Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-448/2022 08.09.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlu, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Oğuz Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri üzrə əsas borc, cərimə məbləğləri və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı həmin tələblə bundan əvvəl də Oğuz Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsinin tələblərinə əsasən ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardadda ərizənin qaytarılmasının əsası olaraq qeyd edilmişdir ki, iddia tələbinin əsaslandığı hallara dair sübutların siyahısı iddia ərizəsində göstərilməmişdir. Eyni zamanda, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən tərəflər arasında xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli iki müqavilə bağlandığı, maliyyə arayışlarında həmin müqavilələr üzrə müvafiq olaraq 66,80 manat əsas borc və 7,00 manat cərimə, 153,00 manat əsas borc və 10,00 manat cərimə borcu yarandığı qeyd edilsə də, ərizənin tələbin mahiyyətinə aid hissəsində cavabdehdən həmin məbləğlərdən əlavə 100,00 manat əsas borc və 10,00 manat cərimə məbləği də tələb edildiyi qeyd edilmiş, borcun ümumi miqdarı isə həmin məbləğlərin cəmini əhatə etməmişdir. Bununla da, iddiaçı qeyri-müəyyən tələblə məhkəməyə müraciət etmişdir. Tələbin 100,00 manat əsas borc və 10,00 manat cərimə məbləğinə dair hissəsi ilə bağlı müvafiq sənədlər də işə əlavə edilməmişdir. Həmin əsaslarla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, eyni zamanda, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra həmin tələb üzrə yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. İddiaçı məhkəmənin həmin qərardadında qeyd olunanlara əməl etməyərək eyni məzmunlu ərizə ilə yenidən Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarından görünür ki, hazırki iddia ərizəsində də iddia tələbinin əsaslandığı hallara dair sübutların siyahısı göstərilməmişdir. Eyni zamanda, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən tərəflər arasında xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli iki müqavilə bağlandığı, maliyyə arayışlarında həmin müqavilələr üzrə müvafiq olaraq 66,80 manat əsas borc və 7,00 manat cərimə, 153,00 manat əsas borc və 10,00 manat cərimə borcu yarandığı qeyd edilsə də, ərizənin tələbin mahiyyətinə aid hissəsində cavabdehdən həmin məbləğlərdən əlavə 100,00 manat əsas borc və 10,00 manat cərimə məbləği də tələb edildiyi qeyd edilmiş, borcun ümumi miqdarı isə həmin məbləğlərin cəmini əhatə etməmişdir. Bununla da, iddiaçı qeyri-müəyyən tələblə məhkəməyə müraciət etmişdir. Tələbin 100,00 manat əsas borc və 10,00 manat cərimə məbləğinə dair hissəsi ilə bağlı müvafiq sənədlər də işə əlavə edilməmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldığından həmin nöqsanların işin icraatı dövründə aradan qaldırılması da mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1, 284-4.1.3 və 284- 4.1.4-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Qeyd olunanlara əsasən hazırki tələb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsinə uyğun olmadığından, ərizənin qəbul olunmasından imtina edilməli, hazırki ərizə və ona əlavə edilmiş sənədlər də geri qaytarılmalıdır. Eyni zamanda, iddiaçıya təkrarən izah edilir ki, iddia ərizəsinin qəbul olunmasından imtina edilməsi qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra həmin tələb üzrə yenidən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150, 263, 264, 266-268, 284-cü maddələrinin tələblərini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-448/2022
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-448/2022
08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver