barışıq sazişi əldə edildiyini, buna görə iddiadan imtina etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı MMC-nin direktoru X3 ərizəsini araşdırıb hesab edirəm ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiadan imtinası qəbul edilsin və mülki işin icraatına xitam verilsin. Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2025-ci il tarixli, **********99 saylı mədaxil qəbzinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar