Məhkəmə qərarları › İş №e-2(054)-340/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-340/2022

29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-340/2022 29.08.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc məbləğinin ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli müqavilə üzrə “Samsung Galaxy A30” markalı telefon və “mi” markalı Power Bank üçün 104,00 manat əsas borc və 31,20 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə “X1 7” markalı telefon və qoruyucu şüşə üçün 162,00 manat əsas borc və 48,60 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə “X1 7” markalı telefon və qoruyucu şüşə üçün 249,30 manat əsas borc və 75,00 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə SONY PLAYSTATİON-4, Playstation 4 disk və “Samsung” markalı LED televizor üçün 2194,70 manat əsas borc və 657,90 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə “X2 10 Pro” markalı telefon üçün 1576,80 manat əsas borc və 470,00 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə “Philips” markalı fen-daraq, TP-LİNK Modem, DS4 oyun pultu və 3 ədəd Playstation 4 disk üçün 665,50 manat əsas borc və 198,00 manat dəbbə pulu - cəmi 6433,00 manat borc, həmçinin, 84,33 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərilən teleqramda məhkəmə iclasında üzürlü səbəblərdən iştirak etmək mümkün olmadığı qeyd edilmiş və işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçıdan ümumi dəyəri 780,00 manat olan “Samsung Galaxy A30” markalı telefon və “mi” markalı Power Bank, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ümumi dəyəri 687,00 manat olan “X1 7” markalı telefon və qoruyucu şüşə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ümumi dəyəri 626,00 manat olan “X1 7” markalı telefon və qoruyucu şüşə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ümumi dəyəri 2323,80 manat olan SONY PLAYSTATİON-4, Playstation 4 disk və “Samsung” markalı LED televizor, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ümumi dəyəri 1774,80 manat olan “X2 10 Pro” markalı telefon, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ümumi dəyəri 727,20 manat olan “Philips” markalı fen-daraq, TP-LİNK Modem, DS4 oyun pultu və 3 ədəd Playstation 4 disk satın almışdır. Müqavilələrin şərtlərinə əsasən cavabdeh aldığı əmlakların dəyərini ilkin ödəniş etdikdən sonra hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Hazırda cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli müqavilə üzrə 104,00 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 162,00 manat, xx.xx.2019cu il tarixli müqavilə üzrə 249,30 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2194,70 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1576,80 manat, xx.xx.2020-ci il tarixli digər müqavilə üzrə 665,50 manat əsas borcu qalmış, borcun gecikdirilməsinə görə müvafiq olaraq 31,20 manat, 48,60 manat, 75,00 manat, 657,90 manat, 470,00 manat və 198,00 manat dəbbə pulu hesablanmışdır. Hazırda cavabdehin iddiaçıya cəmi 6433,00 manat ödənilməmiş borcu vardır. Cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri icra etməmişdir. Cavabdeh müqavilə öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 84,33 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən 6433,00 manat borc və 84,33 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş məlumat vərəqəsi, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələr, həmin tarixli təhvil-təslim aktları və müqavilələrə əlavə edilən ödəniş cədvəlləri, xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu, xx.xx.2022-ci il tarixli maliyyə arayışı, xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə müəyyən edildi ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçıdan ümumi dəyəri 780,00 manat olan “Samsung Galaxy A30” markalı telefon və “mi” markalı Power Bank, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ümumi dəyəri 687,00 manat olan “X1 7” markalı telefon və qoruyucu şüşə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ümumi dəyəri 626,00 manat olan “X1 7” markalı telefon və qoruyucu şüşə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ümumi dəyəri 2323,80 manat olan SONY PLAYSTATİON-4, Playstation 4 disk və “Samsung” markalı LED televizor, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ümumi dəyəri 1774,80 manat olan “X2 10 Pro” markalı telefon, xx.xx.2020ci il tarixli müqaviləyə əsasən ümumi dəyəri 727,20 manat olan “Philips” markalı fen-daraq, TP- LİNK Modem, DS4 oyun pultu və 3 ədəd Playstation 4 disk satın almışdır. Müqavilələrin şərtlərinə əsasən cavabdeh aldığı əmlakların dəyərini ilkin ödəniş etdikdən sonra hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmiş, onun iddiaçıya olan ödənilməmiş əsas borc məbləğlərinə dəbbə pulu hesablanmışdır. Cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, aldığı əmlakları iddiaçının tələbi ilə ona qaytarmamış, onunla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri icra etməmişdir. Cavabdeh müqavilə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 84,33 manat dövlət rüsumu ödənilmişdir. Hazırda xx.xx.2019-cu il tarixli müqavilə üzrə “Samsung Galaxy A30” markalı telefon və “mi” markalı Power Bank üçün 104,00 manat əsas borc və 31,20 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə “X1 7” markalı telefon və qoruyucu şüşə üçün 162,00 manat əsas borc və 48,60 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə “X1 7” markalı telefon və qoruyucu şüşə üçün 249,30 manat əsas borc və 75,00 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə SONY PLAYSTATİON-4, Playstation 4 disk və “Samsung” markalı LED televizor üçün 2194,70 manat əsas borc və 657,90 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə “X2 10 Pro” markalı telefon üçün 1576,80 manat əsas borc və 470,00 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə “Philips” markalı fen-daraq, TP-LİNK Modem, DS4 oyun pultu və 3 ədəd Playstation 4 disk üçün 665,50 manat əsas borc və 198,00 manat dəbbə pulu cəmi 6433,00 manat borc, həmçinin, 84,33 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq tərəflər arasında bağlanmış müqavilələrə, təhvil-təslim aktlarına, ödəniş cədvəllərinə, xəbərdarlıq məktubuna və maliyyə arayışına istinad edir. Cavabdeh məhkəmə iclaslarına gəlmədiyinə görə onun iddia tələbinin mahiyyətinə münasibətini müəyyən etmək mümkün olmamışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh iddiaçıdan satın aldığı əşyaların dəyərini müqavilələrə əlavə edilən ödəniş cədvəllərinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürsə də, həmin müqavilələr üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı isə tərəflər arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərini icra etmiş, habelə, mübahisənin məhkəməyə qədər həlli qaydası ilə bağlı həmin müqavilələrdə və qanunvericilikdə nəzərdə tutulan qaydalara da riayət etmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən xx.xx.2019cu il tarixli müqavilə üzrə 104,00 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 162,00 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 249,30 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2194,70 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1576,80 manat, xx.xx.2020-ci il tarixli digər müqavilə üzrə 665,50 manat - cəmi 4952,30 manat əsas borc məbləğlərinin tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə hazırda cavabdehdən tələb olunan dəbbə pulu məbləğləri həmin müqavilələrin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablanmışdır və qeyd olunan məbləğlər işin faktiki hallarına uyğun olmaqla yüksək məbləğlər deyildir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən xx.xx.2019cu il tarixli müqavilə üzrə 31,20 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 48,60 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 75,00 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 657,90 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 470,00 manat, xx.xx.2020-ci il tarixli digər müqavilə üzrə 198,00 manat - cəmi 1480,70 manat dəbbə pulu məbləğlərinin tutulmasına dair hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələblərinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 84,33 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsi təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə “Samsung Galaxy A30” markalı telefon və “mi” markalı Power Bank üçün 104,00 manat əsas borc və 31,20 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə “X1 7” markalı telefon və qoruyucu şüşə üçün 162,00 manat əsas borc və 48,60 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə “X1 7” markalı telefon və qoruyucu şüşə üçün 249,30 manat əsas borc və 75,00 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə SONY PLAYSTATİON-4, Playstation 4 disk və “Samsung” markalı LED televizor üçün 2194,70 manat əsas borc və 657,90 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə “X2 10 Pro” markalı telefon üçün 1576,80 manat əsas borc və 470,00 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə “Philips” markalı fen-daraq, TP-LİNK Modem, DS4 oyun pultu və 3 ədəd Playstation 4 disk üçün 665,50 manat əsas borc və 198,00 manat dəbbə pulu, həmçinin, 84,33 manat dövlət rüsumu - cəmi 6517 (altı min beş yüz on yeddi) manat 33 (otuz üç) qəpik tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar