Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-197/2025 11.03.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Mən, Oğuz Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər qaytarılmalıdır. Belə ki, iddia ərizəsi araşdırılarkən müəyyən edildi ki, iddiaçı hüquqi şəxs olmaqla rəsmi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 73A-dır. İddia ərizəsinə əsasən cavabdehin ünvanı Oğuz şəhəri, M.Ə.Rəsulzadə ev 2 olaraq qeyd edilsə də, ərizəyə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən, habelə “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından göründüyü kimi Cavabdeh qeydiyyat ünvanı Tovuz rayonu Dondar kəndidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iş materiallarına əsasən cavabdehin qeydiyyat ünvanı ünvan 4n Tovuz Rayon Məhkəməsinə verilməli olduğu iddiaçıya izah edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268ci maddələrini rəhbər tutaraq qərara aldım : İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən Hökumət ödəniş portalı və ya “ASAN Pay” vasitəsilə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-197/2025
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-197/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver