Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-32/2025 13.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X40 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Oğuz rayon Notariat ofisinə və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli arayışın ləğv edilməsi tələbinə dair mülki işə 13 yanvar 2025-ci il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: TƏSVİRİ HİSSƏ: İddiaçı (iddiaçı) cavabdehlər Oğuz rayon Notariat ofisinə və Cavabdeh2 (cavabdehlər) qarşı Oğuz rayon Notariat ofisinin Cavabdeh2 verdiyi xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli arayışın ləğv edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəmənin elektron ünvanına daxil olmuş ərizəsi ilə üzrlü səbəbdən məhkəmə iclasında iştirakının mümkün olmayacağını bildirmiş, işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Oğuz rayon Notariat Ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, X20 nənəsidir. Sərmayə Məmmədova xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mərhumun xüsusi mülkiyyətində ünvan 1 ünvanında yerləşən ev mövcuddur və mərhum nənəsi xx.xx.2007-ci il tarixdə qeyd edilən evlə bağlı iddiaçıya və qardaşına vəsiyyətnamə vermişdir. Nənəsi vəfat etdikdən sonra iddiaçı qanunvericiliyin tələblərinə əsasən nənədən qalan miras əmlakı qəbul etməklə bağlı Bakı şəhəri 6 saylı Notariat ofisinə müvafiq ərizə ilə müraciət etmişdir. Notariat ofisində qanuna uyğun olaraq sənədləri qəbul edilmiş və digər vərəsələr də onun xeyrinə öz paylarından imtina etmişlər. Vərəsəlik şəhadətnaməsini almağa gedərkən ona məlum olmuşdur ki, mərhum nənəsinin xüsusi mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.0606 ha torpaq sahəsinin və üzərində olan 82.9 kv.m olan fərdi yaşayış sahəsinin 1/9 hissəsinə münasibətdə vərəsəlik şəhadətnaməsi verilmişdir. Belə ki, mərhum nənəsinin bacısı Cavabdeh2 nümayəndə vasitəsilə xx.xx.2023-cü il tarixdə vərəsəliklə bağlı Oğuz rayon Notariat Ofisinə müraciət etmiş və vərəsəlik şəhadətnaməsi almışdır. Bunun əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Oğuz Rayon Notariat Ofisinin qanunsuz hərəkəti nəticəsində iddiaçı vərəsəlik şəhadətnaməsini ala bilməmişdir. İddiaçı məcbur olub Oğuz rayon Notariat Ofisinin Cavabdeh2 verdiyi xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli arayışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı birinci növbə vəsiyyətnamə üzrə vərəsə kimi notariusa müraciət edib vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmiş, bundan xeyli müddət sonra xx.xx.2023-cü il tarixdə mirasqoyanın ikinci növbə vərəsəsi olan Cavabdeh2 nümayəndə vasitəsilə ərazi aidiyyatını pozaraq digər miras əmlakın Şəki şəhərində yerləşməsinə baxmayaraq Oğuz rayon Notariat Ofisinə müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələblərini rəhbər tutaraq iddianın təmin edilməsi, Oğuz rayon Notariat Ofisinin Cavabdeh2 verdiyi xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və 12 saylı Şəki Ərazi İdarəsin tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli arayışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə əvvəlki məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, notarius birinci dərəcəli vərəsənin mövcudluğunu nəzərə almadan, həmçinin aidiyyət qaydalarını pozaraq mərhumun ikinci dərəcəli vərəsəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Mərhumun ata yurdu Şəki şəhərində yerləşir. Nərminin mərhum nənəsinin və onun bacısı-Cavabdeh2nın ata evində öz payları vardır. Vərəsəlik işi də mirasın yerləşdiyi yer üzrə aidiyyəti notariat orqanında aparılmalı idi. Bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinin müvafiq orqanına da şikayətlə müraciət edilmişdir. X41 Nazirliyin əmri ilə intizam məsuliyyətinə cəlb edilmiş, ona şiddətli töhmət verilmişdir. Hazırda mərhumun bacısı-Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qüvvədə olduğundan iddiaçı vəsiyyətnamə üzrə vərəsə olaraq ona miras qalmış, Bakı şəhərində yerləşən əmlaka vərəsəlik şəhadətnaməsi almaq imkanından məhrum olmuşdur. Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələbləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, ailədə doqquz uşaq olublar, hazırda iki bacı, bir qardaş qalıblar. Bacısı Sərmayənin vərəsələri olan nəvələri və qızı ilə əvvəldən razılaşmışlar. Onlar bununla bağlı onun da nümayəndəsi olan X9 etibarnamə vermişdilər. 6 ay Şəki “ASAN xidmət” mərkəzinə getsə də, fikrini izah edə bilmədiyindən məcburən Oğuz rayon Notariat ofisinə müraciət etmişdir. Qardaşı Rusiya Federasiyasında yaşayır. Qardaşı və sağ qalan bacısı öz paylarını ona veriblər. Əvvəllər iddiaçı və ailəsi ilə problemləri olmayıb. Nərmin mərhum nənəsi Sərmayənin Bakı şəhərində yerləşən evinə mülkiyyət sənədi ala bilmədiyindən bu iddianı qaldırıb. Amma o da sənədlərə xərc çəkib, əziyyətlə vərəsəlik şəhadətnaməsi alıb. İndi çarəsiz vəziyyətdə qalacaq. Ondan asılı olan nə varsa Nərminə məhkəmədən kənar qaydada kömək etməyə hazırdır. Əks halda iddianın rədd edilməsi barədə qətnamə çıxaılmasını xahiş edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, yaşayış yeri Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi, ev 5/4-dür. Azərbaycan Respublikası vətəndaşının işdə olan AZE 16483630 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X24 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, yaşayış yeri Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi, ev 5/4-dür. Azərbaycan Respublikası vətəndaşının işdə olan AZE 05552201 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, yaşayış yeri Bakı şəhəri, Badamdar qəsəbəsi, Gənclər küçəsi, ev 3, mənzil 33-dür. Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin işdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********80-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 0,0150 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 117 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə hüquq sahibi X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2007-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X20 ölən günədək ona məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, rəng emalı zavodunun sağ tərəfində yerləşən 0,015 ha torpaq sahəsini nəvələri İddiaçı və X16 vəsiyyət etmişdir. Vəsiyyətnamə Bakı şəhəri 6-cı Dövlər notariat kontorunda 2V-22 reyestr nömrəsi ilə qeydə alınmışdır. Azərbaycan Respublikasının Dövlət Notariat Arxivi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-165/6-B-M-309-6/23 saylı məktubundan görünür ki, Bakı şəhəri 6 saylı Dövlət notariat ofisində 2V-22 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə məlumat arxivə daxil olmamışdır. İddiaçı işdə olan, Bakı 6 saylı Notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş X3 miras qalmış, ünvan 1 ünvanında yerləşən 0,0150 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 117 kv.m olan fərdi yaşayış evindən ibarət mirası qəbul etdiyini bildirmişdir. X10 (nümayəndə X17 vasitəsilə) və X4 işdə olan, Bakı 6 saylı Notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, onlar xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 miras qalmış bütün əmlaklardan onlara çatası miras payından və vərəsəlik hüququndan imtina etmişlər. İşdə olan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı, X15 və X1 şəhəri. F.Xoyski küçəsi, ev 33A (keçmiş 15-ci rayon K.Marks küçəsi, 33A) ünvanda yerləşən fərdi yaşayış evinin sənədləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət idarələrində, “ASAN xidmət” mərkəzlərində, arxivlərdə, notariat ofislərində, qeydiyyat şöbələrində onları təmsil etməyi, onlara çatası arayışları, yaxud şəhadətnamələrin əslini və yaxud təkrarını (dublikatını) almağı, vərəsəliklə bağlı nümayəndə olmağı, mirasa dəvət ərizəsi verməyi, miras payını qəbul etməyi və yaxud ondan imtina etməyi, miras payı bağışlamağı, vərəsəlik hüququ haqqında şəhadətnamə almağı, bununla bağlı istənilən məzmunda ərizələr yazmağı, sənədləşmə işlərini aparmağı, lazımi sənədləri toplamağı, təqdim etməyi və götürməyi, adlarından ərizə yazmağı, imza etməyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq ərazi idarəsində nümayəndələri olmağı, çıxarış və texniki pasport almağı və bununla bağlı digər zəruri hərəkətlər etməyi X9 etibar etmişlər. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli, 2V-530 reyestr nömrəli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi ünvan 5 ünvanında qeydiyyatda olan bacısı Cavabdeh2 olub şəhadətnamə verilən əmlak mərhumdan miras qalmış, xx.xx.2023-cü il tarixdə X11 verilmiş, hüququn ölmüş şəxsə məxsus olması haqqında ********** qeydiyyat nömrəli arayışa əsasən Şəki şəhəri, X49 küçəsi, ev 33A, yeni qaydalarla Şəki şəhəri, X49 küçəsi, ev 97 ünvanında yerləşən, ümumi sahəsi 0,0606 ha olan torpaq sahəsinin 1/9 hissəsindən və üzərində yerləşən ümumi sahəsi 82,9 kv.m olan fərdi yaşayış evinin 1/9 hissəsindən ibarətdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin işdə olan hüququn ölmüş şəxsə məxsus olması haqqında ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X6 Şəki şəhəri, X49 küçəsi, ev 33A, yeni qaydalarla Şəki şəhəri X49 küçəsi, ev 97 ünvanında yerləşən, ümumi sahəsi 0,0606 ha olan torpaq sahəsinin 1/9 hissəsində və üzərində yerləşən ümumi sahəsi 82,9 kv.m olan fərdi yaşayış evinin 1/9 hissəsində payı müəyyən edilmişdir. Evin və torpaq sahəsinin qalan 6/9 hissəsinə hər birinin payı 1/9 hissədə müəyyən edilməklə X21, X5, X12, X22, X7 və X2, qalan 2/9 hissəsinə Cavabdeh2 hüququ tanınmışdır. İşdə olan evlənmə haqqında AZ 193174 saylı şəhadətnamənin surətindən görünür ki, X18 və X25 xx.xx.1971-ci ildə evlənmiş, bu barədə Şəki şəhəri VVAQ şöbəsində vətəndaşlıq vəziyyəti aktları kitabında həmin tarixdə 66 nömrə ilə lazımi qeyd edilmiş, evlənmə qeyd ediləndən sonra kişi və arvad Məmmədov familiyasını götürmüşdür. İşdə olan ölüm haqqında İV-JQ 295513 saylı şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1991-ci il tarixdə 51 yaşında ölmüş, bu barədə Bakı şəhər Nizami rayon VVAQ şöbəsində xx.xx.1991-ci ildə ölüm haqqında akt qeydləri kitabında 877 nömrə ilə qeyd edilmişdir. İşdə olan ölüm haqqında AZ-İİ 377486 saylı şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2023-cü il tarixdə ölmüş, bu barədə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2023-cü ildə ölüm haqqında akt qeydləri kitabında 852 nömrə ilə qeyd edilmişdir. İşdə olan doğum haqqında İ-JQ 373079 saylı şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, bu barədə Bakı şəhəri Oktyabr rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1972-ci ildə 1564 nömrə ilə qeyd edilmiş, atası X18, anası X13r. İşdə olan ölüm haqqında AZ-İ 153074 saylı şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2005-ci il tarixdə ölmüş, bu barədə Şəki şəhər VVADQ şöbəsində xx.xx.2005-ci ildə ölüm haqqında akt qeydləri kitabında 276 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin işdə olan doğum haqqında xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X28 xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, bu barədə Bakı şəhər Yasamal rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1973-cü ildə 2888 sayla qeyd edilmiş, atası X18, anası X13r. İşdə olan ölüm haqqında AZ-İİ 370914 saylı şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2023-cü il tarixdə ölmüş, bu barədə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2023-cü ildə ölüm haqqında akt qeydləri kitabında 764 nömrə ilə qeyd edilmişdir. İşdə olan doğum haqqında İV-JQ 440747 saylı şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, bu barədə Bakı şəhəri Şaumyan rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1976-cı ildə 3490 nömrə ilə qeyd edilmiş, atası X18, anası X13r. İşdə olan nikahın bağlanması haqqında Vİ-JQ 484317 saylı şəhadətnamənin surətindən görünür ki, X23 və X19 xx.xx.1998-ci ildə nikah bağlamış, bu barədə Şəki şəhər VVAQ şöbəsində nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 126 nömrə ilə qeyd edilmiş, nikah bağlanandan sonra ər-arvada Qaffarov familiyası verilmişdir. İşdə olan nikahın bağlanması haqqında Vİİ-JQ 378972 saylı şəhadətnamənin surətindən görünür ki, X26 və X14 xx.xx.1999-cu ildə nikah bağlamış, bu barədə Şəki şəhər VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 238 nömrə ilə qeyd edilmiş, nikah bağlanandan sonra ər-arvada Məmmədov familiyası verilmişdir. İşdə olan doğum haqqında AZ-İ 064223 saylı şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, bu barədə Bakı şəhəri Nizami rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2001-ci ildə 263 nömrə ilə qeyd edilmiş, atası X26, anası X8r. İşdə olan doğum haqqında AZ-İ 173644 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, bu barədə Bakı şəhəri Nizami rayon VVADQ şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2002-ci ildə 1342 nömrə ilə qeyd edilmiş, atası X26, anası X8r. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsi Notariat İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-15-5/2-M-53-6/2024 saylı məktubundan görünür ki, ərizəçinin Bakı 6 saylı notariat ofisində vərəsəlik işi açılmasına baxmayaraq Oğuz rayon notariat ofisində yenidən vərəsəlik işi açılaraq digər şəxsə qanun üzrə vərəsəlik şəhadətnaməsi verildiyi barədə müraciətinə baxılmış, vərəsəlik işinin aparılması zamanı yol verdiyi nöqsanlara görə notarius Ş.Yusifov Nazirliyin müvafiq əmri ilə intizam məsuliyyətinə cəlb edilmişdir.Həmin məktubla ərizəçiyə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyasının həmin maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 354-cü maddəsinə əsasən: 354.1 əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Аzərbaycan Рespublikası Мülki Мəcəlləsinin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1147.1-ci maddəsinə görə miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1147.2-ci maddəsinə görə əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. 1159.1 və 1159.1.1-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə görə, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.2-ci maddəsinə görə, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160-cı maddəsinə görə, əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1172-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1321.1-ci maddəsinə görə vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mərhum nənəsi X20 Bakı şəhərində yerləşən əmlakı ilə bağlı 2007-ci ildə oğlu-2005-ci ildə vəfat etmiş Müşfiqin övladları olan 2002-ci il təvəllüdlü iddiaçının və onun 2000-ci il təvəllüdlü qardaşı Qurbanın adına vəsiyyətnamə vermişdir. xx.xx.2023-cü il tarixdə vəfat etmiş Sərmayə Məmmədovanın digər oğlu Vüqar 2023-cü ilin iyul ayında vəfat etmiş, Sərmayənin qızı Ruqiyyə Qaffarovadan ibarət birinci növbə vərəsəsi qalmışdır. İddiaçının nənəsi vəfat etdikdən sonra sözügedən vəsiyyətnamənin qüvvədə olub-olmaması ilə bağlı aidiyyəti orqana etdiyi müraciətə cavab olaraq vəsiyyətnamənin dəyişdirilməsi və ləğv edilməsi barədə məlumatın daxil olmadığı bildirilmişdir. Buna görə də iddiaçı xx.xx.2023-cü il tarixdə Bakı 6 saylı notariat ofisinə müraciət edərək mərhumun vəsiyyətnaməsinə uyğun olaraq miras qalmış əmlakı qəbul etdiyini bildirmiş, həmin tarixdə onun qardaşı Qurban Məmmədli və bibisi Ruqiyyə Qaffarova notariat ofisinə ərizə təqdim edərək miras payından imtina etdiklərini bildirmişlər. İddiaçıya daha sonra məlum olmuşdur ki, nənəsinin Şəki şəhərində yerləşən ata yurdunda olan miras payına (ümumi əmlakın 1/9 hissəsinə) Oğuz rayon Notariat ofisində xx.xx.2023-cü il tarixdə nənəsinin bacısı Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhz bu səbəbdən iddiaçı vəsiyyətnamə ilə ona məxsus olan əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi ilə mübahisəli şəhadətnamənin etibarsız hesab edilməsi və hüququn ölmüş şəxsə məxsus olması barədə xx.xx.2023-cü il tarixli arayışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı, onun qardaşı və bibisi xx.xx.2023-cü il tarixdə Cavabdeh2 də nümayəndəsi olan X9 etibarnamə vərərək ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin sənədləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət idarələrində, “ASAN xidmət” mərkəzlərində, arxivlərdə, notariat ofislərində, qeydiyyat şöbələrində onları təmsil etməyi, onlara çatası arayışları, yaxud şəhadətnamələrin əslini və yaxud təkrarını (dublikatını) almağı, vərəsəliklə bağlı nümayəndə olmağı, mirasa dəvət ərizəsi verməyi, miras payını qəbul etməyi və yaxud ondan imtina etməyi, miras payı bağışlamağı, vərəsəlik hüququ haqqında şəhadətnamə almağı, bununla bağlı istənilən məzmunda ərizələr yazmağı, sənədləşmə işlərini aparmağı, lazımi sənədləri toplamağı, təqdim etməyi və götürməyi, adlarından ərizə yazmağı, imza etməyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq ərazi idarəsində nümayəndələri olmağı, çıxarış və texniki pasport almağı və bununla bağlı digər zəruri hərəkətlər etməyi ona etibar etmişlər. Cavabdeh Oğuz rayon Notariat ofisinin notariusu Şamil Yusifov məhkəmə iclaslarında iştirak etməmiş, digər Cavabdeh2 məhkəmə baxış iclasında izahat verərək bildirmişdir ki, iddiaçı və onun ailəsi ilə problemləri olmamış, bacısının nəvələri və qızı ilə əvvəldən razılaşmaları olmuşdur. Hətta onlar onun nümayəndəsi Əfqan İsmayılova etibarnamə də vermişlər. Şəki “ASAN xidmət” mərkəzinə 6 ay ərzində gedib-gəlsə də fikrini izah edə bilmədiyindən Oğuz rayon Notariat ofisinə müraciət etmişdir. Hazırda da məhkəmədən kənar qaydada ondan asılı olan hər şeyi edə bilər. Əks halda iddianın rədd edilməsini xahiş etmişdir. Mülki qanunvericilikdə vərəsəlik şəhadətnaməsinin vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilə biləcəyi təsbit edilsə də, məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 birinci növbə vərəsə olmadığı halda və vəsiyyətnamə üzrə vərəsənin xx.xx.2023-cü il tarixdən Bakı 6 saylı notariat ofisinə miras əmlakı qəbul etdiyinə dair ərizə təqdim etməsi nəzərə alınmadan Oğuz rayon Notariat ofisinin notariusu səlahiyyətlərindən kənara çıxaraq və aidiyyət qaydalarını pozaraq Cavabdeh2 adına 6 ay keçməzdən xeyli əvvəl-xx.xx.2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş, onun iddiaçının müraciəti üzrə təqdim etdiyi sənədlər arasında iddiaçının və xx.xx.2023-cü il tarixdə vəfat etmiş Sərmayə Məmmədovanın digər birinci növbə vərəsələrinin mərhumun Şəki şəhərində yerləşən əmlakdakı miras payını qəbul və ya ondan imtina etmələri, bağışlamaları və digər məzmunda ərizələrinin olmasına dair sübutlar aşkar edilməmişdir. Beləliklə notariusun mərhumun birinci növbə vərəsələrinin olmasını bildiyi halda bununla bağlı araşdırma aparmaması və qanuna uyğun hərəkət etməməsi, eləcə də mirasın Şəki şəhərində açılmasına baxmayaraq Şəki “ASAN xidmət” mərkəzində vərəsəliklə bağlı sənədləşmənin həyata keçirilməsinin mümkün olmamasına dair səbəbləri aydınlaşdırmaması nəticəsində vəsiyyətnamə üzrə vərəsə olan iddiaçı hazırda ona məxsus olan əmlakla bağlı hüquqlarını həyata keçirməkdən məhrum olmuşdur. Qeyd edilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, yaranmış vəziyyətdə iddia tələbinin xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməli, buna uyğun olaraq hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrinin xx.xx.2023-cü il tarixli arayışı ləğv edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilsə də, iddiaçı ödədiyi 100 manat dövlət rüsumunu tələb etmədiyindən həmin rüsum iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Oğuz rayon Notariat ofisinin Cavabdeh2 verdiyi xx.xx.2023-cü il tarixli, 2V-530 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli arayış ləğv edilsin. 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-32/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-32/2025
13.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver