Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-492/2024 18.11.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı cavabdehdən istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 695 manat borc və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı cavabdehdən istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 695 manat borc və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbini bildirməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında sənədlər araşdırılarkən müəyyən edildi ki, iddiaçı hüquqi şəxs olmaqla qeydiyyat ünvanı ünvan 1 ünvanı isə Kəlbəcər rayonu, Keşdək kəndidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. (Azərbaycan Respublikası MPM 45.2-ci maddə) İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir.( Azərbaycan Respublikası MPM 45.3-cü maddə) Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. (Azərbaycan Respublikası MPM 45.4-cü maddə) Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda iddiaya Oğuz Rayon Məhkəməsində baxılması mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün cavabdehin qeydiyyat ünvanı üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı : İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı cavabdehdən istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 695 manat borc və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-492/2024
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-492/2024
18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver