Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-555/2025 06.11.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı MMC nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, APPLE MACBOOK AİR 13 markalı kompüter, APPLE AİRPODS 4 qulaqlıq, ZƏMANƏT + 2 İL xidməti üçün 4126,78 manat ödənilməmiş hissə, 412,68 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, ROBOT TOZSORAN ROBOROCK S8 MAXV ULTRA, SAMSUNG WATCH ULTRALTE qol saatı, 2 ədəd ZƏMANƏT + 1 İL xidmət üçün, 3131,69 manat ödənilməmiş hissə,313,17 manat cərimə ümumilikdə 7984,32 manat borc, 99,85 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən APPLE MACBOOK AİR 13 markalı kompüter, APPLE AİRPODS 4 qulaqlıq, ZƏMANƏT + 2 İL xidməti və ROBOT TOZSORAN ROBOROCK S8 MAXV ULTRA, SAMSUNG WATCH ULTRALTE QOL SAATİ, 2 ƏDƏD ZƏMANƏT + 1 İL XİDMƏT almış və nəticədə 7984,32 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 5254,28 (beş min iki yüz əlli dörd manat 28 qəpik) manat (18 ay x 232,46 manat + 1070 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 13 markalı kompüter, APPLE AİRPODS 4 qulaqlıq, ZƏMANƏT + 2 İL xidməütiçün ümumilikdə, 4539,46 (dörd min beş yüz otuq doqquz manat, 46 qəpik) manat olmaqla ondan, 4126,78 (dörd min yüz iyirmi altı manat, 78 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 412,68 (dörd yüz on iki manat, 68 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4490,19 (dörd min dörd yüz doxsan manat, 19 qəpik ) manat (18 ay x 174,4 manat + 1350,99 manat ilkin ödəniş) olan ROBOT TOZSORAN ROBOROCK S8 MAXV ULTRA, SAMSUNG WATCH ULTRALTE qol saatı, 2 ədəd ZƏMANƏT + 1 İL xidmətiüçün ümumilikdə, 3444,86 (üç min dörd yüz qırx dörd manat, 86 qəpik) manat olmaqla ondan, 3131,69 (üç min yüz otuz bir manat, 69 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 313,17 (üç yüz on üç manat, 17 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2486 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Proses iştirakçılarının izahatı İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verməklə yanaşı bildirdi ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqavilələri bağlandıqdan sonra cavabdeh hər iki müqavilə üzrə müəyyən qədər ödənişlər etmişdir. Cavabdeh İddiaçı MMC-nin əməkdaşı ilə telefon vasitəsi ilə danışarkən borcunu az-az ödəyəcəyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, müqavilələr üzrə alınmış əşyalardan kompüter və saat hazırda ondadır. Lakin tozsoran və qulaqcıq onda yoxdur. Həmin əmlakların harda olduğunu xatırlamır. Müqavilələrdəki imzalar onun özünə aiddir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İddia ərizəsinə etirazın dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazı daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər - "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 18667226 saylı bağlanmış müqavilədən aydın olur ki, 1070 manat ilkin ödəniş, hər ay nağd qaydada 232,46 manat ödəməklə, 18 ay müddətinə 5254,28 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. - "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli ********* saylı bağlanmış müqavilədən aydın olur ki, 1350,99 manat ilkin ödəniş, hər ay nağd qaydada 174,4 manat ödəməklə, 18 ay müddətinə 335,52 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. - maliyyə arayışından görünür ki, X2 xx.xx.2024-cü il tarixli, 18667226 saylı müqavilə üzrə 4126,78 manat əsas,412,68 manat cərimə və xx.xx.2025-ci il tarixli ********* saylı müqavilə üzrə 3131,69 manat əsas, 313,17 manat cərimə olmaqla, ümumilikdə 7984,32 manat ödənilməmiş borcu yaranmışdır. - İddiaçı MMC tərəfindən X2 ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı tərəfindən 99,85 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 600.1. alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 411-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 462.1. dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə, iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh oğlu İddiaçı MMC ilə aralarında nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə iddiaçı alqı-satqı müqavilələri üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli, 18667226 saylı müqavilə üzrə 4126,78 manat əsas borca münasibətdə cavabdehdən 412,68 manat cərimə pulunun, xx.xx.2025-ci il tarixli ********* saylı müqavilə üzrə 3131,69 manat əsas borca münasibətdə cavabdehdən 313,17 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, qeyd olunan müqavilələr üzrə cərimə məbləğləri azaldılaraq xx.xx.2024-cü il tarixli, 18667226 saylı müqavilə üzrə 165,0 manat, xx.xx.2025-ci il tarixli ********* saylı müqavilə üzrə 125,0 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki iş üzrə məhkəməyə müraciət etmək üçün ödənilmiş 99,85 manat dövlət rüsumunun 93,85 manatdan ibarət hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun 6,0 manatdan ibarət hissəsi isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli, 18667226 saylı müqavilə üzrə 4126,78 manat əsas borc, 165,0 manat cərimə, xx.xx.2025-ci il tarixli ********* saylı müqavilə üzrə 3131,69 manat əsas borc, 125,0 manat cərimə və 93,85, manat dövlət rüsumu olmaqla, cəmi 7642,32 manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 121, 2938, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli, 18667226 saylı müqavilə üzrə 4126,78 manat əsas borc, 165,0 manat cərimə, xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə 3131,69 manat əsas borc, 125,0 manat cərimə və 93,85, manat dövlət rüsumu olmaqla, cəmi 7642,32 manat manat məbləğində pul vəsaiti tutulsun. Məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun 6,0 manatdan ibarət hissəsi İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(054)-555/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-555/2025
06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver