Məhkəmə qərarları › İş №e-2(054)-46/2022

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-46/2022

21.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-46/2022 21.01.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı, Oğuz rayon İcra Hakimiyyəti, Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X1 və Oğuz rayon İcra Hakimiyyətinin Oğuz şəhəri üzrə İcra Nümayəndəliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə, tikilinin sökülməsi və maddi zərərin ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi və maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclasından əvvəl iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə vəsatət təqdim edərək iddia ərizəsinin təkmilləşdirilməsi zərurəti yarandığını bildirərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan əsaslara görə məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti ilə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara a l d ı: İddiaçı Cavabdeh qarşı, Oğuz rayon İcra Hakimiyyəti, Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X1 və Oğuz rayon İcra Hakimiyyətinin Oğuz şəhəri üzrə İcra Nümayəndəliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə, tikilinin sökülməsi və maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar