Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-366/2022 14.09.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli müqavilə üzrə “X1 9S” markalı mobil telefona görə 268,00 manat əsas borc və 79,00 manat dəbbə pulu - cəmi 347,00 manat borc və 30,00 manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərilən teleqramda iddiaçının iddia tələbini müdafiə etdiyi, məhkəmə iclasında üzürlü səbəblərdən iştirak etmək mümkün olmadığı qeyd edilmiş və işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onunla iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən həmin tarixdə dəyəri 644,40 manat olan “X1 9S” markalı mobil telefonu iddiaçıdan satın almışdır. Müqavilə şərtlərinə əsasən Cavabdeh1 aldığı mobil telefonun dəyərini ilkin ödəniş olmadan hər ay 53,70 manat olmaqla 12 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, Cavabdeh2 onunla birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 müqavilə şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmiş, onun iddiaçıya 268,00 manat ödənilməmiş borcu qalmış, borcun gecikdirilməsinə görə 79,00 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir və hazırda onun iddiaçıya cəmi 347,00 manat ödənilməmiş borcu vardır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmiş, onlarla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh1 müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə ərizə ilə məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda 268,00 manat əsas borc və 79,00 manat dəbbə pulu - cəmi 347,00 manat borc məbləğini, dövlət rüsumu kimi ödənilmiş 30,00 manat məbləğini müştərək qaydada cavabdehlərdən tələb edir. Ona görə də hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehlərin iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş məlumat vərəqəsi, xx.xx.2020-ci il tarixli müqavilə, həmin müqaviləyə aid bildiriş, təhvil-təslim aktı və ödəniş cədvəli, xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubları, xx.xx.2022-ci il tarixli maliyyə arayışı və xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, Cavabdeh1 onunla iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən həmin tarixdə dəyəri 644,40 manat olan “X1 9S” markalı mobil telefonu iddiaçıdan satın almışdır. Cavabdeh1 müqavilə ilə müəyyən edilmiş müddətdə mobil telefonun dəyərini ilkin ödəniş olmadan hər ay 53,70 manat olmaqla 12 ay ərzində hissə-hissə ödəməli olması barədə ödəniş cədvəli təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliklərini lazımi qaydada icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, tərəflər arasında bağlanmış müqavilələr üzrə cavabdehlərin öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmiş və əks halda, məhkəməyə müraciət ediləcəyi izah edilmişdir. Cavabdeh1 müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən cəmi 30,00 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda 268,00 manat əsas borc və 79,00 manat dəbbə pulu - cəmi 347,00 manat borc məbləği, həmçinin, ərizə ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu məbləğini cavabdehlərdən müştərək qaydada tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış müqavilələrə, təhviltəslim aktına, ödəniş cədvəlinə, xəbərdarlıq məktublarına və maliyyə arayışına istinad edir. Cavabdehlər məhkəmə iclaslarına gəlmədiklərinə, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etmədiklərinə görə onların iddia tələbinin mahiyyətinə münasibətini müəyyən etmək mümkün olmamışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və iddiaçının iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən iddiaçıdan satın aldığı əşyanın dəyərini müqaviləyə əlavə edilən ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürsə də, həmin müqavilə üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı isə tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərini icra etmiş, habelə, mübahisənin məhkəməyə qədər həlli qaydası ilə bağlı həmin müqavilədə və qanunvericilikdə nəzərdə tutulan qaydalara riayət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdehlərdən 268,00 manat əsas borc məbləğinin müştərək qaydada tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 79,00 manat dəbbə pulu həmin müqavilənin Cavabdeh1 tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da, qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir. Dəbbə pulunun miqdarının yüksək olması cavabdehlərin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehlərdən tələb edilən dəbbə pulunun miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdehlərdən 79,00 manat dəbbə pulu məbləğinin müştərək qaydada tutulmasına dair hissəsi qismən - 20,00 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli müqavilə üzrə 268,00 manat əsas borc, 20,00 manat dəbbə pulu və 30,00 manat dövlət rüsumu - cəmi 318,00 manat müştərək qaydada tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-366/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-366/2022
14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver