Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-407/2024 24.06.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Оğuz Rayon Məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" ASC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 240,00 manat sığorta ödənişi və 30,00 manat dövlət rüsumu məbləğinin Cavabdeh tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2024-cü il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh bildirişi xx.xx.2024-cü il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, “HYUNDAİ MATRİX” markalı, 99–UY–680 (keçmiş d.n.n. **-TR-***) dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il mayın 8-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “HYUNDAİ MATRİX” markalı, 99–UY–680 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Tbilisi prospektində “KİA CADENZA” markalı, 10–VN–107 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Bakı DYPİ-nin xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Bakı DYPİ-nin xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci(nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.2-ci maddələri ilə təqsirli bilnmişdir. Vurulmuş zərərin məhz cavabdehin təqsiri nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək öz təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 3485 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “KİA CADENZA” markalı, 10– VN–107 dövlət qeydiyyat nişanlı avtomobillə 240 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 8145 nömrəli ödəniş tapşırığı ilə 240 manat sığorta ödənişini zərər çəkmiş şəxs X3 ödəmişdir. Cavabdeh nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyinə görə iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən 240,00 manat sığorta ödənişi və 30,00 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, araşdırma zamanı iş materialları ilə müəyyən edildi ki, cavabdeh xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 1 (bir) il müddətinə sığortalanmış “HYUNDAİ MATRİX” markalı, 99–UY–680 (keçmiş d.n.n. **-TR-***) dövlət qeydiyyat nişanlı avtomobillə sığorta müddətində, xx.xx.2021-ci il tarixdə B Bakı şəhəri, Tbilisi prospekti ərazisində yol nəqliyyat hadisəsi törətmiş, baş vermiş hadisə nəticəsində X2 idarə etdiyi “KİA CADENZA” markalı, 10–VN–107 dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. “KİA CADENZA” markalı, 10–VN–107 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar X3 240,00 manat sığorta ödənişi verilmişdir. Cavabdeh nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar əsasında cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrinə əsasən 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. İddiaçı tərəfindən cavabdehə qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən 240,00 manat sığorta ödənişi və 30,00 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. İddiaçının tələbinə dair hər hansı etiraz, dəlillər və onları təsdiq edən sənədlər indiyədək məhkəməyə təqdim edilməmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1 və 23.1.6-cı maddələrinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi hallarında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Qeyd olunan əsaslara görə qərara gəlirəm ki, iddia tələbinin cavabdehdən 240,00 manat sığorta ödənişi məbləği tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Yenə həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyinə görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 30,00 manat dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia tələbi təmin edilsin. Cavabdeh 240,00 manat sığorta ödənişi və 30,00 manat dövlət rüsumu məbləği tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-407/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-407/2024
24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver