Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-38/2024 01.02.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişi məbləğinin tutulması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobilə vurulmuş ziyana görə ödənilmiş 5000,00 manat sığorta məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 70,40 manat dövlət rüsumunun Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən məhkəməyə göndərilən müraciətdə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “VAZ 21063” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil Oğuz rayon Mollalı kəndi istiqamətində hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə X2 ölümü ilə nəticələnən yolnəqliyyat hadisəsi baş vermişdir. Qeyd olunan hadisə ilə bağlı Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla “VAZ 21063” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Cavabdeh hadisə vaxtı VAZ 21063” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etmişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və xx.xx.2023-cü il tarixli, İAS230450 nömrəli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən X2 ölüm faktı üzrə 5000,00 manat sığorta ödənişi həyata keçirilmişdir. Yol nəqliyyat hadisəsi baş verərkən cavabdeh avtomobili nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Avtomobilə vurulmuş ziyana görə ödənilmiş 5000,00 manat məbləğin ödənilməsi cavabdehdən tələb edilmişdir, lakin cavabdeh indiyədək həmin məbləği ödəməmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir və məhkəməyə müraciət etmək üçün 70,40 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı ziyanın əvəzinin ödənilməsi üçün verilmiş 5000,00 manat sığorta məbləği və 70,40 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini qəbul edir. O, etibarnamə ilə idarə etdiyi “VAZ 21063” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Mollalı kəndi istiqamətində hərəkətdə olarkən avtomobilin idarə etməsini itirmiş, nəticədə avtomobil ağaca çırpılmış və avtomobildə olan sərnişin X3 həyatını itirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanılmış, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə həmin maddə ilə təqsirli bilinərək 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində cəzasını çəkir. Zərər çəkmiş şəxsin hüquqi varisinə ödənilmiş 5000,00 manat sığorta məbləği sonradan ondan tələb edilmişdir, lakin maddi imkanı olmadığına görə o həmin məbləği ödəyə bilməmişdir. Hazırda da, ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən və ayağında olan sağlamlıq problemlərinə görə həmin müəssisədə məhkumlar üçün müəyyən edilmiş işlərdə işləyə bilmədiyindən tələb olunan məbləği ödəmək iqtidarında deyildir. Lakin cəzasını çəkib qurtardıqdan sonra hər ay 20-30 manat ödəniş etməklə həmin məbləği hissə-hissə ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli PME********** nömrəli sığorta müqaviləsinə dair məlumatın surətindən müəyyən edilir ki, “VAZ 21063” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil, həmin avtomobilin sahibi X6 adlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış, sağlamlığa vurulan zərərə görə sığorta məbləği bir şəxs üçün 5000,00 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2 (091) - 89 / 2023 nömrəli hökmündən müəyyən edilir ki, hazırki iş üzrə cavabdehin etibarnamə ilə, lakin nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan və sərxoş halda idarə etdiyi “VAZ 21063” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Mollalı kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi, həmin avtomobildə olan digər şəxsin ölümü ilə nəticələnən ağır xəsarət alması faktı ilə bağlı araşdırma aparılaraq cinayət işi başlanmış, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədən, xx.xx.2023-cü il tarixli sığorta ödənişi aktından və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, zərər çəkmiş şəxs X2 ölümü ilə əlaqədar 5000,00 manat sığorta ödənişi iddiaçı tərəfindən həmin şəxsin oğlu (hüquqi varisi) X1 hesabı vasitəsilə ödənilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 70,40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin dəlilləri və iş materialları ilə müəyyən edildi ki, cavabdeh iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “VAZ 21063” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Mollalı kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirmiş və yol-nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh avtomobili nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan və sərxoş halda idarə etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “VAZ 21063” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobildə olan digər sərnişin X3 həyatını itirmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2 (091) - 89 / 2023 nömrəli hökmü əsasında cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixli PME********** nömrəli sığorta müqaviləsinə əsasən sağlamlığa vurulan zərərə görə sığorta məbləği bir şəxs üçün 5000,00 manat müəyyən edilmişdir. Zərər çəkmiş şəxs X2 ölümü ilə əlaqədar 5000,00 manat sığorta ödənişi iddiaçı tərəfindən həmin şəxsin oğlu (hüquqi varisi) X1 hesabı vasitəsilə ödənilmişdir. İddiaçı tərəfindən ödənilmiş 5000,00 manat maddi zərər məbləğinin ödənilməsi geriyə tələb (subroqasiya) qaydasında cavabdehdən tələb edilmiş, lakin cavabdeh həmin məbləği indiyədək ödəməmişdir. Hazırda iddiaçı ziyanın əvəzinin ödənilməsi üçün verilmiş 5000,00 manat sığorta məbləğinin geriyə tələb (subroqasiya) qaydasında və 70,40 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq cavabdehin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məhkəmənin hökmünə, maddi ziyanın miqdarı ilə bağlı icbari sığorta müqaviləsinə və ödəniş sənədlərinə istinad edir. Cavabdeh iddia tələbini qəbul edir, maddi zərər məbləğini hissə-hissə ödəyəcəyini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1 və 23.1.6-cı maddələrinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1, 25.1.2 və 25.1.3-cü maddələrinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi hallarında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Cavabdehin cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilməsinə dair qərarla yol nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş vermiş olması faktı sübuta yetirildiyinə, cavabdeh özü də cinayət məsuliyyətini mübahisələndirmədiyinə, o, yol nəqliyyat hadisəsi zamanı avtomobili nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etməklə, onun əməli “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci və 25.1.3-cü maddələrinin təsiri altına düşdüyünə görə məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin ölümü ilə əlaqədar ödənilmiş 5000,00 manat sığorta məbləği geriyə tələb (subroqasiya) qaydasında məhz cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 70,40 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh avtomobilə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi üçün verilmiş 5000,00 manat sığorta məbləği və 70,40 manat dövlət rüsumu - cəmi 5070,40 manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-38/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-38/2024
01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver