Məhkəmə qərarları › İş №e-2(054)-63/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-63/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-63/2025 08.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 08 yanvar 2025-ci il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı ASC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli, 02/03292 saylı operativ lizinq müqaviləsinə əsasən 2500 manat borcun və 45 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə məhkəmə proseslərinin çoxluğu səbəbindən məhkəmə iclasında iştirak etməyəcəyini bildirmiş, işə nümayəndənin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə bildirişi cavabdehə xx.xx.2024-cü il tarixdə çatdırılsa da cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (Aqrolizinq ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 02/03292 saylı operativ lizinq müqaviləsinə əsasən TC-5050 markalı 1 ədəd taxılyığan kombayn ona istifadəyə verilmişdir. Həmin müqaviləyə əsasən cavabdeh 5500 manat pul ödəməli olduğu halda texnikadan istifadəyə görə 3000 manat ödəniş etmiş, onun hazırda iddiaçıya 2500 manat borcu qalmışdır. İddiaçı cavabdehdən borcunu tələb etsə də cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Beləliklə, hazırda onun iddiaçıya 2500 manat əsas borcu yaranmış, həmin borcun alınması tələbi ilə məhkəməyə müraciət edilməsi üçün 45 manat dövlət rüsumu ödənilmişdir. Cəmi 2545 manat pulun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 02/03292 saylı müqavilənin 1.1 və 1.2-ci bəndlərindən görünür ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış həmin müqavilə ilə ümumi məbləği 5500 manat, buraxılış ili 2014 olan texnika-** AB *** dövlət qeydiyyat nişanlı TC-5050 markalı 1 ədəd taxılyığan kombayn mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh istifadəsinə verilmiş, lizinq alan (istifadəçi) texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xəcdən asılı olmayaraq bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği lizinq verənə tam ödəməyi öhdəsinə götürmüşdür. Mexanizator Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin rəhbərinə verilmiş, iş materiallarında olan xx.xx.2024-cü il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 02/03292 saylı müqavilənin şərtlərinə uyğun olaraq istifadəyə götürdüyü texnikadan (buraxılış ili 2014, ** AB *** dövlət qeydiyyat nişanlı TC-5050 markalı 1 ədəd taxılyığan kombayn) təyinatına uyğun istifadə etmək, müəyyən edilmiş məbləği razılaşdırılmış vaxtda ödəmək və s. şərtlərə əməl etməklə bağlı məsuliyyəti öz üzərinə götürmüşdür. Mexanizator Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin rəhbərinə verilmiş, iş materiallarında olan xx.xx.2024-cü il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 02/03292 saylı müqavilənin şərtlərinə uyğun olaraq istifadəyə götürdüyü texnikadan (buraxılış ili 2014, ** AB *** dövlət qeydiyyat nişanlı TC-5050 markalı 1 ədəd taxılyığan kombayn) istifadə zamanı cari texniki qulluq işlərini göstərməyi, texnikanı müvafiq normalara uyğun saxlamağı, biçin zamanı Cəmiyyət tərəfindn müəyyən edilmiş ümumi dislokasiya planına əməl etməyi, texnikadan istifadə zamanı texniki təhlükəsizlik qaydalarına riayət etməyi, eyni zamanda biçin başlamazdan əvvəl texnikadan istifadə etməkdən bu və ya digər səbəbdən imtina edəcəyi və texnikanı Cəmiyyətə qaytaracağı halda onu parka saz təhvil verəcəyini, texnikanın onda qaldığı müddətdə çəkdiyi xərcləri tələb etməyəcəyini, müqavilə öhdəliyi üçün ödədiyi vəsaiti geri tələb etməyəcəyini, texnika başqa mexanizator tərəfindən istifadəyə götürüləcəyi halda mqavilənin və ödənilmiş vəsaitin onun adına keçirilməsinə etiraz etməyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1 02/03292 saylı aktın surətindən görünür ki, buraxılış ili 2014 olan texnika-** AB *** dövlət qeydiyyat nişanlı TC-5050 markalı 1 ədəd taxılyığan kombayn saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 2 02/03292 saylı aktın surətindən görünür ki, buraxılış ili 2014 olan texnika-** AB *** dövlət qeydiyyat nişanlı TC-5050 markalı 1 ədəd taxılyığan kombayn saz vəziyyətdə Cavabdeh tərəfindən İddiaçı ASC-nin Yevlax RN-nin rəhbərinə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-22-13/2-Ş-16-258/2024 saylı pretenziyanın surətindən görünür ki, öhdəliklərin tam yerinə yetirilmədiyi təqdirdə görüləcək məsuliyyət tədbirləri barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 02/03292 saylı lizinq müqaviləyə əsasən qalıq borcu 2500 manatdır. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən ... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur ( Azərbaycan Respublikası MM maddə 747.1). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (Azərbaycan Respublikası MM maddə 748-1.12.4). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (Azərbaycan Respublikası MM maddə 748-1.8). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (Azərbaycan Respublikası MM maddə 748-2.1). Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (Azərbaycan Respublikası MM maddə 748-2.3). Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə xx.xx.2024-cü il tarixli, 02/03292 saylı müqaviləyə əsasən ümumi məbləği 5500 manat, buraxılış ili 2014 olan texnika-** AB *** dövlət qeydiyyat nişanlı TC-5050 markalı 1 ədəd taxılyığan kombayn mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh istifadəsinə verilmiş, texnika xx.xx.2024-cü il tarixdə saz vəziyyətdə cavabdehə təhvil verilmiş, cavabdeh xx.xx.2024-cü il tarixdə texnikanı saz vəziyyətdə geri qaytarmışdır. Cavabdeh keçən müddətdə texnikadan istifadə etməklə bağlı müəyyən edilmiş məbləğdən 3000 manat ödəniş etmiş, xx.xx.2024-cü il tarixli pretenziya ilə ona xəbərdarlıq edilsə də, qalan 2500 manat pulun ödənişini həyata keçirməmişdir. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 02/03292 saylı lizinq müqaviləsinə əsasən iddiaçıya 2500 manat borcu yaranmış, həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, 2500 manat borc cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən cavabdehdən 45 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. xx.xx.2024-cü il tarixli, 02/03292 saylı operativ lizinq müqaviləsinə əsasən Cavabdeh 2500 (iki min beş yüz) manat borc və 45 (qırx beş) manat dövlət rüsumu alınaraq iddiaçı «Aqroizinq ” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar