Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-433/2023 24.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh2, onun və cavabdeh Bayramova Nərminə Tahir qızının vəkili Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Oğuz rayon Notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, hüquqi nəticələrin ləğv edilməsi və iddiaçıların vərəsə kimi tanınması tələbinə dair işə məhkəmənin binasında hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Oğuz rayon Notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, hüquqi nəticələrin ləğv edilməsi və iddiaçıların vərəsə kimi tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin qaytarılmasını və işin baxılmamış saxlanmasını xahiş etmiş, Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Oğuz rayon Notariat ofisinin notariusu Şamil Yusifov xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli, 236 saylı məktubla iş yükünün çoxluğunu nəzərə alaraq işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 və cavabdehlərin vəkili Vəkil2 iddia ərizəsinin qaytarılmasına etirazın olmadığını bildirdilər. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin təqdim etdiyi ərizəni araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-cu maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. İddiaçıların nümayəndəsi və vəkili iddia ərizəsinin qaytarılması və işin baxılmamış saxlanması barədə qərardad çıxarılmasını xahiş etsə də, məhkəmə bildirir ki, hazırki işə baxılmasının hazırlıq mərhələsində olduğu nəzərə alınmaqla iddia ərizəsinin baxılmamış saxlanması deyil, qaytarılması barədə qərardad çıxarılmalıdır. , Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Oğuz rayon Notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, hüquqi nəticələrin ləğv edilməsi və iddiaçıların vərəsə kimi tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən "xxxx" ASC-yə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-433/2023
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-433/2023
24.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver